HEÇ BİR DÖVLƏT BAŞÇISI İLƏ GÖRÜŞMƏYƏN LİDER
Tarix: 6-11-2013, 10:15 |
Çap et
Şimali Koreya lideri Kim Çen Unun hələ də heç bir dövlət başçısı ilə rəsmi ünsiyyətdə olmadığı bildirilir.
Trend xəbər verir ki, "Foreign Policy" jurnalının yazdığına görə, Kim Çen Un fəaliyyətdə olan ölkə rəhbərləri içərisində hələ heç bir dövlət başçısı ilə görüşməyən tək liderdir.
Məlumata görə, keçən həftə Şimali Koreyada səfərdə olan Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj da Kim Çen Un ilə görüşə bilməyib.
Şimali Koreyanın hazırkı liderinin atası Kim Çen İr 17 illik hakimiyyəti dövründə Rusiya prezidenti Vladimir Putin və Cənubi Koreyanın iki dövlət başçısı ilə görüşüb. Ölkənin qurucusu Kim İl Sunq isə 45 il boyunca 10-dan çox dövlət başçısı ilə rəsmi ünsiyyətdə olub.
İndiyə qədər ölkə lideri olaraq heç bir dövlət başçısı ilə görüşməmək rekordu Əfqanıstanda qeydə alınıb. 1996-2001-ci illərdə Əfqanıstanın ən yuxarı səviyyədə idarəçisi olan "Taliban" lideri Molla Ömər bu müddət ərzində heç bir dövlət başçısı ilə görüşməyib.