Emoməli Rəhmon yenidən prezident seçildi
Tarix: 12-10-2020, 09:54 |
Çap et
Ötən gün Tacikistanda keçirilmiş prezident seçkilərində hazırkı ölkə rəhbəri Emoməli Rəhmon qələbə qazanıb.
Azvision.az Tacikistan mətbuatına istinadən xəbər verir ki, hazırkı prezidentə 3 milyon 837 min nəfər (90,9%) səs verib.
“Koronavirus pandemiyasına baxmayaraq, seçkilər şəffaf və demokratik şəraitdə keçdi”, - deyə Tacikistanın Seçki və Referendum Mərkəzi Komissiyasının sədri Bəxtiyar Xudoerzod bildirib.
Xatırladaq ki, Tacikistan prezidenti vəzifəsinə beş namizəd mübarizə aparıb: Rüstəm Latifzoda (Aqrar Partiya), Abduhalim Qafforzoda (Sosialist Partiya), hazırkı Prezident Emoməli Rəhmon (Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Gənclər Birliyi və Tacikistan Xalq Demokratik Partiyası), Rüstəm Rəhmatzoda (İqtisadi İslahatlar Partiyası) və Miroj Abdullaev (Kommunist Partiyası).