“Peterburq siyasəti” fondu Rusiya prezidenti Vladimir Putinin ehtimal edilən sələflərinin adını açıqlayıb.
SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, fondun rəsmi internet səhifəsində dərc olunan siyahıya ümumilikdə 19 ən nüfuzlu siyasətçinin adı daxil edilib.
Reytinqdə ilk sıranı Rusiyanın baş naziri Dmitri Medvedyev tutur. O, 21 bal toplayıb. D.Medvedyevin ardınca Moskva meri Sergey Sobyanin (19 bal) və Tula vilayətinin qubernatoru Aleksey Dyumin (18 bal) gəlirlər.
Siyahıya, həmçinin Çeçenistan rəhbəri Ramzan Kadırov (14 bal), Rusiyanın müdafiə naziri Sergey Şoyqu (17 bal) və müxalifətçi Aleksey Navalnıy (10 bal) salınıblar.