"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" .....                     "Proses davam etməlidir" .....                     Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” .....                     Bakıda yataqxana içində yaşayış ola-ola sökülür .....                     Əri ölüm ayağında olduğu üçün intihar edibmiş .....                     "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi .....                     Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır .....                     “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal .....                     Estetik cərrah pasiyenti görün nə hala salıb .....                     "Ticarətlə məşğul olmaq istəyirdim..." .....                     AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” .....                     Hikmət Məmmədov işdən çıxarıldı .....                     Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı .....                     Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona .....                     Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                 

Pakistan terrorunun pərdəarxası: `Taliban`ı kimlər və niyə fəallaşdırır? - TƏHLİL
Tarix: 31-03-2016, 11:21 | Çap et
Pakistan terrorunun pərdəarxası: `Taliban`ı kimlər və niyə fəallaşdırır?
İlin əvvəlindən bu yana Pakistanda üç terror hadisəsi baş verib. Martın 27-də Pakistanın ikinci ən böyük şəhəri olan Lahorda partlayışın törədilməsi 70 nəfərin qətli və 300-ə yaxın insanın yaralanması ilə nəticələndi.

Lahor partlayışına görə məsuliyyəti “Taliban” təşkilatı öz üzərinə götürdü. Budəfəki terror aktının əsas fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, partlayış xristian əhalisinin Pasxa bayramı ilə bağlı toplandığı meydanda həyata keçirilmişdi və ölənlərin əksər hissəsi xristian dininə sitayiş edən pakistanlılar idilər.

Bundan əvvəl, yanvarın 20-də Pakistanın şimalında yerləşən Çarsəddə şəhərindəki Baça Xan universitetinə terrorçular tərəfindən silahlı hücum təşkil olunmuş, nəticədə 15 dinc sakin qətlə yetirilmiş, 50-ə yaxın insan isə yaralanmışdı.
6 fevral tarixində isə Pakistanın Kvetta şəhərində baş vermiş partlayış nəticəsində 9 nəfər ölmüş, 40-a yaxın insan yaralanmışdı. Hər iki hadisəyə görə “Taliban” hərəkatı məsuliyyəti öz üzərinə götürmüşdü.

Ümumi fikir ondan ibarətdir ki, terrorçuların Pakistan ərazisində mütəmadi qaydada həyata keçirdikləri terror aktları İslamabadın Əfqanıstanla sərhəddə “Taliban” hərəkatına qarşı apardığı mübarizə ilə bağlıdır. Təbii ki, bu fikir həqiqəti əks etdirə bilər, ancaq eyni zamanda Talibanın Pakistanda birdən-birə fəallaşmasının arxasında daha dərin köklərin dayandığını da istisna etmək lazım deyil.

Burada söhbət Yaxın Şərqdə son dövrlərdə gərginliyin artması və Pakistanın bu proseslərə cəlb olunmasından gedə bilər. 2015-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı Yəməni “xusidlərdən azad etmək” adı ilə bu ölkəyə müdaxilə qərarına gəldi. Ər-Riyad 34 müsəlman ölkəsindən böyük bir hərbi koalisiyanı öz ətrafında toplamağa nail oldu. Faktik olaraq, bu, İranın başçılıq etdiyi şiə birliyinə qarşı ittifaqa daxil olmuş sünni dövlətlərin hərbi koalisiyası idi. Amerika başda olmaqla Qərb dövlətləri koalisiyaya qoşulmasalar da, birmənalı şəkildə yeni ittifaqa dəstək verdilər. Əvvəllər İranın nəzarətində olan Yəmənin Səudiyyə Ərəbistanının nəzarətinə keçməsi Avropaya aparan əsas dəniz ticarəti yolunun sünnilərin əlinə keçməsi anlamına gəlirdi.

Lakin bu məsələdə İran üçün ən çox təhlükə yaradan məqam nüvə silahına malik Pakistanın Ər-Riyadın başçılıq etdiyi koalisiyaya qoşulması idi. Belə ki, Pakistanın dənizə çıxış imkanları olan güclü hərbi donanmasının mövcudluğu və İranla həmsərhəd olması Tehran üçün ciddi təhlükə yaradırdı. Koalisiya yaranan ilk vaxtlarda Pakistan rəhbərliyi çox qərarlı görünsə də, bir neçə terror hadisəsindən sonra koalisiya qoşulmaq məsələsini parlamentin müzakirəsinə çıxarmaq qərara alındı.

2015-ci ilin aprel ayında Pakistan parlamenti Yəmənə qarşı hərbi əməliyyatlara qoşulmamaq qərarına gəlsə də, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə Ər-Riyadla vahid cəbhədə mübarizə aparacağını vurğulamağı unutmadı. Bu, o demək idi ki, Pakistan Səudiyyə Ərəbistanına qarşı müharibə elan edən dövlətə qarşı müharibəyə qoşulacaq.

2016-cı il Səudiyyə Ərəbistanında 46 şiə din xadiminin edam olunması xəbərinin yayılması ilə start götürdü. Aralarında nüfuzlu şiə lideri Nimr ən-Nimrin də olduğu din xadimlərinin edam edilməsi Ər-Riyadla Tehranın münasibətləri yenidən gərginləşdirdi. Tehranda ərəblərin səfirliyinə hücumun həyata keçirilməsinə cavab olaraq Ər-Riyad İranla diplomatik münasibətləri kəsdi. Gərginlik o həddə çatdı ki, artıq növbəti müharibənin başlanacağı barədə proqnozlar səslənməyə başladı.

Bu vəziyyət Pakistanı avtomatik olaraq Səudiyyə Ərəbistanının hərbi tərəfdaşı etdiyi üçün Tehran konfrantasiyanın dərinləşməsindən ehtiyatlandı. Çünki müharibənin başlaması İranın iki cəbhədə vuruşmalı olması anlamına gəlirdi. Üstəgəl, Qərb birmənalı Səudiyyə Ərəbistanını dəstəkləməsə də, yaranmış vəziyyət Vaşinqtona Ər-Riyadın yanında olmasını diktə edirdi.

Bu hadisələrdən sonra Pakistanda ard-arda terror hadisələri başladı. Diqqət çəkən məqamlardan biri isə xristian əhaliyə qarşı partlayışın törədilməsidir. Bu, ilk baxışda, Pakistanın qarışıqlıqdan sitifadə edib, ölkədən xristianların çıxarılmasına səy göstərdiyi fikrini yarada bilər. Ən azı, ölkədə xristianlara qarşı müsəlmanların düşmən mövqedə olduqları fikri formalaşır. Belə vəziyyət, Pakistana dəstək verən Qərb dövlətlərinin İslamabadla münasibətlərinin sərinləşməsinə gətirib çıxara bilər.

Ehtimal etmək olar ki, Amerikada yeni prezident seçildikdən sonra Suriyaya “İŞID-la mübarizə məqsədilə ” NATO-nun hərbi qüvvələri yeridiləcək. Təbii ki, Ər-Riyad Suriya ərazisinə qoşun yeridilməsi kampaniyasından kənarda qalmaq istəməyəcək. Lakin görünən odur ki, Pakistanın sünni ərəblərin tərəfdaşı kimi Yaxın Şərqə gəlməsi nə Amerika, nə də şiə ittifaqının maraqlarına uyğundur. Odur ki, Pakistanın sərhədində terrorçuların fəallaşması İslamabadın xeyli müddət öz regionundan kənara çıxmasına mane olacaq.
AzVision.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47
"Proses davam etməlidir" - deputat
Bu gün, 06:38
Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32
Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16
Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13
"Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09
Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02
“Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00
Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10
"Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06
AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00
Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53
Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05
Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru