İcra başçıları ilə deputatlar bir-birilərini qırır - Arada camaat ziyan çəkir - Problemin özü
Tarix: 28-10-2014, 11:56 | Çap et
Milli Məclisin bəzi deputatları ilə rayon icra başçıları arasında konfliktlərin olması barədə mətbuatda vaxtaşırı məlumatlar yayılır. Bəzi deputatlar isə icra başçılarından narazılıqlarını dəfələrlə aşkar şəkildə bəyan ediblər. Növbəti parlament seçkilərinə təxminən bir illik zaman kəsiminin qaldığı bir məqamda isə icra başçısı-deputat münasibətləri daha da aktuallaşıb. Çünki, bu gün bir sıra millət vəkillərinin seçildikləri bölgələrin icra başçıları ilə ciddi qarşıdurmada olduğu və bu üzdən günahsız seçicilərinin də ziyan çəkdiyi kimsəyə sirr deyil.
Editor.az mövzu ətrafında araşdırma apararaq icra başçıları ilə deputatların “yola getmədiyi” bölgələri müəyyənləşdirməyə çalışıb.
Hazırda icra başçısı-millət vəkili münasibətlərinin kəskin olduğu bölgələr arasında ilk yerlərdə Sabunçu rayonu gəlir. Rayonun icra başçısı Adil Vəliyevlə rayonun deputatı Qalib Salahzadənin yola getmədiyi demək olar ki, hamıya bəllidir. Millət vəkili hətta bir neçə ay öncə mətbuatda icra nümayəndələrinin təyin olunması, rayonun idarəçiliyi ilə bağlı icra başçısının ünvanına bir sıra ağır ittihamlar səsləndirmişdi. İcra başçısı isə cavabında deputatı rayon idarəçiliyinə qanunsuz olaraq müdaxilə etməkdə suçlamışdı. Görünən odur ki, Sabunçuda sərt qərarları ilə diqqət çəkən yeni icra başçısı Adil Vəliyevlə məlum bölgədə ciddi nüfuz sahibi olan Şeyxin deputat qudası Qalib Salahzadəni üz-üzə gətirən də rayonda vəzifə bölgüsü ilə bağlı yaranmış nüfuz savaşıdır.
Başçı-deputat münasibətlərinin qaydasında olmadığı bölgələrdən biri də Sumqayıt şəhəridir. Mətbuatda və siyasi kluarlarda dolaşan informasiyalar göstərir ki, şəhərin icra başçısı Eldar Əzizovun bu şəhərdən seçilən deputatların dördü ilə də münasibətləri bir o qədər yaxşı deyil. Hətta başçının şəhərdən seçilən millət vəkillərindən birinə şəhərdaxili tədbirlərdə iştirak qadağası qoyduğu iddia olunur. Mənbə yaranmış bu vəziyyətin səbəbi kimi, Sumqayıtdan seçilən deputatların şəhər seçicilərindən daxil olan çoxsaylı şikayət xarakterli müraciətlərlə bağlı olduqca tez-tez icra başçısına müraciətlər etməsini göstərir. Onun sözlərinə görə, bu vəziyyət Eldar Əzizov tərəfindən deputatların onun idarəçilik metoduna müdaxiləsi kimi dəyərləndirilib və o bu səbəbdən Sumqayıtdan seçilən millət vəkilləri ilə münasibətlərinə yenidən baxıb.
Kürdəmir rayonu da başçı-deputat münasibətləri sarıdan yaramayıb. Rayonun millət vəkili Fərhad Qəribovun yeni icra başçısı Ceyhun Cəfərovla münasibətlərinin soyuq olduğu və deputatla icra başçısının tez-tez söz savaşına çıxdığı mətbuatı izləyən hər kəsə məlumdur. Təsadüfi deyil ki, bir müddət əvvəl deputatın Kürdəmirdə gənclər arasında narkomaniyanın geniş yayılması və polisin bununla mübarizə aparmaması fikrinə icra başçısı sərt reaksiya vermişdi. Mənbə iddia edir ki, deputatın rayon rəhbərliyinə qarşı belə açıq savaş açmasına səbəb yeni icra başçısı ilə polis rəisinin əlbir olaraq Fərhad Qəribovun rayondakı biznes şəbəkəsini və ona yaxın məmurları sıxışdırmağa başlaması olub.
Siyəzən rayonunun icra başçısı Arif Qasımovla rayonun veteran deputatı Tahir Süleymanovun da münasibətləri bir o qədər yaxşı deyil. Arif Qasımov 2011-ci ildə rayona başçı təyin edildikdən sonra Tahir Süleymanov demək olar ki, rayonda təşkil olunan əksər tədbirlərdə gözə dəymir. Buna misal olaraq, bütün rayonlarda dövlət səviyyəsində və əksər hallarda millət vəkillərinin iştirakı baş tutan 2014-cü ilin 9 ayının yekunlarına həsr olunmuş tədbirdə də T.Süleymanovun iştirak etməməsini göstərmək olar. Mənbə iddia edir ki, icra başçısı ilə deputat arasında soyuqluğun səbəbi başçının Tahir Süleymanovun rayondakı biznesinə maneçilik törətməsi və ona yaxın yerli məmurları vəzifədən çıxarmasıdır.
Yazıda adı keçən şəxslərin də mövqeyini dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|