SƏS-KÜYLÜ İŞ ADAMI İLƏ BAĞLI YENİ İTTİHAM SƏSLƏNDİ
Tarix: 15-11-2013, 12:26 |
Çap et
«GELANDEWAGEN»Lİ TOYUN SAHİBİ «TURBA» OĞURLUĞUNDA İTTİHAM OLUNUR
DİA.AZ: - Bir neçə gün öncə Bakıda "Mercedes Gelandewagen”li avtomobil karvanı ilə müşayiət olunan toy mərasimi böyük səs-küy yaratdı. Bildirək ki, salyanlı iş adamı Hacı Qurbanın övladının toyunda 25 ədəd bahalı maşının toy karvanı təşkil etməsindən sonra, bu iş adamı ilə bağlı mətbuatda müxtəlif informasiyalar yer almağa başladı. Elə DİA.AZ-a da ilginc xəbərlər ötürülməkdədir.
Özünün açıqlamasında evinə haram tikə girmədiyini iddia edən salyanlı iş adamı ilə bağlı verilən yeni xəbərdə bildirilir ki, sən demə, Hacı Qurban (Qurban Abbasov) 530mm diametrlik, uzunluğu 7 kilometr olan boru xəttinin qeybə çəkilməsində ittiham olunurmuş.
Mənbənin söylədikləri: «Artıq bu msələ ilə əlaqədar cinayət işi də açılıb. İşlə əlaqədar Hacı Qurbanın Salyanın Qarabağlı kəndində icra nümayəndəsi işləyən yeznəsi İlham Muradovun da adı hallandırılır».
Məlumatı verən mənbə bildirir ki, hələlik hər hansı həbs xarakterli addım atılmasa da, bu məsələ ilə əlaqədar Hacı Qurbanın başı çox ağrıyıb.
Bildirək ki, məsələ ilə əlaqədar məlumatı verən mənbə bəzi iddialarda da bulunub ki, bu barədə az sonra məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq…