Avropadan Türkiyəyə böyük jest
Tarix: 1-09-2017, 08:22 |
Çap et
Avropa Birliyi (AB) Türkiyədə korrupsiya ilə mübarizəyə 1 milyon 800 min avro xərcləyəcək.
Axar.az xəbər verir ki, hazırlanan layihədə türk rəsmilərə Avropa dəyərlərinin aşılanması və Türkiyə qanunvericiliyinə dəyişikliyin edilməsi üçün dəstək nəzərdə tutulub.
“Proqramın məqsədi Avropa standartlarına uyğun olaraq yerli idarəçilikdə korrupsiya ilə mübarizəyə və etik qaydaların tətbiqinə yardımçı olmaqdır”, - məlumatda bildirilib.
Bundan əlavə, qanunsuzluqlarla mübarizə çərçivəsində məlumat mərkəzi yaradılacaq və olaylar araşdırılacaq. Nəticədə toplanan məlumat sayəsində rüşvətxorluq, mənimsəmə, dələduzluq və s. kimi hallarla bağlı qanunvericilik təkmilləşdiriləcək.