Bakı Avropa Liseyi adlı BAZAR... - Nazirə MÜRACİƏT OLUNDU
Tarix: 22-10-2022, 11:22 | Çap et
DİA.AZ bildirir ki, tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı 3 cü sinfidə oxuyan nəvəsi ilə bağlı üzləşdiyi problemə görə Moderator.az-a üz tutub və başına gələnlərin ictimailəşməsini xahiş edib:
"Şəhərdəki tıxacları nəzərə alaraq, nəvəmi Avropa liseyinə kecirməyi qərara aldıq. Təhsil Nazirliyinə muraciət etdik. Çətinliklə də olsa qeydiyyatdan kecdik. Qeydiyyat başlayandan 10 dəqiqə kecməmiş liseyin saytı baglanmışdı. Təhsil Qanununa uygun olaraq usaqların təhsil müəssisələrinə qəbulu və yerdəyisməsi Qaydaları təsdiq edilmişdir. Qaydaların 3.3. bəndində " şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uygun həyata kecirilir" yazılıb. Təbii ki, nizamnamələr, əsasnamələr "Təhsil Haqqında" Qanunun muddəalarindan kənara çıxa bilməz. Köçürülmə 2 mərhələli test imtahanları nəticələri əsasında baş tutmalı idi. Nəvəm hər 2 mərhələni (1-ci mərhələ deyilənə görə nazirlik tərəfindən kecirilib) uğurla keçdi. Sonra onu Avropa liseyinin əsasnaməsinə (?) görə Verbal test imtahanına dəvət etdilər. Bu testə də getdik. Lakin test verbal yox, yazılı, adi test oldu. Uşağın dediyinə görə, onun üçün çox asan olan 3-cü yazılı test imtahanını da verdik. Bir müddət gözlədik, məlum oldu ki, nəvəm 3-cu testdən keçə bilməyib. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün liseyin direktoru Zülfiyyə Veysovanın qəbuluna getdim. Məqsədim nəvəmin 3-cü tur testlərinin cavablarına baxmaq idi. Məni 2 saat gözlətdi (yəqin nə deyəcəyini bilmirdi). Özünün dediyi və bizim bildiyimiz kimi 1-ci turda riyaziyyat fənnindən bir səhv belə etməyən uşaq üçün "diqqəti yayınıqdır, nitqi səlis deyil" ifadələri islətdi. Mən ondan bunu necə müəyyən etdiyini soruşdum və dedim ki, axı siz verbal test keçirməmisiniz, bunları necə müəyyən etmisiniz? "Yazılı test vasitəsilə" dedi. Testlərə baxmaq istədim. Dedi psixoloqdadır, şənbə günü gəlin bir yerdə baxaq. Razılasdıq ki, mənə zəng edib gorüş vaxtını deyəcək. İndiyə kimi zəng etməyib, çünki dediklərinin hamısı yalan idi. Biz ekspertlərə, psixoloqlara müraciət etdik, rəylərini öyrəndik: yazılı test vasitəsi ilə şagirdin nitq qabiliyyətini müəyyən etmək olarmı sualına birmənalı olaraq "mümkün deyil" dedilər və bu barədə rəy verməyə də hazırdırlar. Sən demə, bu 3-cü test imtahanı istədikləri adamların övladlarının liseyə qəbul edilməsi ücün lazımdır. Bunu ekspertlər, mütəxəssislər də təsdiq edirlər. Baş vermiş saxtakarlıgın qarşısının alınması, ədalətin bərpası ücün nazirliyə müraciət etdik. 3-cu sinfi bitirmiş şagirdin hüququnun bərpası ücün apellyasiya şikayəti verdik, 3-cü test imtahanının araşdırılmasını xahiş etdik. Təəssüf ki, məsələni araşdırmadan Elm və təhsil naziri cənab Emin Əmrullayevə yazdığım ərizəyə nazirliyin şöbə müdîri Elnur Əliyev cavab verdi. Bildirildi ki, nəvəm sıfır bal topladıgı üçün qəbul olunmayıb. Bu sıfır balı haradan çıxıb, bilmirik. 1-ci və 2-ci turu müvəffəqiyyətlə keçən şagird (bu barədə uygun sms-lər də var) qeyri-qanuni olan (təhsil qanununa zidd odugu üçün ), nəticələri müraciətlərimizə baxmayaraq bizə açıqlanmayan 3-cü turdan keçə bilmir? Sıfır balı necə hesablayıblar? Axı bizim cənab nazirə müraciətimiz, apellyasiya şikayətimiz məhz 3-turla əlaqədardır. Xahiş edirdik ki, araşdırın, bizi dəvət edin, testin cavablarını göstərin, Qaydalara görə 2 turu keçən şagird artıq köçürulmə olunmalıdir, bəs sıfır bal haradan çıxıb? Mən bu dəfə cənab nazirin qəbuluna yazılmaq üçün müraciət etdim və absurd bir cavab aldım. Cənab nazir ayda bir dəfə ancaq müəyyən edilmiş regionda, əvvəlcədən müəyyən edilmiş, müəyyən kateqoriya vətəndaslari qəbul edirmiş. Bakının qəbulu hələ ki, nəzərdə tutulmayıb. İnşaallah o birilərinə 5-6 ilə növbə çatar. O vaxta qədər ya xan ölər, ya da... Bəs biz dərdimizi kimə deyək, kimə müraciət edək, prezidentə?" DİA.AZ bildirir ki, Moderator.az-ın əməkdaşı tanınmış hüquq müdafiəçisindən daxil olmuş bu müraciətlə bağlı millət vəkili, parlamentin elm və təhsil komitəsinin üzvü Etibar Əliyevə üz tutub. E. Əliyevin cavabı gözlənilməz olmayıb və o, adıçəkilən təhsil müəssisəsi haqqında fikirlərinin neqativ olduğunu bildirib:
"Bakı Avropa Liseyi haqqında mənim fikrim çox mənfidir. Doğrusu, mənim o məktəblə bağlı tanışlığım yox idi. Mən orada gənc müəllimlərin qurultayında iştirak etdim və gördüm ki, bu məktəbdə təhsil yox, sadəcə təhsil adında bir imitasiya var. Mən həmin məktəbin kitabxanasında oldum və gördüm ki, çox məhdud sayda kitab fondları var. Kitabxananın ərazisi böyük olsa da nəinki Bakının adı məktəblərinin və ya tutaq ki, Pirallahıdakı hansısa məktəbin, hətta ucqar bir rayondakı məktəbin kitabxanasından heç nə ilə fərqlənməyən bərbad kitabxanası var. Mən bunu hətta Milli Məclis tribunasından da səsləndirmişəm. Laboratoriya səviyyələri çox aşağıdır. Eyni zamanda STEAM laboratoriyaları da aşağı səviyyədədir. Qeyd edim ki, mənim iştirakçısı olduğum həmin tədbirdə təhsil naziri də iştirak edirdi və onun yanında Zülfiyyə Veysovaya müraciət edərək "mən sizin fəaliyyətinizə 2 verirəm" dedim. Etiraf edilməlidir ki, o, Bakı Avropa Liseyində tədrisi yaxşı təşkil edə bilməyib. Dediyim kimi liseyin kitabxanası bərbad, laboratoriyası bərbad, STEAM kabineti bərbad vəziyyətdə idi. Zülfiyyə Veysova sadəcə həmin məktəbdə gözəl imitasiya yaradıb. Zülfiyyə xanım kimi adamlar yalnız qrantlardan və çeşidli proqramlardan pul mənimsəməklə məşğuldurlar. Onlar təhsili bilməsələr də qrant məsələsində peşəkarlaşıblar. Onlar hansısa ölkədən texnologiyanın adını çəkirlər, ancaq onu Azərbaycan məktəbinə tətbiq edə bilmirlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|