Məhəmməd İmanovun daha bir MTN generalıyla şərikliyi üzə çıxdı - Milyonlar necə xırıd edilib...
Tarix: 12-11-2015, 09:13 | Çap et
MTN-də baş verənlərin ardından ölkəni təlatümə gətirən olaylar demək olar ki, əksər məmurları əhatə etməyə başlayıb. Prosesin təkcə MTN-lə yekunlaşacağı gözlənildiyi bir vaxtda, kələfin ucunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qədər uzanması bu xəmirin daha çox su aparacağından xəbər verirdi. Amma məsələ bu dövlət qurumu ilə də yekunlaşmamaqdadır.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, MTN-də baş verənlərlə bağlı aparılan araşdırmaların bir ucu da Əmlak Məsələləri Dövlət Komitəsinə gedib çıxıb. Həmin məlumatlara görə, komitənin sədri Kərəm Həsənovun sabiq nazir Eldar Mahmudovla biznes şəriki olması işin bir tərəfi olub. Ardından o da üzə çıxıb ki, bu ortaqlıq siyasi sahəyə də tansfer edib. Belə ki, Kərəm Həsənovun bir qardaşı Şahin Həsənov MTN-də şöbə rəisi olub. Daha sonra isə komitə sədrinin DYP-də kapitan rütbəsi ilə xidmət edən qudası sonradan MTN-də mühüm Baş İdarələrdən birinə müavin təyinatı alıb. Amma iş bununla da yekunlaşmayıb. Həsənovun daha bir qardaşı Malik Həsənov məhz Eldar Mahmudovun təqdimatı və xahişi əsasında parlamentə deputat qismində düşüb.
JAM.AZ xəbər verir ki, hadisələrin gedişatı hər şeyin artıq Kərəm Həsənov üzərində fokuslaşdığını ortaya qoyur. Ancaq onunla bağlı konkret olaraq hansı addımın atılacağı məlum deyil. Düzdür, gələn məlumatlarda ötən həftə Kərəm Həsənovla Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun Baş Prokurorluğa çağırıldığına dair məqamlar da var. Həmin bilgilərə görə, MTN-lə əlaqələr məsələsinə görə tərəflərin izahatları alınıb. Ancaq onların verdikləri ifadələrində nələri qeyd etdikləri məxfi olaraq qalır.
Baş verənlərin fonunda DRX rəisi Məhəmməd İmanovun adının ortaya çıxması isə təsadüfi məsələ sayılmamalıdır. Ölkənin ən önəmli qurumlarından birində rəhbərlik edən İmanovun MTN-lə ciddi əlaqələrinin olması çoxdan təsdiqini tapmış məsələdir. Üstəlik, onun Kərəm Həsənovun «qara kassası» kimi tanınması da bəlli olan bilgilərdəndir.
JAM.AZ bildirir ki, Məhəmməd İmanovun MTN-in nəzarəti altına düşməsinin səbəbi isə olduqca maraqlıdır. Belə ki, Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun ən yaxın adamı külli miqdarda rüşvət alarkən MTN-çilər tərəfindən həbs olunub və bundan sonra istər Əmlak Komitəsi sədri Kərəm Həsənov, istərsə də Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov MTN-çilərlə məcburi əməkdaşlığa cəlb olunublar. Lakin daha sonra bu əməkdaşlıq qazanc mənbəyinə çevirilib. Bununla bağlı bir qədər sonra.
Nəzərinizə çatdıraq ki, Məhəmməd İmanovun DRX-nın rəisi postuna gətirilməsinin əsas baiskarı yaxın dostu, Kərəm Həsənovun müavini Rüstəm Şahbazov olub. Məlumatlara görə, İmanov ilk illər DRX-də adı rəis kimi gedən İmanov, əslində, elə də ciddi səlahiyyət sahibi olmayıb. Onun vəzifəsi qarşısına qoyulan sənədləri imazalamaqdan ibarət olub. Xidmətin bütün alış-veriş işləri, gəlir gətirən məsələlərinə isə Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov baxıb.
Amma bu şəxsin bəxi prosesin yarısında qəti gətirməyib. JAM.AZ-a verilən məlumatlara görə, Məhəmməd Həsənov külli miqdarda pul alan zaman MTN işçiləri tərəfindən saxlanılıb. Təcridaxana bir neçə gün qalandan sonra əmisi oğlunun bütün sirlərinə bələd olan sözügedən həxs əksər mətləblərin üzərini açaraq, onu çətin vəziyyətə salıb. Elə MTN də bundan sonra Kərəm Həsənov və Məhəmməd İmanovla ortaq biznesə start verib.
Məlumatlarda qeyd edilir ki, MTN-lə «körpüləri» quran ilk ada melə Məhəmməd İmanov olub. Onun görüşdüyü şəxs isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini, bu yaxınlarda özünə qəsd etməyə çalışan polkovnik Tehran Babatov olub.
Tehran Babatov kimidir? Mətbuatın yazdığına görə, Babatov heç də kiçik fiqur deyil və o, Eldar Mahmudovun adından bilavasitə alış-veriş edən adam olaraq tanınıb. Elə buna görədir ki, həbs olunan və ya saxlanılanlar canlarını qurtarmaq üçün ilk olaraq onunla anlaşırmışlar. Sonradan isə Baş İdarənin rəisi Əlimusa Əliyevlə məsləhətli şəkildə qiymət müəyyən edilib, daşa sonra da alırmışlar.
Babatov MTN-də təkcə pul üçün saxlanılanlardan nələrsə qoparmaq işlərinə baxmayıb. O, həmçinin işə götürülmə, MTN Akademiyasında tələbə statusu almaq kimi məsələlərdə də ad çıxarmış fiqurlardan biridir.
Gələn məlumatlarda qeyd edilir ki, DRX-nın rəisi ilə Babatov arasında əldə edilmiş anlaşma elə babat olub. JAM.AZ-a çatan bilgilərə görə, həmin anlaşmaya əsasən komitə sədrinin əmisi oğlunun həbsdən azad edilməsi üçün 1 milyon dollar ödənilib. Bunun yarım milyonu nağd şəkildə ödənilsə də, yerdə qalan yarısı isə «Zamin Bankı»ın filiallarından birinə köçürülüb. Üzərindən, MTN rəsmilərinin təqdim etdikləri siyahı üzrə əmlakların ayrı-ayrı adamların adına keçirilməsi razılaşdırılıb.
Qeyd edək ki, Tehran Babatovun verdiyi siyahı üzrə ən qısa müddətdə Məhəmməd İmanov Bakının mərkəzində 30-dan artıq əmlakın çıxarışını MTN Kadrlar Baş İdarəsinin rəisi Əlimusa Əliyevin yaxınlarının adına keçirib. 20-yə yaxın əmlak isə Babatovun yaxın adamlarının adına sənədləşdirilib.
Amma DRX rəisinin işləri bununla da yekunlaşmayıb. Ardından Məhəmməd İmanovun özünün və yaxın qohumlarının MTN-in hərbi hissəsində qulluq etmələri təmin olunub.
İşin ən eybəcər tərəfi odur ki, məhz bu əməkdaşlıq nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Reyster Xidməti dəyəri milyonlarla manat ölçülən dövlət əmlaklarını su qiymətinə MTN-çilərin adına özəlləşdiriblər. Bu azmış kimi, MTN-in saxladığı şəxslərin mal varlıqları barədə bilgiləri alıblar.
Mənbənin dediyinə görə, Kərəm Həsənovun hazırda əsas problemi MTN-lə birgə həyata keçirdiyi su qiymətinə apardığı özəlləşdirmədir. Çünki araşdırma aparılarsa, Əmlak Komitəsinin həyata keçirdiyi özəlləşdirmədə həddindən artıq böyük korrupsiya və dövlət əmlakının talan olunması ortaya çıxacaq.
JAM.AZ-ın araşdırmaları zamanı başqa bir mətləbin də üzəri açılıb. Və məlum olub ki, DRX-nın rəisi Məhəmməd İmanovun təkcə Babatovla deyil, həmçinin digər bir generalla da yaxın münasibətləri olub. İddia olunur ki, həmin şəxs adı son günlər gündəmdən düşməyən Akif Çovdarovdur.
Məlumatlara görə, İmanovla Çovdarov sonradan yaxşı münasibətlər qurublar. Əvəzində qarşılıqlı anlaşma şəraitində bir sıra işlər görülüb və milyonlarla manat qazanılıb. Üstəlik, adları çəkilən şəxslərin İstanbulda birgə ticarət mərkəzinə sahib oluqları da deyilir.
Qarşı tərəfi də dinləməyə hazırıq. Məsələ ilə bağlı araşdırmamız isə davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
|