Şimali Koreya yenə raket buraxdı - İnsident
Tarix: 29-08-2017, 09:18 |
Çap et
Şimali Koreya Yaponiya istiqamətində növbəti raket buraxıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Yaponiya hökuməti artıq insidentlə əlaqədar yerli əhaliyə xəbərdarlıq edib.
Qeyd edək ki, bundan öncə ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın öz nüvə silahından imtina etməsini tələb etmişdi. Rəsmi Vaşinqton özü və müttəfiqləri üçün təhdid yaranacağı təqdirdə Pxenyanı vuracağını bildirmişdi.