«ƏSLİNDƏ İSMƏT ABBASOVA CİNAYƏT İŞİ AÇILMALIDIR»
Tarix: 25-11-2013, 11:03 |
Çap et
İLGİNC FAKT: KEÇMİŞ NAZİRİN AYAĞINDA MİLYONLARLA VƏSAİT QALIB
DİA.AZ: - Hesabalama Palatasının rəhbərliyindən kənd təsərrüfatı naziri postuna gətirilən Heydər Əsədovun köhnə nazir İsmət Abbasovla da münasibətlərini qoruması KTN strukturlarında fundamental islahatların qarşısını alır. Bu iddia ilə çıxış edən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, bu gün əslində KTN-nin ən azından iki yüksək ranqlı əməkdaşına, həmçinin keçmiş nazir İsmət Abbasovun özünə cinayət işi açılmalıdır.
Mənbənin DİA.AZ-a söylədikləri: «İsmət Abbasov Dünya Bankından KTN-yə ayrılan vəsaitlərin hesabatını hələ doğru-dlürüst verməyib. İndi hər şey qalıb. Heydər Əsədovun üstündə. Pulu xərcləyən (mənimsəyən) İsmət Abbasov, amma hesabatı Heydər Əsədov verməlidir».
Mənbəmiz iddia edir ki, Dünya Bankından kənd təsərrüfatının inkişaı məqsədilə fermer təsərrüfatlarına ayrılan vəsaitlərin böyük hissəsi İsmət Abbasovun göstərişi ilə yaradılmış saxta təsərrüfat birliklərinin adı altında mənimsənilib: «Maraqlıdır ki, sözügedən problem günü bu gün də qalmaqdadır. Amma nədənsə İsmət Abbasovu sorğu-suala tutan yoxdur. Heydər Əsədov da artıq baş nazirin müavini olan İsmət Abbasova gücü yetmədiyindən onun bu yeyintidə iştirak edən adamlarına belə toxuna bilmir».
Məlumatı verən mənbə bu arada maraqlı bir faktı da açıqladı: «Keçən həftə hüquq-mühafizə orqanları bui şlə əlaqədar müəyyən addımları atmaq istəsə də, yeni nazirin təpgisi ilə qarşılaşıb».
Bütün tərəfləri mövzu ilə əlaqədar dinləməyə hazırıq...