İRANDAN BƏŞƏR ƏSƏDƏ TELEDƏSTƏK
Tarix: 4-11-2013, 10:21 |
Çap et
İran və Suriya birgə tele-kanala açacaq. ANS PRESS-in İran mətbuatına istinadla xəbər verir ki, iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Saziş İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti və Suriyanın vəqflər naziri Məhəmməd Əbdülsəttar Seyid tərəfindən imzalanıb.
Sazişdə islami məzhəblərin yaxınlaşması məqsədilə müştərək televiziya kanalı təsis etmək, təkfirçilərə yaxın olan mətbuat orqanları ilə mübarizə aparmaq və Fələstin torpaqlarının müdafiəsi üçün müsəlman xalqlar arasında müqavimət mədəniyyətini inkişaf etdirmək kimi müddəalar yer alıb.