Şimali Koreya yenə raket buraxacağını deyir
Tarix: 30-08-2017, 09:30 |
Çap et
Şimali Koreya lideri Kim Jong Un avqustun 30-da deyib ki, Sakit Okeana yenə ballistik raketlər buraxacaq. Bir gün öncə Pxenyan Yaponiya üzərinə nüvə başlığı daşımaq gücünə malik raket buraxmışdı.
BMT-nin Təhlükəsizlik Şurası isə raket buraxılmasını «qəbuledilməz» adlandırıb və bütün ölkələri Pxenyana sanksiya qoymağa çağırıb.
Şuranın qətnaməsini Çinlə Rusiya da dəstəkləyib. Sənəd problemin dinc, diplomatik və siyasi həllinə çağırır, Şimali Koreyanı yeni sanksiyalarla hədələmir.
Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Kim avqustun 29-da raket buraxılmasını Quamı önləməyə «mənalı başlanğıc» sayır. ABŞ-ın Sakit Okeandakı Quam adasında hərbi baza yerləşir.