Makedoniyadan Yunanıstana çağırış
Tarix: 1-09-2017, 09:06 |
Çap et
Avqustun 31-də Makedoniya Yunanıstanı çağırıb ki, «yeni reallığı» qəbul etsin – Skopyenin yeni hökuməti Avropa Birliyi və NATO-ya qoşulmaq yolundakı qalan əngəllərin həllinə çalışır.
Skopyedə yunanıstanlı həmkarı Nokos Kotzias-la görüşdən sonra Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov deyib:
«Ümid edirik, Yunanıstan Makedoniyadakı yeni reallığı və bizim səmimi dostluq arzumuzu dərk edəcək. Avropaya inteqrasiyanı gözləyir, kömək və dəstəyə ümid edirik».
Baş nazir Zoran Zaev-in yeni hökuməti mayda işə başlayıb və NATO, AB-yə qoşulmaq prosesini sürətləndirməyə boyun olub.
Kotzias deyib ki, Afina Makedoniyanın AB-yə qoşulmasına tam dəstək verəcək.