Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                 

SƏFİRLƏRİN DÖYÜŞÜ
Tarix: 30-01-2012, 16:09 | Çap et
SƏFİRLƏRİN DÖYÜŞÜ

TÜRKİYƏ SƏFİRİ FRANSA SƏFİRİNƏ CAVAB VERDİ

Türkiyənin Azərbaycandakı səfirliyi Fransa səfirinin APA-ya müsahibəsinə cavab olaraq açıqlama yayıb. Səfirlikdən APA-ya göndərilən açıqlamada deyilir:

“Fransa Milli Assambleyasının və Senatının Türkiyə və əslində bütün türk milləti əleyhinə qəbul etdiyi qərar haqqında mətbuatda səfirimizin müsahibələri və səfirliyimizin açıqlamaları dərc edilib. Bütün türk dünyasının hüquqlarını müdafiə etməyi nəzərdə tutan, Türkiyə və Azərbaycanda həmrəyliyin yüksək səviyyədə olduğunu göstərən mövqeyimizin bəzi dairələrdə narahatlıq yaratdığı Fransanın Azərbaycan Respublikasındakı səfirinin APA Agentliyində 25 yanvar 2012-ci il tarixdə yayımlanan ifadələrində təəssüf ki, açıq-aşkar görünür. Fransa səfiri məsələni başqa tərəfə çəkməyə çalışaraq Türkiyə, Azərbaycan və bütün türk dünyası əleyhinə atılmasına cəhd edilən addımları, bəsit siyasi divident əldə etmək naminə böyük millətimizə “soyqırımçı” yamağı vurmaq səylərini gizlədə bilməz. Çünki Azərbaycan mətbuatında minnətdarlıqla izlədiyimiz xəbərlər və şərhlərdə ictimai rəyin hansı tərəfə meyl etdiyini çox gözəl göstərir. Bu xəbərlərin ən maraqlısı “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” başlığı ilə “Xalq Cəbhəsi” qəzetinin 26 yanvar 2012-ci il tarixli sayında dərc olunub. Həm Milli Məclis üzvlərindən, həm də vətəndaş cəmiyyəti təmsilçilərindən gələn şərhlərdə, Fransa səfirinin ifadələrinin açıq-aydın şəkildə tənqid edildiyi diqqəti çəkir. Türkiyə Respublikasının Azərbaycandakı səfirinə nəyin yaraşdığı və ya yaraşmadığı məsələsi isə təbii olaraq səfirin fəaliyyəti ilə birinci dərəcədə əlaqəli olan Türkiyə və Azərbaycan rəsmiləri və ictimaiyyəti tərəfindən qiymətləndirilə bilər. Bununla əlaqədar olaraq təbiidir ki, keçən il Senatda rədd edilən qanunun qısa müddət əvvəl Qanunlar Komissiyası tərəfindən Konstitusiyaya zidd olduğu bildirilməsinə baxmayaraq, bu il eyni Senat tərəfindən qəbul edilməsinin səbəbinin izahını Azərbaycan ictimaiyyəti Fransa səfirindən gözləyir. On minlərlə türkün bu irqçi qanun səbəbilə milli heysiyyətlərini qorumaq üçün Paris küçələrində təşkil etdiyi nümayişlər onu göstərir ki, bu insanlar dinclik tapa bilmirlər və narahatlıq keçirirlər. Bunu nəzərə alaraq Fransa səfirinin Fransadakı türk toplumunun narahatlığının səbəbi ilə əlaqədar təkrar şərh verməsi məntiqli bir davranış olardı. Fransada yaşayan türk toplumu qəlbimizin bir parçasıdır. Onlara həqarət etdiyimizi hesab edənlər bilməlidirlər ki, həqarət ilə sevgi sözlərini bir-biri ilə qarışdırırlar. Səfir ölkəsində yaşayan 2 etnik icmadan birinin ifadə və düşüncə azadlığını qadağan edərək digər etnik qrupun ifadə və düşüncə azadlığına sərbəstlik verilməsini, görəsən, necə izah edəcək? Bu fakt Fransanın üç şüarından biri olan “bərabərlik” anlayışına uyğun gələ bilərmi? Fransa səfirinin aşıqlamasında Fransanın yaxın keçmişdə törətdiyi qətliamlara görə öz məsuliyyətini dərk etdiyi kimi izah oluna bilən ifadəsi dərin peşmanlıq hissi ilə günahını yumaq cəhdi hesab oluna bilər. Bununla yanaşı, bir millətin tarixində yer alan qəbuledilməz hadisələrin millətimizin tarixində də eyni şəkildə yer aldığını irəli sürməyə çalışmaq, mövcud durumun dəhşətli olduğunu göstərmək üçün kifayətdir. Burada bir məsələni unutmamaq lazımdır ki, üçüncü tərəflərin əsassız iddialarına əsaslanaraq hərəkət edən bəzi siyasətçilər müəyyən mənafelər güdərək tarix yaratmaq yolunu tutmuşdur. Tarixçi olmayan bəzi fransız senatorların yüz il bundan əvvəl baş verən və isbat edilməmiş bir hadisənin inkarının cəzalandırılmasına səs verməsi, tarixi, elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi yolverilməzdir. Parlamentlər məhkəmə olmadığı kimi, siyasətçilər də hakim deyildir. Hüquqa, tarixə və insanın təbiətinə zidd olan bu qanunu Fransa xalqının və çox sayda millət vəkili və senatorun qəbul etmədiyi məlumdur. Millətimizi üzən və vicdanını acıdan bu irqçi qanun xalqlar arasında hüzursuzluğu artıracaq, etimadsızlığı gücləndirəcək, ksenofobiya və irqçilik kimi cəmiyyət travmalarını dərinləşdirəcək. Fransanın ən nüfuzlu hüquqi qurumu olaraq bilinən Konstitusiya Şurasının bu irqçi qanunu ləğv edərək Fransa xalqını böyük tarixi və hüquqi yanlışlıqdan çəkindirməsi və bu irqçi qanunu tarixin zibilliyinə göndərməsini gözləyirik. Azərbaycanda çox sayda rəsmilərin, siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatları, ziyalılar, mütəfəkkirlər Dağlıq Qarabağ probleminin həlli prosesində ATƏT Minsk Qrupunda Fransaya dərin etimadsızlıq duyduqlarını və Fransanın bu qrupdan çıxmalı olduğunu açıqlamışlar. Bu durumda məsələnin həllində tərəf saxladığı aydın görülən Fransanın Minsk Qrupundan ən qısa müddətdə çıxmasını gözləyirik. Türkiyə hüququ, təməl bəşəri dəyərləri və ictimai vicdanı heçə sayan bu haqsız qərara qarşı bütün qanuni yollarla mübarizə aparmağa qərarlıdır. Bu çərçivədə, qardaş Azərbaycanın indiyə qədər bu haqlı mübarizəmizdə hər səviyyədə bizə verdiyi, yüksək qiymətləndirdiyimiz dəstəyi davam etdirəcəyinə inanırıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru