Hələbə aparan yol bombalanıb
Tarix: 23-05-2016, 09:12 |
Çap et
Rusiya hərbi təyyarələri Suriyanın Hələb şəhərinin üsyançıların nəzarətində olan hissəsinə aparan əsas yolu bombalayıb.
Suriya İnsan Haqları Təşkilatı bildirib ki, mayın 22-də Kastello yoluna hava zərbələri endirilib. Bu yol hələ açıq olsa da, təhlükəli sayılırdı.
Suriya hökumət rəsmiləri və Rusiyadan hələlik məsələyə şərh gəlməyib.
Türkiyə sərhədinin 50 kilometrliyində yerləşən Hələb hökumət qüvvələri ilə üsyançılar arasında bölünüb.
Fevralda Birləşmiş Ştatlar və Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olunsa da, Hələbdə döyüşlər davam edir.
Əsas üsyançı qruplar mayın 22-də bildiriblər ki, Suriya ordusu onların Dəməşq ətrafındakı mövqelərinə hücumu 48 saat içində dayandırmasa, atəşkəsə əməl etməyəcəklər.