GENERALLARIN SAVAŞI BAŞLADI
Tarix: 28-02-2012, 15:38 |
Çap et
SƏFƏR ƏBİYEV LƏNKƏRAN ƏLİYEVİ VƏ QIZLARINI MƏHKƏMƏYƏ VERİB
Azərbaycan Müdafiə Nazirliyi general-mayor Lənkəran Əliyevi və onun övladlarını məhkəməyə verib.
APA-nın xəbərinə görə, nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə əvvəlcə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəmədə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Qeyd edək ki, Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.