Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

QƏRİB MƏMMƏDOV ÖZÜNƏ CİDDİ PROBLEM YARADIB
Tarix: 11-10-2013, 09:00 | Çap et
QƏRİB MƏMMƏDOV ÖZÜNƏ CİDDİ PROBLEM YARADIB
TORPAQ KOMİTƏSİNİ “AYDAN ARI, SUDAN DURU” ADLANDIRAN SƏDR HƏDƏFDƏ

DİA.AZ: - Uzun müddətdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov, eləcə də onun müavini Azad Nağıyev, komitənin iqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən İsayev və sektor müdiri Sabir Əliyev bələdiyyələr üzərində bütün səlahiyyətləri şəriksiz olaraq ələ keçirmək uğrunda digər qurum rəhbərlərilə mübarizəyə qoşulub.

Bu arada onu da bildirək ki, Qərib Məmmədovun rəhbəri olduğu qurumun adı bu günlərdə ən çxo korrupsiyalaşmış dövlət təşkilatlarından biri kimi də səciyyələndi ki, əslində ictimaiyyət üçün burada qaranlıq və yaxud da heyrətləndirici nəsə yox idi. Amma nədənsə Qərib Məmmədov bu rəsmi ittihamla barılşmaq istəmədi və hətta müdafiə olunaraq, öz arqumentlərini də ortaya qoymağa çalışdı.

Dünən yayılan məlumatlardan aydın oldu ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov korrupsiya cinayətlərinin ən çox qeydə alındığı dövlət qurumlarının siyahısında rəhbərlik etdiyi qurumun adının olmasına münasibət bildirib. Hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Komitə sədri deyib ki, fiziki və ya hüquqi şəxslərə torpaq sahəsinin ayrılması məsələsi ilə bağlı bələdiyyələr tərəfindən qərarın qəbul edilməsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri iştirak etmirlər. Bələdiyyə yalnız torpağın fiziki və ya hüquqi şəxslərə ayrılmasını məqsədəmüvafiq hesab etdiyi halda, Komitənin rayon və şəhər şöbələri müvafiq planlama işləri aparmaqla nəticədə zəruri miqyaslarda yer quruluşu plan və ölçü sənədlərini tərtib edir. Eyni zamanda, torpağın normativ qiyməti barədə arayış hazırlayaraq aidiyyəti üzrə bələdiyyəyə təqdim edir.

Q.Məmmədov qeyd edib ki, yerli icra hakimiyyətləri tərəfindən dövlət mülkiyyətinə aid yay və qış otlağı torpaq sahələrinin ayrılması prosedurunda da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələri sərəncamverici və icarəyəverən şəxs qismində çıxış etmirlər. Bununla yanaşı, Komitənin rayon və şəhər şöbələrinin müdirləri ikili tabelikdədir. Belə ki, onların vəzifəyə təyin edilməsi yalnız müvafiq yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin (başçıların) təqdimatı əsasında Komitə tərəfindən həyata keçirilir. Həmin şöbələr Komitənin Əsasnaməsi ilə üzərinə qoyulmuş vəzifə, funksiya və hüquqları çərçivəsində tapşırıqları yerinə yetirməklə yanaşı, əsasən də yerli icra hakimiyyətlərinin bilavasitə gündəlik tapşırıqlarını, sərəncamlarını icra etməklə məşğul olurlar:

"Qeyd etmək lazımdır ki, şöbənin gündəlik fəaliyyətinə aid işlərdən biri də bələdiyyələrin qərarından irəli gələn torpaqayırma işlərini həyata keçirməkdir. Bu da nəticədə (baxmayaraq ki, bələdiyyələr torpaq sahəsinin ayrılması barədə qərar qəbul edərkən Komitənin şöbələri orada iştirak etmirlər) bələdiyyələrin fəaliyyətinə dair məsələlərə prokurorluq orqanlarında baxılarkən bələdiyyələrin qərarları əsasında Komitənin rayon şöbələrinin hazırladıqları torpaqayırma sənədlərində bəzən müəyyən nöqsanların ortaya çıxmasına səbəb olur".

Komitə sədri bildirib ki, bələdiyyələrin qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 müsabiqə və hərrac keçirilib. Onun sözlərinə görə, indiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmayıb.

Yəni buradan da aydın görünür ki, Qərib Məmmədov yenə də ittiham hədəfi olmaqdan yayınmağa çalışır və günahı bələdiyyələrin üzərinə yıxır. Halbuki faktlar bunun tamam əksini söyləyir. DİA.AZ bildirir ki, ümumiyyətlə, Qərib Məmmədovun son zamanlar çıxışlarının böyük əksəriyyətini bələdiyyələrin tənqidinə sərf etdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, DTXK sədri məhz bu yolla, yəni bələdiyyə sədrlərini ittiham etməklə onlara nəzarəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ixtiyarına verilməsinə çalışır.

Təbii ki, bu da öz növbəsində, digər bir sıra qurum rəhbərlərinin narazılığına səbəb olub. Elə buna görə də artıq bir müddətdir ki, tərəflər arasında gərgin mübarizəyə start verilib: «Belə ki, Qərib Məmmədovun son illərdə bələdiyyələrlə bağlı sərt tənqidi çıxışları həm Ədliyyə Nazirliyində, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyində ciddi narazılıq yaradıb. Çünki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bu tip sərt çıxışlarında konkret ad çəkməsə də, rəsmi şəxsin dilindən məhz bu qurumların rəhbərlərinin ünvanına səsləndirilən ittihamlar kimi qəbul olunmaqdadır. Artıq çoxlarına bəllidir ki, Qərib Məmmədov mütəmadi olaraq çıxışlarında bələdiyyə torpaqlarının qanunsuz satıldığını, həmin ərazilərdə isə qanunsuz yaşayış və qeyri-yaşayış obyektlərinin tikildiyini bildirir. Bu isə birbaşa Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbər şəxslərinə qarşı açıq ittiham kimi dəyərləndirilməlidir. Çünki qanunla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir, bələdiyyələrə aid ərazilərdə tikililərin qeydiyyatını isə Əmlak Məsələləri Dövlət Komitəsi aparır. Elə buna görə də Qərib Məmmədov nəyin bahasına olursa-olsun, bələdiyyələrə aid bütün səlahiyyətləri öz əlində cəmləşdirmək istəyir».

DTXK sədrinin müavini Azad Nağıyevin, komitənin iqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən İsayevin, eləcə də sektor müdiri Sabir Əliyevin sözügedən məsələdə aktiv yer aldıqlarını vurğulayan məlumatlı şəxs iddia edir ki, Qərib Məmmədov planlarını reallaşdırmaq üçün addımlar atarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə, icarəyə verilməsilə bağlı torpaq müsabiqələrinin, hərraclarının təşkilatçısı səlahiyyətinin verilməsilə bağlı prezident fərmanlarını əsas götürərək mövqeyini möhkəmləndirməyə çalışır:

«Belə ki, Qərib Məmmədov indiyədək bir neçə dəfə qeyd edib ki, istər «Torpaq icarəsi haqqında», istərsə də «Torpaq bazarı haqqında» qanunlarda torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsilə yanaşı, hərraclar, müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulsa da, yerli icra hakimiyyətləri və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük veriblər. Bununla da qanunu kobud şəkildə pozublar və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməli olan qurumlar buna göz yumub. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bu addımları isə digər qurum rəhbərlərinin səbrini tam daşırıb. Elə buna görə də artıq Qərib Məmmədovun zərərsizləşdirilməsi istiqamətində bir sıra addımlara start verilib».

DİA.AZ-a dövlətin müvafiq qurumlarının yaxın vaxtlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ciddi yoxlamalar həyata keçirəcəyini bildirən məlumatlı şəxsin sözlərinə görə, həmin yoxlamalar nəticəsində geniş miqyaslı həbslərin baş tutma ehtimalı olduqca böyükdür: «Artıq bununla bağlı bütün hazırlıq işləri yekunlaşmaq üzrədir. Bir müddətdir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzərlərini öz üzərində hiss edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi yetkili şəxsləri özlərini sığortalamaq üçün bir sıra tədbirlər həyata keçirməkdədirlər. Ümumiyyətlə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində həyata keçiriləcək irimiqyaslı həbslər Qərib Məmmədovun nüfuzuna mənfi mənada təsir göstərməklə yanaşı, komitənin bir sıra yetkili şəxslərinin vəzifədən getmələri üçün zəmin hazırlayacaq».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru