ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq
Tarix: 22-04-2017, 09:22 |
Çap et
ABŞ Asiya-Sakit Okean regionunda "sülhün və sabitliyin dəstəklənməsi üçün lazım olan hər şeyi etməyə hazırdır".
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Mayk Pens Sidneydə Avstraliyanın baş naziri Malkolm Ternbull ilə keçirilmiş danışıqlardan sonra deyib.
Vitse-prezident qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Koreya yarmadasında nüvəsiz statusunun saxlanılması üçün "KXDR-ya iqtisadi və diplomatik təzyiq göstərməkdə davam edəcək".
"Biz bütün mümkün variantları nəzərdən keçiririk", - Pens deyib.
Avstraliyanın baş naziri öz növbəsində Çini Phenyana olan "nəhəng təsir"indən istifadə etməyə çağırıb.
"Biz də hesab edirik ki, Çin bu baxımdan indiyədək etdiyindən daha çoxunu edə bilər", - Mayk Pens deyib.