İSTANBULDAKI GİZLİ GÖRÜŞÜN ŞOK TƏFƏRRÜATLARI
Tarix: 7-11-2013, 13:13 | Çap et
Post seçki dövrü üçün Azərbaycanla bağlı yeni siyasi oyunlara yeni oyunçular cəlb olunub.
Bu dəfə maraq qrupları konkret addımlar atmağa başlayıblar. Seçkilərdən sonra üçün cızılan təlatüm ssenarisi baş tutmadı. Çünki ortada real nəticə, beynəlxalq təşkilatların əksəriyyətinin müsbət rəyi və seçkilərdən cəmi 60 saat sonra keçirilən razılaşdırılmış mitinqin görüntüləri vardı. İndiki ssenarinin məqsədi isə Azərbaycanda hakimiyyətə müxalif olan qüvvələri tam idarəolunan vəziyyətə gətirmək, o qüvvələri asılı vəziyyətə salaraq onlardan hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Artıq bu istiqamətdə ilk addımlar atılıb. İstanbulda gizli görüş
Bu günlərdə Türkiyənin İstanbul şəhərində “Çırağan Sarayı”nda fəaliyyət göstərən restoranda Azərbaycanla bağlı gizli görüş keçirilib. APA-nın özəl mənbələrindən əldə etdiyi məlumata görə, görüş axşam saat 19-20 radələrində baş tutub. Görüşdə Azərbaycan baş nazirinin sabiq müavini, hazırda Rusiyada “Azərros” diaspor təşkilatının Ağsaqqallar Şurasına sədrlik edən Abbas Abbasov, onun oğlu, millət vəkili Aydın Abbasov və “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəri olan digər oğlu Vüsal Abbasov və Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli iştirak ediblər.
Qeyd edək ki, mətbuatda Cəmil Həsənli ilə Abbas Abbasov arasında belə bir görüşün olması barədə məlumat yayılsa da, Cəmil Həsənli bu xəbəri təkzib edib. Lakin APA-nın mənbəsi belə bir görüşün şahidi olduğunu israrla bildirib. Mənbənin sözlərinə görə, görüş çox isti şəraitdə keçirilib. Tərəflər bir-biri ilə xeyli mehriban və çoxdankı tanışlar kimi söhbət edib, yemək yeyiblər. Hətta Cəmil Həsənlinin restorandan məhz Abbasovların avtomobilində ayrıldığı bildirilir. Araşdırmalarımız zamanı meydana çıxan daha bir maraqlı fakt isə görüşdə iştirak edən Aydın Abbasovun İstanbula Bakıdan birbaşa getməməsi olub. Məlum olub ki, əvvəlcə Moskvaya gedən Aydın Abbasov oradan ləngimədən İstanbula yola düşüb. Çox maraqlıdır ki, Bakıdan Moskvaya gündə 2 reys olmasına baxmayaraq, Azərbaycandan təkcə “AZAL” Hava Yolları ilə İstanbulun iki hava limanına 4 reys, Türk Hava Yolları ilə daha 2 reys var. Hələ Aydın Abbasovun deputat mandatı aldığı Gəncədən də İstanbula hər gün daha ucuz qiymətə bir təyyarə reysi yola salınır. Əcaba, deputatın İstanbula “çerez” Moskva getməsinin sirri-xudası nədir? İz itirməkmi, yoxsa Cəmil Həsənliyə daha detallı təlimatlar çatdırmaqmı? Araşdırmalar isə daha maraqlı məqamları ortaya çıxarır...
Niyə məhz İstanbul?
Əslində Aydın Abbasovun da əvvəlcə Moskvaya getməsi görüşün məhz bu məkanda planlaşdırıldığını deməyə əsas verir. Lakin daha sonra Cəmil Həsənlinin İstanbulda Türk Tarix Qurumunun toplantısında iştirak edəcəyi dəqiqləşdikdən sonra görüş yeri olaraq məhz İstanbul seçilib. Yeri gəlmişkən, bu barədə mediada yayılmış məlumatda Abbas Abbasovun da Türk Tarix Qurumunun toplantısına dəvət edildiyi bildirilir. Lakin araşdırmalarımız nəticəsində bəlli olub ki, A. Abbasova belə bir dəvət olmayıb. O, İstanbula məhz C. Həsənli ilə görüşmək üçün gedib. Moskvadakı qaynaqlardan daxil olan məlumata görə isə əvvəlcə Cəmil Həsənlinin hansısa tədbir çərçivəsində Rusiya paytaxtına dəvət edilməsi ilə bağlı müzakirə aparılıb. A. Abbasovun yaxın dostu Söyün Sadıqov tərəfindən verilən bu təklif artıq Milli Şura ilə bağlı proseslərdən tamamilə kənarda qalmış Rüstəm İbrahimbəyov tərəfindən etirazla qarşılanıb. O, bu etirazını Milli Şuranın onsuz da “Kremlin layihəsi” kimi dəyərləndirilməsi, Cəmil Həsənlinin bu gəlişinin də həmin ehtimalları daha da gücləndirəcəyi ilə əsaslandırıb. Daxil olan məlumata görə, bundan sonra görüşün məhz İstanbulda baş tutmasına qərar verilib. Görüşün keçirilməsini zəruri edən məqamlardan biri isə Cəmil Həsənlinin seçkilərdən sonrakı statusundakı qeyri-müəyyənlikdir. Milli Şuranın son mitinqində quruma daxil olan partiyaların nə sədrlərinin, nə ikinci dərəcəli şəxslərinin çıxış etməməsi, Cəmil Həsənlinin Müsavat Partiyasının qərargahında narazılıqla qarşılanması, medianın artıq onu siyasi karyerası bitmiş siyasətçi kimi qələmə verməsi bu qeyri-müəyyənliyi daha da artırıb. A. Abbasovu daha çox narahat edən məsələ də Cəmil Həsənlinin indiki statusu ilə bağlıdır. Moskvadakı mənbənin bildirdiyinə görə, Abbasov orada da bu barədə tez-tez müzakirələr aparıb: “Cəmil Həsənli seçki dövründə prezidentliyə namizəd idi. Hazırda Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdur. Lakin İbrahimbəyov, ümumiyyətlə, bu proseslərə qarışmır və kino çəkilişləri ilə məşğuldur. Müsavat və AXCP-nin də öz sədrləri var. Hətta Rauf Arifoğlunun iki partiyanın birləşməsi, sədrinin də Cəmil Həsənli olması ilə bağlı təklifi də top-tüfənglə qarşılandı. İndiki halda Cəmil Həsənblinin heç bir statusu yoxdur. O, ancaq prezidentliyə keçmiş namizəddir. Abbas Abbasovu da narahat edən məhz bu məqamdır. O, özünün və dostlarının məhz Cəmil Həsənliyə “stavka” etdiyini deyir. Ona görə də yaxın günlərdə Cəmil Həsənlinin statusunun müəyyənləşməsi Abbas Abbsovun marağındadır. Yəqin ki, İstanbuldakı müzakirələr də bu istiqamətdə olub. Çünki Moskvadakı danışıqlarda əsas müzakirə bu məsələ ətrafında idi. Həm də Abbas Abbasov artıq Cəmil Həsənli və Əli Kərimli ilə işləyir, Rüstəm İbrahimbəyov və Eldar Namazova ehtiyac duymur. Çünki Əli Kərimlinin Rüstəm İbrahimbəyov və Eldar Namazovla münasibətləri son dərəcə kəskindir. Əli Kərimli artıq Eldar Namazovun telefon zənglərinə cavab vermir. Cəmil Həsənli isə birmənalı olaraq Əli Kərimlinin təsiri altındadır, onunla müzakirə etmədən heç bir addım atmır. Müsavat rəhbərliyi də seçkilərdə Cəmil Həsənliyə dəstək verməsinə rəğmən, postseçki dövründə Əli Kərimlinin təsiri altında olan bu şəxsi yaxına buraxmaq istəmir.
Və Söyün Sadıqov. Cəmil Həsənlinin statusunun müəyyənləşməsində maraqlı olan, Moskvada məlum şəxslərin Cəmil Həsənliyə “stavka” etməsini təmin edən, Abbas Abbasovun təminatına qarantiya duran şəxs... İki Abbas Abbasov Hələ ötən ilin əvvəlində “Azərros”a sədrlik edən Söyün Sadıqov Rusiyadakı Azərbaycan diasporunun “müstəqilliyini” əsas gətirərək, mütəmadi tənqidlərə başlamışdı. Bir müddət sonra bu tənqidlər Azərbaycan hakimiyyətinə qarşı yönəldi. Söyün Sadıqovdan bir neçə il əvvəl eyni məzmunda tənqidləri Rusiya mətbuatına “Bakı böyük bir kəndə çevirilib, orada elita yoxdur” məzmunlu müsahibə verən Rüstəm İbrahimbəyov səsləndirmişdi. Daha sonra Ziyalılar Forumu ilə “yola çıxan” İbrahimbəyov həmin tənqidlərin dozasını getdikcə artırdı və “bir nömrəli müxalifətçi” statusu ilə Azərbaycan hakimiyyətinə müxalif olan əsas qüvvələri birləşdirmək iddiasını ortaya atdı.
İbrahimbəyovun yeni yola qədəm basması ilə Rusiyada Azərbaycan diasporunun “başsız qalması” iddialarının səslənməsi ilə eyni vaxta təsadüf etdi. Bu iddiaların müəllifi Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasov idi. Hətta Putinlə görüşən, ondan medal alan və bunu mediada piar edən Abbasov bir az sonra Rusiyadakı azərbaycanlı oliqarxlardan ibarət, mətbuatda “Milyarderlər İttifaqı” kimi tanınan qurumu yaratdı. Bu qurumun başına keçən Abbas Abbasovun yanındakılar kim idi? Rüstəm İbrahimbəyov və Söyün Sadıqov.
Daha sonra qeyri-korrekt yanaşmaları, siyasi məsələlərə qaba ticarətçi mövqeyi ilə münasibət bildirən Söyün Sadıqovun səhvləri Abbas Abbasova daha bir revanş üçün əsas verdi. Cənab Abbasov Söyün Sadlqovu partiya yaratrağa göndərib (üstündən 6 ay keçsə də, partiya yaranmır -müəl.) faktiki olaraq “Azərros”u öz nəzarəti altına aldı və Azərbaycan hakimiyyətinin əleyhinə ciddi müsahibələr verməyə başladı.
Ta o vaxta qədər ki… Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Bundan sonra Abbas Abbasov Rusiyadakı Azərbaycan diasporunun “cümlə faciələrinə bais” bildiyi Ümumrusiya Azərbaycanlıları Konqresinin və Azərbaycanın Rusiyadakı səfirliyinin keçirdiyi tədbirlərə dəvət olunmadan belə qatılmağa başladı. O özünə yaxın olan media qurumlarına ard-arda “Azərbaycan prezidentini çox sevməsi barədə açıqlamalar verir, guya siyasi mövqeyindən heç bir dəyişiklik yoxmuş imici yaratmağa çalışır, özünü Rusiyada yaşayan azərbaycanlıların cəfakeşi qismində təqdim etməyə çalışırdı. Bu da diasporun pis günü: Haydı, danışın!
Və nəhayət, seçkidən bir neçə gün sonra Rusiyada həmyerlimiz Orxan Zeynalovla bağlı məlum hadisələr baş verir. Qafqazlılara, o cümlədən azərbaycanlılara qarşı millətçi hücumlar olur, bazarlar bağlanılır, minlərlə azərbaycanlı iş yerindən, çörəyindən olur. Üstündən bir az da keçəndən sonra 14 yaşlı əlil soydaşımız Rövşən Kazımovun vəhşicəsinə döyülərək, kor edilməsi hadisəsi baş verir. Azərbaycanın dövlət rəsmiləri etiraz bildirir, səfir çox kəskin açıqlamalarla çıxış edir, Abbas Abbasov isə bir cümlə deyir: “Biz azərbaycanlılara müraciət etmişik ki, onlar restoranlara getməsinlər”. Və daha sonra əlavə edir ki, “belə pisliklər hər millətdə var”. Son bir ay ərzində Azərbaycanın gündəmini Rusiyadakı soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlı məlumatlar zəbt edib. Döyülürlər, tutulurlar, təhqir olunurlar, həbsə atılırlar. Rusiya televiziyaları azərbaycanlılara qarşı açıq kampaniya aparır.
Azərbaycan “diasporunun fədai”ləri isə hələ bir toplantı belə keçirməyiblər. Söyün Sadlqov ortalıqda yoxdur, Rüstəm İbrahimbəyov film çəkir, Abbas Abbasovun səsi isə Türkiyədən Cəmil Həsənli ilə görüşdən gəlir. Əcaba, o görüşdə Rusiyadakı azərbaycanlıların düşdüyü durummu müzakirə olunurdu?! Əslində hə. Amma bir az başqa formada. Rusiyadakı azərbaycanlıların salındığı durumdan Azərbaycan hakimiyyətinə qarşı istifadə etməyin yolları... Niyə Cəmil Həsənli? … Orxan Zeynalov məsələsində azərbaycanlıların mövqeyini ciddi-cəhdlə müdafiə edən Rusiyanın Birinci kanalının aparıcısı, telejurnalist Maksim Şevçenkonun son açıqlamalarını xatırlatmaq yerinə düşür. O, soydaşlarımızın çalışdığı bazarlara basqınların sifariş olduğunu deyir və təəssüflə qeyd edir ki, bu sifarişin müəllifinin AZƏRBAYCANLA ƏLAQƏLİ ŞƏXSLƏRdir. Rusiyada bu cür genişmiqyaslı ssenarini həyata keçirə biləcək Azərbaycanla əlaqəli şəxslər ən azı yüksək maddi imkanlara sahib olan soydaşlarımız, başqa sözlə desək, “Milyarderlər İttifaqı”nın üzvləridir. İttifaqın əsas hərəkətvericisi olan Abbas Abbasovun verdiyi istehza dolu açıqlama (“Moskvada yaşayan azərbaycanlılara məsləhət görürəm ki, qarışıqlıqdır, mümkün qədər restoranlara getməsinlər”) Maksim Şevçenkonun iddiasının doğruluğu ehtimalını daha da artırır. Baş verən hadisələr Azərbaycana qarşı təzyiqdir, bunu hətta ruslar belə inkar etmir. Səbəbə gəldikdə isə... Azərbaycana Gömrük İttifaqına üzvlüyə məcbur etmək, Rusiyanın maraqlarına cavab verməyən irimiqyaslı regional layihələrdən çəkindirmək və s. Səbəblər gətirmək olar. Amma əsas səbəb maraqlı qüvvələrin Azərbaycan daxilində sabitliyi pozmaq cəhdidir. Bu planın müəllifləri miqrantlara narazı sosial kütlə kimi baxır və hesab edirlər ki, miqrantların kütləvi şəkildə Azərbaycana dönüşü ölkədə sosial narazılığı daha da gücləndirəcək. Deməli, həmin qüvvələrə hansı yolla olursa-olsun Azərbaycanda sosial narazılığı gücləndirmək lazımdır. Abbas Abbasovun son bir illik fəaliyyətini mütəmadi izləmək onun indiki hakimiyyətdən narazılığının olduğunu və bunu gizlətmədiyini görməyə əsas verir. Deməli, sosial narazı kütlə olan miqrantların Azərbaycana təbii dönüşünü təmin etmək işin birinci hissəsidir. Artıq bunun üşün Rusiyada zəmin yaradılıb. Amma əsas məsələ həmin “narazı kütlə”nin Azərbaycanda hökumətə qarşı çıxışını təmin etməkdir axı. Abbas Abbasov və “Milyarderlər İttifaqı”nın digər üzvləri bu prosesi istəsələr belə kənardan təmin edə bilməzlər. Bu mərhələdə əsas ağırlıq artıq Rusiyanın planlarında rol almaq istəyəcək daxili qüvvələrin üzərinə düşür. Bax, Cəmil Həsənli ilə İstanbuldakı görüşün də “sirri”, “hikməti” burdadı. Çünki bu rola namizəd seçiləcək adamın layihəni uğurla başa çatdıra biləcəyinə əminlik olmalıdır. Abbas Abbasov oğlanları ilə birlikdə İstanbulda Cəmil Həsənlini “dişinə vurdu”. Nəticə nə olacaq? Onu da görəcəyik…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|