"Bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı?" - NARAZILIQ!
Tarix: 13-06-2022, 10:35 | Çap et
Nəriman Nərimanov prospekti 203-də tikilib, istifadəyə verilmiş “21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” adlı özəl təhsil müəsisəsi bu tikili ətrafında yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Təhsil müəsisəsinin yaxınlığında yerləşən bina sakinləri qeyd edirlər ki, onların narahatlığına səbəb olan əsas məsələ səhər saatlarında bina önündə güclü tıxacın yaranması və onların öz avtomobillərini bina həyətindən çıxara bilməmələridir. Bina sakini Mehriban Şirinova bu barədə redaksiyamıza şikayət edərək bildirib ki, problemlə bağlı yüzlərlə imza toplanılsa da, aidiyyəti qurumlar bu şikayət məktublarına baxmır və görməzdən gəlir: “Bu məktəb 21 ildir ki, fəaliyyət göstərir və biz də bina sakinləri olaraq 21 ildir ki, bu müəsisənin burada açılmaması, hətta məktəbin sökülməsi üçün mübarizə aparırıq. Ona görə ki, bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı? Hər səhər tıxaca düşmüş maşınlar gəlib binamızın önündə keçir, siqnal səslərindən, yaranmış tıxacdan illərdir əziyyət çəkirik. Bu məktəbin sahibi Arif Qaraşov adlı biridir, hətta bir dəfə məhəllənin böyüklərini qəbul edib, onlara bu problem həll edəcəyini söz vermişdi, amma heçnə dəyişmədi. Məktəbin illik ödənişi on min manatın üzərindədir, məlumdur ki, burada sıravi vətəndaşların övladları təhsil almır. Həmin valideynlər də gətirib öz uşaqlarını bu məktəbə yola salırlar, sonra da saymazyana məhəllənin ortasından keçib gedir, çox zaman da bina önündə tıxaca səbəb olurlar. Bununla bağlı məhəllə sakinləri olaraq, yığışıb bina önünə şlaqbaum saldıq, ancaq FHN-dən gəlib sökdülər. Dedilər ki, BNA-ya müraciət edək, onlarlıq deyil. BNA da deyir ki, bu məsələyə Yol Polisi baxır. Bax, beləcə hər qurum bir-birinin üzərinə atır. Polis rəisinin də qəbulunda olmuşuq, bizə deyib: “Özünüzü yormayın, adam pulunu verib, tikdirib, onsuz da həll olunası problem deyil”. Məktəbin yuxarısında yerləşən bina da “rəssamlar binası” adlanır. Orda nə qədər rəssam, memar, incəsənət nümayəndələri yaşayır, ən azından, onlara hörmət olunmalıdır. Bu tikintidən onlar da narazıdırlar. Məktəb həm bu aşağı məhəllədə, həm də o binanın qarşısında ciddi tıxaca səbəb olur, aidiyyəti qurumlar buna baxmalıdır”.
Mehriban Şirinova onu da bildirib ki, ərazi əvvəllər yaşıllıq idi, indi tikinti işlərinin ucbatından ərazidə bir neçə ağac qalıb: “Buralar yaşıllıq idi, məktəb tikilməmişdən öncə nə qədər ağac kəsildi. İndi bina sakinləri olaraq bir balaca yerimiz qalıb, oranı da əlimizdən alıb, məktəbə qatacaqlar, stadion etmək fikrindədirlər. Məktəbin sökülməsini istəyirik, bu müəsisə sökülsə, bütün problem öz həllini tapacaq. Bizə deyirlər ki, hara şikayət edirik, edək, heç kimin vecinə deyil. Ancaq biz qərarlıyıq, haqqımızı tələb edirik. Bura yaşayış yeridir, yaşayış yerinin ortasında məktəb açıb, insanların narahatlığına səbəb olanlar, qanunlara hörmətsiz yanaşanlar cəzalandırılmalıdır. Amma bu insanlara heçnə təsir etmir”- deyə, bina sakini bildirib.
Problemlə əlaqədar adıçəkilən təhsil müəsisəsində fəaliyyət göstərən işçilərin də fikirlərini aldıq. Məktəb binasının təhlükəsizliyindən məsul əməkdaşı Elxan bəy redaksiyamıza bildirib ki, bina sakinlərinin bir təhsil müəsisəsi ilə belə düşmənçilik aparması anlaşılmazdır: “Burada tikilən obyekt bir təhsil müəsisəsidir və 2001-ci ildəndir fəaliyyət göstərir, vətəndaşlarımızın övladları burada təhsil alır, yəni burada hər hansısa zərərli vərdişlər formalaşdıran, yaxud əxlaqdan kənar davranışlar sərgiləyən bir müəsisə olsaydı, sakinləri anlamaq olardı. Ancaq bura qeyd etdiyimiz kimi bir məktəbdir, insanlara təhsil verir, bir təhsil müəsisəsinin sökülməsini tələb etmək, o müəsisəsinin sahibinin kim olmasından asılı olmayaraq, ən azından, barbarlıq olardı. Bina sakinləri rəssamlar, memarlar və başqa incəsənət xadimləridirlərsə, əksinə, onlar da bu işdə maraqlı olmalıdırlar ki, təhsil müəsisəsi açılsın, hətta daha da inkişaf etsin. Biz burda heç kimə nə narahatlıq veririk, nə də maneçilik törədirik. Hətta təhlükəsizlik əməkdaşlarımız burda bir neçə dəfə “patı, kakos” qəbul edənlərin maşınlara, digər obyektlərə zərər vurduğunu, şüşəsini sındırdığını görüb, qarşısını alıb. O maşınlar da, obyektlər də elə həmin bu şikayətçi bina sakinlərinə məxsusdur. Hətta biz tıxac problemini həll etmək üçün məktəbin aşağısından keçən yolda bir maşın parklama yeri də açmışıq ki, səhərlər sakinlər maşın səsindən narahat olmasınlar. Uşaqların valideynləri də ki, övladlarını məktəbə buraxmaq üçün maşınlarını 10 dəqiqəlik saxlayırlar, daha sonra çıxıb gedirlər. Bunu bu qədər böyüdəcək nə var ki? Paytaxtın bir çox yerində məktəblə yaşayış binaları iç-içədir, heç kim də narazılıq etmir. Qaldı ki, bu məktəbin “qanunsuz” tikilməsinə, elə bir şey yoxdur. Burada təhsil müəsisəsinin açılması üçün bütün aidiyyəti qurumlardan icazə alınıb. Hətta FHN tərəfindən binadan təxliyə planı barədə xəritə də verilib, əgər qanunsuz olsaydı, bu, bizə verilərdimi? Şlaqbaumu da FHN-in əməkdaşları çıxarıblar. Ona görə ki, sakinlər burada qanunsuz şlaqbaum qoymuşdular, əgər bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar məktəb həyətinə necə daxil ola biləcəklər? Uşaqları necə təxliyə edərik? Bütün bunlar düşünülməlidir. 21 ildir fəaliyyət göstərən bu məktəbi indi bu binada yaşayan hansı sakin özünə maşın alsa, tez gedib şikayət edir. Şikayətçilərin çoxu da maşını olanlardır ki, onlar da sonradan maşın alıblar. Hətta bu məktəbdə öz övladını oxudan bina sakinləri belə var. Onların da bəziləri sonradan məktəbin varlığından narazılıq ediblər”.
Özəl təhsil müəsisəsinin nümayəndəsi onu da qeyd edib ki, ərazidə ağac kəsilməyib, əksinə, yaşıllıqlar salınıb: “Məqsədimiz buranı abadlaşdırmaqdır, park və stadion salınacaq. Həmin yerlərdən bu binanın sakinləri, onların övladları da istifadə edə biləcək. Biz burda heç kimlə düşmənlik etmək niyyətində deyilik. Əgər burda məktəb yox, başqa arzolunmaz obyektlər olsaydı, bina sakinlərini anlamaq olardı. Təhsil müəsisəsini qapatmaq, məktəb sökmək alqışlanası davranış deyil”. Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|