“Yaxın Şərqin taleyi iki şəhərin əlindədir”
Tarix: 29-03-2016, 11:13 |
Çap et
İŞİD-in hər santimetrdən təmizlənməsi bizim hədəfimizdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu İordaniya səfəri zamanı onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib.
O, İraqın Mosul şəhərinin İŞİD-dən geri alınması üçün dəstək verəcəklərini bildirib:
“İŞİD-in hər santimetrdən təmizlənməsi bizim hədəfimizdir. Hazırda Yaxın Şərqin taleyi iki şəhərin əlindədir; Mosul və Hələb. Məsələ iki şəhərin nə zaman azad olunacağı yox, kimlər tərəfindən qurtarılacağıdır. Mosul mosullular tərəfindən xilas olunmalıdır. Mosul yaxınlığındakı Başika bazasını qurmaqda üç məqsədimiz var: 1) İraq hökumətinə dəstək verib, Mosulu İŞİD-dən geri almaq. 2) Latakiya, Hələb, Mosul və Süleymaniyənin şimalı Türkiyənin təhlükəsizliyi üçün önəmlidir, buralardakı hər şey bizi maraqlandırır. 3) PKK-nın Mosulun şimalındakı Sincar bölgəsinə yerləşməsi, Qəndildən Sincara, oradan da Suriyaya keçməsinin qarşısını almaq. O bölgəyə PKK-nın yerləşməsini istəmirik. Mosulun azad olunması PKK-nın İraqın şimalında istədiyi ərazilərə yerləşməsinin qarşısını alacaq. Şimali İraq Kürd Regional Rəhbərliyində isə sabitlik yaradacaq. Buna görə Mosulun xilas olunmasını dəstəkləyirik”.
Qeyd edək ki, Mosul hazırda İŞİD-in nəzarətindədir.