QUBADA VƏZİYYƏT YENİDƏN QARIŞDI
Tarix: 1-03-2012, 16:27 |
Çap et
BU DƏFƏ HƏBS OLUNAN 25 NƏFƏRƏ AZADLIQ TƏLƏB OLUNUR
DİA.AZ: - Qubanın mərkəzində yeni aksiya başlayıb. Bu dəfə «Azadlıq!» şüarları səslənir.
Hadisə yerinə xüsusi təlim görmüş itlər gətirilib.
İlkin məlumatlara görə, rayonda keçirilən etiraz aksiyası ilə bağlı 25 nəfər saxlanılıb.
DİA.AZ-a daxil olan məlumata görə, sakinlər həbs olunanlara azadlıq tələb edirlr və eyni zamanda əvəlki tələblərinin – icra başçısının istefa məsələsinin də arxasında dayandıqlarını bildirirlər.
Onu da bildirək ki, polislə toqquşmalar zamanı xeyli sayda jurnalist yaralanıb. Yerli əhaldiən isə 100-ə yaxın şəxsin qan içində olduğu söylənilir.
Qubanın mərkəzində Daxili Qoşunlara aid zirehli texnikalar hərəkət edir.