Əsas Səhifə > Cəmiyyət, Manşet > QUBADA VƏZİYYƏT YENİDƏN QARIŞDI
QUBADA VƏZİYYƏT YENİDƏN QARIŞDI1-03-2012, 16:27 |
BU DƏFƏ HƏBS OLUNAN 25 NƏFƏRƏ AZADLIQ TƏLƏB OLUNUR DİA.AZ: - Qubanın mərkəzində yeni aksiya başlayıb. Bu dəfə «Azadlıq!» şüarları səslənir. Hadisə yerinə xüsusi təlim görmüş itlər gətirilib. İlkin məlumatlara görə, rayonda keçirilən etiraz aksiyası ilə bağlı 25 nəfər saxlanılıb. DİA.AZ-a daxil olan məlumata görə, sakinlər həbs olunanlara azadlıq tələb edirlr və eyni zamanda əvəlki tələblərinin – icra başçısının istefa məsələsinin də arxasında dayandıqlarını bildirirlər. Onu da bildirək ki, polislə toqquşmalar zamanı xeyli sayda jurnalist yaralanıb. Yerli əhaldiən isə 100-ə yaxın şəxsin qan içində olduğu söylənilir. Qubanın mərkəzində Daxili Qoşunlara aid zirehli texnikalar hərəkət edir. Geri qayıt |