Azərbaycanda tanınmış alim vəfat edib .....                     İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                     Gələn ay Gürcüstan qarışacaq? .....                     İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək .....                     Məktəblərdə yığılan pul kimin cibinə gedir? .....                     Qonşusunun yetim uşağını döyə-döyə diləndirib .....                     “AzSığorta”nın İdarə Heyətinə təyinat olub .....                     Telefondan istifadəyə görə cərimələr .....                     Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu .....                     Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı .....                     “Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi .....                     Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub .....                     Ağadadaş Ağayev Azərbaycanı tərk edib? .....                     Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı .....                     Valideyn himayəsindən məhrum olmuş uşaqlara .....                     Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR .....                     Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı .....                     İran İsraili niyə Təbrizdən vurdu? .....                     “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB .....                     İsrail ordusu yenidən Beyruta zərbələr endirib .....                     136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır .....                     Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar .....                     Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                 

Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir? - TƏHLİL
Tarix: 29-10-2020, 08:23 | Çap et
Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansı sərfəlidir?
Bir neçə gün sonra - daha dəqiq desək, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, namizədlər Demokratlar Partiyasından Co Bayden və hazırkı prezident, Respublikaçılar Partiyasından Donald Trampdır.

Rəy sorğusu keçirən təşkilatlar, analitik mərkəzlər hansı namizədin qalib gələcəyini hələlik tam olaraq proqnozlaşdıra bilmirlər. Son sorğulara əsasən Bayden 52 faiz səslə 41 faiz etimada sahib olan Trampı üstələyir. Lakin əlbəttə ki, bu nəticələr nisbidir.

Bəs Baydenin, yoxsa Trampın ABŞ-a prezident seçilməsi Azərbaycan üçün sərfəli olar? Mütəxəssislərin əksəriyyəti qeyd edir ki, Tramp 4 illik hakimiyyəti dövründə Azərbaycana qarşı qərəz nümayiş etdirməyib. Lakin Bayden istər Obamanın vitse-prezidenti olduğu dövrlərdə, istərsə də indiki çıxışlarında ermənipərəst mövqe nümayiş etdirir. Bu baxımdan Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-da erməni lobbisinin daha da güclənəcəyini düşünənlər var.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, ABŞ-ın ”oturuşmuş siyasət sistemi" var. ABŞ sistem dövlətidir. Yəni bu dövlətdə kimin prezident olması mahiyyətcə nələrisə dəyişmir. Bundan əvvəl də ermənipərəst sayıla biləcək qüvvələr hakimiyyətə gəlmişdi. Bəs dəyişən nəsə oldumu? Onlar öz ölkələrinin maraqlarına zidd addımlar atmağa məcbur oldular, çünki heç vaxt daxili siyasəti xarici siyasətlə qarışdırmaq olmaz. Bir ermənipərəst mövqe ABŞ-ın bölgədə maraqlarını təhlükə altına qoyur. Məsələn, Türkiyə kimi bir dövlətlə ermənilərə görə müəyyən problem yaşaması ABŞ-ın özünə ziyanlı addımdır. Ona görə də bu kimi məsələlərdə çox da narahatlıq keçirməyə dəyməz. Bizim üçün heç bir fərqi yoxdur, kim olmağından asılı olmayaraq, ermənipərəst olarsa daha çox pərişan olacaq, ermənipərəst olmayanda əvvəlki ABŞ siyasətini davam etdirəcək.

Bayden və başqaları da daxildə səs almaq üçün belə bir görüntü verirlər. Mahiyyətcə onlar ABŞ dövlət siyasəti nəyə xidmət edirsə, onu da yerinə yetirəcəklər.

ABŞ-da yəhidi lobbisi də kifayət qədər güclüdür. Məlum olduğu kimi indi yəhudi lobbisi ilə Türkiyənin münasibəti fərqlidir. Amma Azərbaycanla münasibəti isə əksinə, tam yüksək səviyyədədir. İndi kimsə məsələyə erməni kontekstindən yanaşarsa, onda yəhudilərin dəstəyini itirəcək. Ona görə də ABŞ-da mütləq mənada ermənipərəst, yaxud yəhudipərəst prezident olması deyilən bir yanaşma yoxdur. Konkret seçki dairəsi var. Seçki dairəsinin müəyyən dərəcədə rəğbətini qazanmaq üçün seçki ərəfəsində və yaxud ondan sonrakı dövrlərdə onların xoşuna gələn mesajlar verirlər, çünki onlar da seçki kampaniyasına müəyyən qədər ianə, pul ödəyirlər.

Lakin sonradan elektoral baza da anlayır ki, ABŞ dövləti erməni üçün hər hansı fədakarlıq etmək əvəzinə öz maraqlarını qorumalıdır. Ona görə də bu kimi məsələlərdə bizim üçün narahatlığa əsas yoxdur. Sadəcə, dünya üçün mütərəqqi lider olarsa, dünyada yaxşı mənada müsbət dəyişikliklər baş verər. Yəni Amerika proseslərə ədalət anlayışı ilə yanaşarsa, bölgələrdə daha çox sülhün bərqərar olması mümkün olar. Ədalətsiz olarsa, daha çox savaş, qan, insan fəlakətləri yaşanacaq. Ona görə də ümumi bəşəriyyət üçün sadəcə ədalətli mövqedə olması kifayət edir".

“İlk öncə onu qeyd edim ki, Amerika prezidentləri heç vaxt başqa xalqların maraqlarına xidmət etmirlər. Sadəcə, öz maraqlarına uyğun hansı dövləti müdafiə etmək tələb olunursa, o dövləti də müdaifə edirlər. Bu baxımdan Azərbaycanın geopolitik əhəmiyyətinin artmasını nəzərə alsaq, Amerikada prezident kim olursa-olsun, mütləq Azərbaycanın maraqlarını müdafiə etməlidir və edəcək də.

Məlum olduğu kimi, indi İsrail də Azərbaycanın yanındadır. İsrail lobbisi dünyada qeyri-adi təsir imkanlarına malikdir. Bu o deməkdir ki, kim olursa-olsun, ABŞ siyasəti Azərbaycanın mənafeyinə uyğun olacaq".

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə qeyd etdi ki, hər iki namizədin Azərbaycana münasibəti yaxşıdır: “Azərbaycan Prezidenti İlham Əliyev ”Fox News"un suallarını cavablandıran zaman da qeyd etmişdi ki, prinsipcə hər iki şəxsin Azərbaycana münasibəti yaxşıdır.

Məlum olduğu kimi, Bayden Obama administrasiyasında vitse-prezident olub və artıq o, Azərbaycanla bu məsələdə əməkdaşlıq edib, birgə işləyib, o cümlədən də Tramp administrasiyası.

Mənim şəxsi fikrimi soruşsanız deyə bilərəm, ABŞ prezidenti seçilmiş şəxs ilk olaraq Amerikanın maraqlarından çıxış edir.

Lakin bu da bir faktdır ki, Amerikada erməni lobbisinin təsiri çox güclüdür, yəni biz bunu nə qədər inkar etsək də Konqresdə, Senatda da ermənilər var və onlar prezident administrasiyasına da təsir edə bilirlər. Təcrübələr onu göstərir ki, Tramp administrasiyası onun birinci prezidentlik dövründə erməni provokasiyasına getmədi. Bildiyiniz kimi, adətən 24 apreldə hər dəfə Amerika prezidentləri bəyanatla çıxış edirdilər. Lakin Tramp emrənilərin bu arzusunu yerinə yetirmədi, bu barədə ifadələr işlətmədi.

Ümumiyyətlə, indiki halda fəaliyyətdə olan Tramp administrasiyasında da birtərəflilik də müşahidə edilir. Pompeonun bəzi, xüsusən də “Qarabağ konfliktinin hərb yolu ilə həlli yoxdur” kimi bəyanatları var. Buna baxmayaraq, bunlar növbətçi bəyanatlar kimi qəbul olunur. Təbii ki, biz istərdik ki, onlar həm BMT Təhlükəsizlik Şurasının üzvü, həm də ATƏT-in Minsk Qrupunun həmsədləri qətiyyətlə neytral olsunlar. Bu cür olmadıqda belə, onların bu işlərə çox da qarışmamasının tərəfindəyik. Bu baxımdan düşünürəm ki, Tramp administrasiyası qalsa, bizim üçün daha yaxşı olardı".

“Məlum məsələdir ki, Amerika cəmiyyətində, dövlətin siyasətində erməni lobbisinin təsirləri yavaş-yavaş zəifləməyə başlayır. Trampın hakimiyyəti dövründə Amerikanın daxili və xarici siyasətində erməni lobbisinin təsirlərinin xeyli dərəcədə zəiflədiyini gördük. Bu nöqteyi-nəzərdən əlbəttə ki, Trampın hakimiyyəti Azərbaycan üçün nisbətən sərfəlidir. Çünki əvvəla erməni lobbisinin təsirlərinə o qədər də uymayan hakimiyyətdir. Amerikanın milli maraqlarını hər hansı etnik qruplaşmanın, o cümlədən də erməni lobbisinin mənafelərindən üstün görə bilən bir hakimiyyətdir. Üstəlik də xüsusilə də enerjidaşıyıcılarının nəqli, Azərbaycanın beynəlxalq, iqtisadi-ticarət inteqrasiyasında mənafelərinə hörmətlə yanaşan və əməli iş görən dövlətdir. Bu mənada Trampın hakimiyyəti bizim üçün sərfəlidir.

Lakin Baydenin də bu gün açıq ermənipərəst mövqedən çıxış etməsini qəti müəyyənləşmiş və gələcəkdə də davam edəcək bir platforma hesab etmirəm. Daha çox müşahidələrimə görə bu qənaətdəyəm ki, Bayden seçici rəyi ilə işləyir. O, yaxşı bilir ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də Tramp erməni lobbisinə və diasporuna o qədər də meyl göstərməyən və qucaq açmayan namizəddir. Belə şəraitdə Bayden ortada qalmış erməni elektoratının səsini, dəstəyini, rəğbətini qazanmaq üçün müəyyən ermənipərəst bəyanatlar səsləndirməyi özünə rəva görür, bu taktikadan istifadə edir. Ona görə də Baydenin son günlər ermənipərəst çıxışlarını, sadəcə, seçki taktikası hesab edirəm və düşünürəm ki, onun seçilmə şansı az olsa da, hətta nəzəri olaraq belə seçildikdən sonra onun ermənipərəst mövqelərində çox da dərinə gedəcəyini düşünmürəm. Həmçinin Bayden də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini əldə saxlamağının mümkünsüzlüyü barədə açıq fikir bildirib. Bu da onun gələcəkdə Ermənistana mümkün dəstəklərinin müəyyən çərçivədə olacağını söyləməyə əsas verir".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda tanınmış alim vəfat edib
Bu gün, 17:15
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Bu gün, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Bu gün, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Bu gün, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Bu gün, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Bu gün, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Bu gün, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Bu gün, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Bu gün, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Bu gün, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Bu gün, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Bu gün, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Bu gün, 16:23
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
Bu gün, 16:21
Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı - Rusiya mediası
Bu gün, 16:18
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Bu gün, 16:15
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - AXI NİYƏ?
Bu gün, 16:12
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı - TƏFƏRRÜAT
Bu gün, 16:11
İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb
Bu gün, 16:07
“Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI
Bu gün, 16:05
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Bu gün, 16:02
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
Bu gün, 16:02
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar - İsrafil Kərimovun yazısı
Bu gün, 15:59
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru