Mədət Quliyevə qarşı şok ittiham yağışı - Həbsxanalarda "gestapo rejimi" yaradılıb
Tarix: 8-05-2014, 12:32 | Çap et
Mədət Quliyevin Penitensiar Xidmətə rəis təyin olunmasından sonra həbsxanalarda islahatların aparılacağı, mövcud problemlərin həll olunacağı gözlənilsə də, əksi baş verdi.
Doğrudur, M.Quliyev xidmət rəisi təyin olunandan sonra bir sıra işlər görməyə başladı. Xüsəsən də kadr dəyişiklikləri həyata keçirərək, islahatçı obrazını yaratmaq istədi. Lakin onun qısa müddətdə öz adamlarını vəzifələrə təyin etdirməsi, M.Quliyevin islahatçı deyil, şəxsi maraqlarını güddüyünü ortaya qoydu. Bu səbəbdəndə son dövrlər həbsxanalarda özbaşınalıq,rüşvətxorluq, qununsuzluqlar baş alıb gedir. Məhbuslarla davranış qaydalarının və hüquqlarının pozulması halları əvvəlki illərə nisbətən daha da artıb. İndi məhbusla görüşün də, sovqatın verilməsinin də qiyməti iki dəfə bahalaşıb. Məhbuslarla münasibətlər daha da kəskinləşib, bəzi hallarda onlara işgəncə verilməsi faktları da var. Mövzu ilə bağlı fikirlərini bildirən Ömürlük Məhbusların Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova “Unikal”a açıqlamasında öncə Qobustan Həbsxanasında baş alıb gedən özbaşınalıq, vəzifələrindən sui-istifadənin son həddə çatdığını bildirib. Onun sözlərinə görə,son bir neçə gündə çoxsaylı məhbus ailələri müraciət edib ciddi narazılıqlarını bildiriblər ki, Qobustan Həbsxanasındakı vəziyyətlə bağlı mətbuat konfransı keçirək: “Həbsxananın buraxılış məntəqəsində hərbiçilər səlahiyyətlərini aşaraq, sovqatları yoxlayırlar. Orda təhlükəsizliyi təmin etməli olan hərbiçilər özlərinə aid olmayan işlərlə məşğul olurlar. İllərlə heç bir problem olmayan sovqatları geri qaytarırlar, ayrı-seçkilik edilir. Bir sözlə vəziyyət çox pisdir. Bu gün həbsxanadakı vəziyyətlə bağlı yaxşı heç nə demək mümkün deyil. Mədət Quliyev yeni rəis gələndə vəziyyət bir balaca düzəlmişdi, indi tamamilə pisləşib. Bu həbsxanada dövlətimizin ali qanunları tətbiq olunmur. Həbsxana rəhbərliyinin yaratdığı ciddi informasiya blokadası nəticəsində məhbusların əlaqədar təşkilatlara, dövlət strukturlarına müraciətləri həbsxana rəisi tərəfindən senzuradan keçirildikdən sonra da ünvanına göndərilmir. Müraciət edən məhbuslar təzyiqlərə məruz qalır. Belə məhbuslara həbsxana rəisinin tabeliyində olan personalın vasitəsi ilə saxta ittihamlar tərtib edilir, barələrində həqiqətə uyğun olmayan xoşagəlməz fikir formalaşdırılmaqla rəhbərliklərə yanlış məlumat çatdırılır. Mədət Quliyevin vəzifəyə təyin etdiyi cəzaçəkmə müəssisə rəhbərləri öz vəzifə səlahiyyətlərini aşaraq məhbuslara qarşı qərəzli münasibətlə yanaşırlar. Məhbus yaxınları görüşə gələndə, qanuna müvafiq qaydada tam yoxlanılır. Hətta bəzən qadınlar təhqiramiz surətdə yoxlanılır. Eyni zamanda, görüşə gələn məhbuslar da görüşdən çıxanda otağa salınaraq ciddi şəkildə yoxlanılır. Qorxurlar ki, valideyn həbsxanadan hansısa ərizə və yaxud müraciət aparar. Əgər həbsxana personalı tərəfindən məhbusun saxlanma rejimi qanunamüvafiqdirsə, onun hüququ tapdalanmır, işgəncələrə məruz qalmırsa, informasiya blokadasını belə ciddi nəzarətdə saxlamaq nəyə xidmət edir, məhbusun şikayətindən nə üçün ehtiyat edilir? Həbsxana rəisi məhbusların təkcə azadlıqdan məhrum olduğunu nəzərə almadan, məhbuslara qolu bağlı qul münasibəti göstərir”. Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov da “Unikal”a açıqlamasında həbsxanalarda vəziyyətin ürəkaçan olmadığını bildirib. Onun sözlərinə görə, son dövrlər irəliyə doğru müəyyən addımlar atılsa da, xeyli problemlər hələ də qalmaqdadır: “Ədalət naminə demək lazımdır ki, son dövrlər məhbuslarla həbsxana işçilərinin davranışlarında müəyyən dəyişikliklər var. Amma cəmiyyətin hər yerində olduğu kimi, həbsxanalarda da nöqsanlar var. Hesab edirəm ki, mövcud problemlər qısa müddətdə aradan qaldırılmalıdır. Sözsüz ki, bu gün məhbusların qeyri-qanuni karsa salınma halları, məhbus ailələrinə qarşı kobud münasibət, görüşə gələnlərdən rüşvət alırlar, rüşvətsiz heç kimə görüş vermirlər, pul almayınca sovqatı qəbul eləmirlər. Bütün bu əyriliklərin hamısı var. Hesab edirəm ki, bütün bunlar barədə rəhbərlik də məlumatlıdır, əks təqdirdə, heç kim belə özbaşınalıq edə bilməz. ASAN xidmətin vasitəsiylə cəmiyyətin bir hissəsində rüşvəti aradan qaldırmaq mümkün olub. Amma həbsxanaya da ASAN Xidmət aparası deyilik ki? Sözsüz ki, həbsxanalardakı rüşvətxorluq,özbaşınalıq, qununsuzluqlara qarşı mübarizə aparmaq mümkündür, amma nədənsə, bu istiqamətdə ciddi addımlar atılmır”. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|