Yeni hərbi bazanın qurulmasının məqsədi üzə çıxdı - ABŞ-ın gizli PKK planı
Tarix: 28-08-2017, 12:07 |
Çap et
İraqda türkmənlərin yaşadığı Telafer İŞİD-dən tamamilə təmizlənib. Şəhərdə bir müddət əvvəl hərbi baza quran ABŞ isə PKK-nın yerləşdiyi Qəndil və Sincara qonşu olub.
Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusunun keçirdiyi Telafer əməliyyatlarının komandanı general Abduləmir Yarullah “orduya bağlı zirehli hərbi birliklər və Haşdi Şəbi milisləri qəsəbə mərkəzinin bütün istiqamətlərində nəzarəti ələ alıb”, ifadələrindən istifadə edib.
Qeyd edək ki, əməliyyatlar bir həftə öncə başlamışdı.
Türkiyədə terror hücumları həyata keçirən PKK-nın Suriya qolu PYD/YPG-yə silah və sursat göndərən ABŞ isə iki həftə öncə İraqdakı İŞİD-ə qarşı əməliyatları bəhanə edərək, Telafer yaxınlığında yeni bir hərbi baza qurmuşdu.
PKK-nın müxtariyyət elan etdiyi Sincar və Ərbil yaxınlığındakı Qəndilə yerləşən ABŞ-ın PKK-nı buradan dəstəkləməsi planı iddia edilir. Sincar Suriyaya keçid üçün önəmli bir nöqtədir.
Diğər tərəfdən İraqla Suriya sərhəd bölgəsində son böyük qalası Telaferdən çıxarılan İŞİD təchizat xəttini, beləcə, itirmiş oldu. Təxminən 2 min İŞİD terrorçusunun olduğu müəyyən edilən Telaferdən çıxarılamasından sonra bu silahlı dəstə İraqda yalnız Kərkükün qərbindəki Havicə bölgəsi ilə İraqın Suriya sərhədində varlığını qoruya biləcək.
Qeyd edək ki, Mosul şəhər mərkəzinin 63 km qərbində yerləşən şəhər 16 iyun 2014-cü ildən bu yana İŞİD-in nəzarətində idi.