"Azəriqaz"da DƏDƏ-BABA qaydası zərurəti... - Təzə rəhbərin NƏZƏRİNƏ...
Tarix: 12-03-2024, 08:50 |
Çap et
"Deməli, "Azəriqaz" Gallus Pay və Zenner ripli sayğaclarının kartlarına NFC vasitəsilə ödəniş etməyi mümkün edib. Ancaq di gəl, bu üsulu bir dəfə sınayan şəxs bir daha istifadə etmir". dia-az.life bildirir ki, bunu öz gileyində tanınmış jurnalist Real Cəfərli ifadə edib.
R.Cəfərli daha sonra qeyd edir: "Çünki kartın beyni error verir. Ona görə də yolunu "ASAN Kommunal"a salmaq məcburiyyətində qalırsan.
Təsəvvür edin, işçilər belə bu məsələdə şikayətlərin çox olduğunu, ona görə də dədə-baba qaydasını məsləhət görürlər".