Əsas Səhifə > Dünya > ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq
ABŞ Koreya yarımadasının nüvəsiz statusunun saxlanılması üçün çalışacaq22-04-2017, 09:22 |
ABŞ Asiya-Sakit Okean regionunda "sülhün və sabitliyin dəstəklənməsi üçün lazım olan hər şeyi etməyə hazırdır". Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ vitse-prezidenti Mayk Pens Sidneydə Avstraliyanın baş naziri Malkolm Ternbull ilə keçirilmiş danışıqlardan sonra deyib. Vitse-prezident qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Koreya yarmadasında nüvəsiz statusunun saxlanılması üçün "KXDR-ya iqtisadi və diplomatik təzyiq göstərməkdə davam edəcək". "Biz bütün mümkün variantları nəzərdən keçiririk", - Pens deyib. Avstraliyanın baş naziri öz növbəsində Çini Phenyana olan "nəhəng təsir"indən istifadə etməyə çağırıb. "Biz də hesab edirik ki, Çin bu baxımdan indiyədək etdiyindən daha çoxunu edə bilər", - Mayk Pens deyib. Geri qayıt |