“Baş verənləri yaxından və narahatlıqla izləyirik”
Tarix: 22-07-2016, 08:30 |
Çap et
Avropa Birliyi Türkiyədə uğursuz çevriliş cəhdindən sonra minlərlə insanın həbsindən və işdən çıxarılmasından “narahatlıq” bildirir, ölkəni insan haqlarına və hüququn aliliyinə sayqı göstərməyə çağırır.
Türkiyə prezidenti Recep Tayyip Erdogan iyulun 1-də ölkədə fövqəladə vəziyyət elan edib. Ölkədə 60 mindən çox insan işdən çıxarılıb, hakimiyyət onların çevriliş cəhdinə rəğbət bəslədiyini deyir.
“Baş verənləri yaxından və narahatlıqla izləyirik”, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini və blokun genişlənmə komissarı Johannes Hahn iyulun 22-də yaydıqları birgə bəyanatda bildirirlər.
Onlar müəllimlərin, hakimlərin, jurnalistlərin hədəfə alınmasını “qəbuledilməz” adlandırır və vurğulayırlar ki, Türkiyə “insan haqları, fundamental azadlıqlara, eləcə də insanların ədalətli mühakimə hüququna hörmət göstərməlidir”.
Bu arada ABŞ-ın vitse prezidenti Joe Biden Türkiyənin Baş naziri Binali Yildirim-a telefon zəngi edərək çevriliş cəhdiylə bağlı təhqiqatı “demokratik müəssisələr və hüququn aliliyinə ictimai inamı gücləndirəcək” formada aparmağa çağırıb.