ŞOK: PUTİN İRƏVANA «QARABAĞI BOŞALT» TƏLİMATINI VERİB
Tarix: 4-12-2013, 09:03 | Çap et
RUSİYA PREZİDENTİNİN ERMƏNİSTAN SƏFƏRİ İLƏ BAĞLI İLGİNC FAKTLAR
DİA.AZ: - Əslində bu gün Ukraynada baş verənlər Rusiya kimi Qərbin də öz maraqları istiqamətində nə qədər israrlı olmasını sübutlamaqdadır. Yəni dünənə qədər bizdə elə bir təəssürat var idi ki, keçmiş sovet məkanında yalnız Rusiya qətiyyətli və israrlı görünə bilər. Amma indi anlaşılanı odur ki, Qərb üçün qeyd olunan region artıq kifayət qədər tanışdır.
Elə bir mərhələ yetişib ki, Qərb köşəyə də çəkilə bilir, yəni çəkilməyə köşə də tapır, gərəkən anda meydana da çıxmağı bacarır. Və Ukraynanın bu gün əslində Avropanın bölgədəki maraqları baxımından bir sınaq mərhələsində olması da vəziyyətin kifayət qədər gərginliyindən xəbər verməkdədir.
Dünən Ukraynada müxalifət, daha doğrusu, Avropanın dəstək verdiyi müxalifət çevrilişin qapısına qədər yaxınlaşmağı bacardı. Amma alınmadı. Rusiyanın dəstək verdiyi, daha doğrusu, Rusiyanın yanında olmaq zorunda qalan Yanukoviç iqtidarı Kremlin istəyi ilə geri çəkilmədi. Halbuki situasiya elə bir nöqtəyə qədər inkişaf etdirilmişdi ki, Yanukoviçin Regionlar Partiyası hakimiyyəti təhvil verməli idi.
Əslində bu gün Ukraynada baş verənlərin Azərbaycanın xarici siyasətinə də təsir etməsi bir faktdır və bu baxımdan rəsmi Bakı da öz addımlarını məhz Ukraynada cərəyan edn olaylara uyğun şəklə salmaq zorundadır. Çünki Azərbaycan, məsələn, Ermənistandan fərqli olaraq dövlətdir və konkret dövlət aparatına malikdir. Dövlətlər isə öz siyasətlərini cəngəllik qanunları ilə yox, məhz dünyada, ən yaxın məsafədə və maraqlı regionlarda baş verən hadisələrə uyğunlaşdırmaq zorundadırlar.
Bu gün özünü tam olaraq Rusiyaya təslim etmiş Ermənistanın elə bir qayğısı mövcud deyil. Hətta Ukraynada sonuncu rus qalalarını belə göyə uçursalar, rəsmi İrəvan Kremlin qucağından düşməyəcək. Və bunu həm də Qərb dairələri yaxşı bili rvə Qərbdə Ermənistana Rusiyanın uzantısı kimi yanaşıldığından o ərazi ilə bağlı Qərbin hər hansı ciddi maraq layihələri, planlamaları da mövcud deyil. Çünki istənilən halda Ermənistanın əvəzindən qərarı Rusiya verəcək və Ermənistanda hakimiyyətin dəyişməsi də bu situasiyanı dəyişməyəcək. Artıq Qərbdə yaxşı anlayırlar ki, ermənilərin dövlətçiliyinin qarantı Rusiyadır. Belə olan təqdirdə ermənilərin dövlətçiliyinin yoxluğundan danışmaq daha məntiqli görünür. Yəni o ərazilər Rusiyanın hərbi-siyasi dairələrinin tam nəzarəti altında olduğundan Ermənistan ciddi planlamalarda nəzərə alınmır və Ermənistanla bağlı hər hansı niyyətlənmə Rusiyaya yönəlik siyasətdə bir maddə olaraq qeyd olunur.
Amma Ermənistandan fərqli olaraq Azərbaycan artıq özünün dövlət mexanizmasını formalaşdırmış ciddi bir siyasi məkan olduğundan rəsmi Bakı ilə Qərbin təmasları tamam fərqli ampluadadır. Hətta son illərdə Azərbaycanın öz maraqlarını diqtə etmə cəhdləri rəsmi Bakıya olan münasibətləri də dəyişməkdədir. Yəni eynən Türkiyə ilə bağlı gedən proseslər bu gün Azərbaycana münasibətdə formalaşmaqdadır. Artıq Azərbaycana hansısa şərtin diqtə olunduğu ünvan kimi yox, özünün mövqeyi olan və dil tapılmağa layiq biri siyasi məkan kimi yanaşılır. Təbii ki, dövlət və dövlətçilik baxımından bu şərt kifayət qədər vacib və əhəmiyyətlidir.
O zaman ortaya bir sual da çıxır: Azərbaycan bundan sonra nə edəcək. Təbii ki, əl-qolun yana atılıb, Ukraynadakı Avropa-Rusiya toqquşmasını seyr etmək də doğru olanı deyil. Çünki rəsmi Bakı son iki ildə Kremlə kifayət qədər toqquşmalı olub. Necə ki, bu günlərdə Ukraynanın prezidenti Yanukoviç son üç ildə Rusiya kimi nəhəng güclə üz-üzə qaldığını etiraf etdi və bu müstəvidə Avropadan dəstək almadığını da yana-yana söylədi. Eləcə də rəsmi Bakının belə bir etirafı işlətməsi doğru görünərdi.
Həqiqətən də, Azərbaycan konkret olaraq son iki ildə Kremlin ciddi təzyiqlərinin əsas hədəfinə çevrilib. Ukraynadan fərqli olaraq Azərbaycan torpaqları işğal altındadır və Rusiyanın bu işğalda iştirakının olması faktı rəsmi Bakının mövqelərini daha da çətin vəziyyətə salır. Amma buna rəğmən Azərbaycan Ukraynadan daha dayanıqlı görünməkdədir. Sadəcə olaraq, bir situasiya fərqliliyi var ki, Azərbaycanda hakimiyyətdə olan qüvvələr Rusiya və Avropaya münasibətdə məsafə mütənasibliyini qoruyur. Rəsmi Kiyev isə siyasi bağ baxımından daha çox Kremlə aid hesab olunur. Və ona görə də Avropanın Yanukoviçi Kremlin basqıları ilə təkbətək buraxması da kifayət qədər anlaşılandır. Yəni Avropanın Ukraynadakı siyasi partnyoru heç də hakim Regionlar Partiyası deyil.
Azərbaycanda isə Avropa hakimiyyətlə ciddi əməkdaşlığa və bağlara malikdir. Bunu inkar etmək olmaz. Hətta bu gün Avropaya aid bəzi təşkilatların Azərbaycanda keçirilən seçkiləri şübhəyə alırmış kimi davranmaları da məsələnin mahiyyətini dəyişmir. Ən azından Avropanın taleyini müəyyənləşdirən əsas güclərin - Fransa-Almaniya-Britaniya üçlüyünün, həmçinin yəhidlərin nəzarəti altında olan maliyyə şəbəkələrinin bu gün rəsmi Bakıya sıcaq münasibət bəsləməsi bu müstəvidə hakimiyyətin alternativsiz yürüməsindən xəbər verir. Yəni Avropanın Azərbaycanda ikinci bir tərəfdaşı mövcud deyil.
Elə buna görə də İlham Əliyev hakimiyyəti bu gün balanslaşdırılmış siyasəti yürüdərkən belə Avropaya daha yaxın görünür. Bu isə Rusiyanı qıcıqlandırmaqdadır.
Amma Azərbaycan Rusiyaya lazımdır. Azərbaycan Rusiyanın planlarında müstəsna yerdə dayanır. Buna görə də, bizi gözləyən sonrakı mərhələlərdə artıq Kremlin basqılarından yox, Azərbaycana təklif edəcəyi güzəştlərdən danışa bilərik. Bunun ilkin işartıları da görünməkdədir.
İrəvana səfər edən Putinin oradan verdiyi mesajlar da ciddi mənada belə bir qənaət formalaşdırır ki, Azərbaycan Rusiya ilə münasibətlərində məhz öz maraqlarına uyğun bir mövqedə qərarlaşıb. Bunun ilk dəfə olduğunu da söyləyə bilərik. Yəni yaxın keçmişimizdə Moskva-Bakı münasibətlərinin belə bir məcrada yürüməsinə şahidlik etməmişik. Hər zaman Rusiya daha çox diqtəedən tərəf kimi çıxış edib və yaxud da belə bir görüntü yaranıb.
Amma indi situasiya dəyişib. Artıq Putin İrəvanda erməniləri sevindirəcək açıqlamalar vermir. Sadəcə olaraq İrəvana hərbi baxımdan dəstək verəcəyini və müharibənin olmayacağını vəd edir. Ermənilərin isə qorxduğu budur. Bu gün ermənilər fərqindədirlər ki, Azərbaycan son illərdə gücləndirdiyi hərbi imkanlarını məhz Ermənistana - Qarabağı işğal etmiş Ermənistana qarşı xərcləməyi planlaşdırır. Bu xərclənmənin isə Ermənistan üçün yaxşı nəsə vəd etmədiyini İrəvanda oturanlar da anlayır. Hətta bu gün Rusiyanın Ermənistana açıq hərbi dəstəyi belə gözlənilən müharibədə Azərbaycanın Qarabağ uğrunda düşmənə böyük zərbə vuracağını istisna etmir, bunun qarşısını ala bilməyəcək.
Və elə buna görə də, Ermənistana Putinin daha çox «müharibə olmayacaq» vədi daha gərəkli idi. Rusiya prezident idə bu mövcuda xəsislik etmədi. Amma Ermənistan mövqelərindən, ələ keçirdiyi mövqedən geri çəkilmək zorunda qalacaq.
Bu barədə DİA.AZ-a da olduqca maraqlı informasiyalar daxil olub. Diplomatik qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, ənənəvi olaraq İrəvanda ermənilərə təskinlik verən Vladimir Putin bu dəfə ermənilərin qanını qaraldıb: «Putin Ermənistana əslində, İrəvanı yeni güzəştlərə hazır olmaları üçün xəbərdar etməyə getmişdi. Putin-Sərkisyan görüşündə maraqlı müzakirələr olub. Rusiya prezidenti Azərbaycanla Ermənistanın gələcəkdə eyni ittifaqda olmalarının vacibliyindən danışıb və bunun üçün İrəvanın Qarabağ işğalından geri çəkilməsinin zəruri olduğunu bildirib. Amma prosesin birdən-birə yox, tədrici olaraq həyata keçiriləcəyi də Putin tərəfindən İrəvana vəd olunub. Hətta Putin Qarabağın işğaldan azadlığının müqabilində Bakıdan ermənilər üçün böyük həcmdə təzminat ala biləcəklərini də söyləyib».
Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən Ermənistanda bu gün daxili siyasi vəziyyət qarışıb: «Bunu edən erməni millətçiləridir. Onlar Putinin İrəvana etdiyi təkliflərdən xəbərdardırlar. Ona görə də İrəvanda vəziyyət qarışa və sonunda hakimiyyət dəyişə bilər. Hələlik belə bir plan var. Amma Rusiya Ermənistanda kifayət qədər güclü olduğundan, Putinin istədiyi, dəstək verdiyi hakimiyyətin Ermənistanda süquta uğraması inandırıcı deyil».
Mənbəmiz bildirir ki, hələlik erməni tərəfi Putini dinləyib: «Amma konkret cavab yoxdur. Lakin bir məqam da var ki, Putin İrəvana nəyisə xahiş etmək üçün yox, nəyisə diqtə etmək üçün getmişdi».
Xatırladaq ki, bu arada Türkiyə mətbuatı da maraqlı bir xəbəri yayımladı. Məlumatda qeyd olunurdu ki, Rusiya Ermənistanı 2 rayonun işğalından geri çəkilməyə razı sala bilib… Ola bilsin ki, bu, Azərbaycanın Avrasiya İttifaqına şirnikləndirilməsi üçün ilk addım kimi nəzərdə tutulub…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|