FHN şefinin işçisi də QOÇULUQ EDİR... - GİLEY
Tarix: 21-04-2022, 10:07 | Çap et
Məlumdur ki, dələduzluq əməllərinin çoxaldığı, insanların etibarlarından, sadəlövlüyündən o cümlədən hüquqi biliklərinin az olmasından sui-istifadə edən fırıldaqçıların saylarının çox olduğu bir dövrdə yaşayırıq. Hətta bu cür saxtakar insanlar innovativ sxemlərdən, ən ağlagəlməz fəndlərdən çox böyük məharətlə istifadə edirlər. Çox təəssüflər olsun ki, belə dələduzların da torlarına düşənlər qeyd etdiyimiz kimi məhz sadəlövh və hüquqi qanunlardan xəbərsiz olan şəxslər olur. Buna görə də redaksiyamıza ən çox dələduzların əməllərindən zərər çəkənlər müraciət edir ki, başlarına gələnləri ictimailəşdirsinlər. DİA.AZ Zirveyolu.info-a istinadən xəbər verir ki, Bu günkü şikayətçimizin də başına gələnlər dələduzluq əməllərindən biridir. Söhbət Qəsəbə Nümayəndəsi olaraq çalışan lakin, işini fırıldaqçılıqla görən şəxsdən gedir. Həmin o şəxs ki, özü Badamdar Qəsəbə Nümayəndəsi olaraq fəaliyyət göstərib və həmin müddətdə dələduzluq edərək bir torpaq sahəsini bir neçə nəfərə satıb, həmçinin o, bu bir neçə nəfərə tamamilə saxta tam qanunsuz bərpasız sənədlər təqdim edib. Haqqında bəhs edəcəyimiz bu dələduz şəxs Badamdar Qəsəbə Nümayəndəsi olmuş Qasımzadə Həsən adlı şəxsdir. Həmin bu şəxs torpaq sahəsi alıb fərdi ev tikmək istəyən insanı bir neçə torpaq sahəsi almaq üçün şirnikləndirib həmçinin onu torpaq sahəsinin bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandırıb və həmin şəxsin bütün pullarının bu yolla əlindən getməsinə səbəb olub. İndi isə Manafova Rahibə xanımın şikayət ərizəsini təqdim edirik. Mən Manafova Rahibə Həmidağa qızı yazıb bildirmək istəyirəm ki, biz Bakı şəhərində Ələsgər Ələkbərov küçəsində Elmlər Akademiyasının yanında 2 mərtəbəli həyət evində yaşayırdıq. Bizim evimiz 2013-cü ildə plana düşdüyü üçün biz ordan pul alıb çıxdıq. Buna görə də yoldaşım Manafov Azad Dəyanət oğlu dedi ki, gedim Badamdardan torpaq sahəsi alım, yaxşı bir həyət evi tikək orda da yaşayaq. Özümüz lap əvvəldən şəhərdə rahat həyət evində yaşayan olmuşuq, həmçinin yoldaşım şəkər xəstəsi idi, bir ayağı amputasiya olunduğuna görə bina evində yaşamaq çətinlik yaradardı ona. Ona görə də yoldaşım Badamdardan 3 sot torpaq aldı, sonra orada Sirac adında əmlakçı (makler) və Həsən adlı bir şəxs var idi ki, həmin bu iki şəxs yoldaşımı aldadıb 3 sotdan əlavə 12 sot torpağı da satdılar bizə çıxarışsız, lakin dedilər ki, 3 aya torpağı sənədləşdirib verəcəyik. Beləcə bu şəxslər yoldaşımı şirnikləndirərək yoldan çıxartdılar və həmin torpaqları aldırdılar. Təsəvvür edin nə qədər pullarımızı verdik o torpaqlara. Yoldaşım Alatavadan bir ev aldı ki, müvəqqəti yaşayaq həmin adamlar da yoldaşıma dedilər ki, burda 3 aylıq qalacaqsız sonra köçəcəksiz yeni həyət evinizə. 3 ay, 4 ay keçdi bunlardan xəbər çıxmadı. Yoldaşım da gedib-gəlib hirslənirdi ki, nə oldu bunların 3 ay dedikləri vaxtdan nə qədər keçib hələ də bir xəbər yoxdur. Çünki yoldaşımın onlardan aldığı torpaq sahələri ilə bağlı arzuları var idi ki, həm orda bir ev tikib, həm də həyətində təsərrüfat üçün əkin sahəsi qursun. Lakin bu şəxslərin dedikləri 3 ay uzana-uzana getdi, illər çəkdi 3 ay deyil 3 il oldu. Bir sözlə 3 ay deyə-deyə 3 il yoldaşımın başını qatdılar. Elə yoldaşım da bu olanlara hirsləndi 2016-cı ildə beyninə qan sızdı rəhmətə getdi. Mən və iki atadan yetim övladlarım elə həmin Alatavada baxmayaraq ki, yaşamaq üçün heç bir şəraiti olmayan evdə yaşamağa davam edirik. Həmin o ev də o qədər pis gündə yerdən bir evdir ki, hətta evi görənlər dəhşətə gəlirlər. Bir dəqiqə belə heç kim hazırda bizim yaşadığımız evdə dayanmağa tab gətirə bilməz, ev bir sözlə xəstəlik mənbəyidir. Elə mən özüm də həmin evdə xəstəliyə tutulmuşam. Özüm heç bir yerdə çalışmıram, heç səhhətim də buna imkan vermir. Oğlum azyaşlıdır. Yalnız evi dolandıran qızımdır, o da çox çətinliklə. Mən də indi istəyirəm ki, bu haqqımız olan torpaq sahələrimiz bizə geri verilsin. Yoldaşım sağ olanda özü məşğul olurdu bu işlə, indi isə bir ana olaraq bu məsuliyyət mənim üzərimdədir ki, övladlarım əzab-əziyyət çəkməsinlər. Buna görə də mən özüm bu işlə məşğul olmağa başladım və yoldaşıma bu yalan vədləri verib bütün pullarımızı torpaq sahələri almaq adı ilə mənimsəyənləri tapdım. Onlarla ətraflı bu mövzuda danışdım ki, bizim torpaq sahələrimizi özümüzə geri verin. Bizi aldadan şəxslər də adi adamlar deyildi elə onlardan biri Qasımzadə Həsən adlı şəxs həmin vaxtlarda Badamdar Qəsəbə Nümayəndəsi idi. Bizim bələdiyyə sənədini verən şəxs də məhz bu Həsən olub. Biz də vəkil tutduq bu işi vəkillə həll etməyə başladıq. Bildirmək istəyirəm ki, ilk öncə şikayətlər olunub Baş Prokurorluğa, Baş Mütəşəkkil Cinayətkarlıqla Korrupsiya İdarəsi’nə, Aidiyyəti üzrə Polis İdarəsi’nə, amma işin icrası birləşmişdir Mütəşəkkil Cinayətkarlıq’da Qasımzadə Həsən də oraya dəvət olundu əvvəl Həsən məni tanımadı, lakin rəhmətlik yoldaşım vasitəsilə bu sənədləri bizə təqdim etdiyini və imzanın ona aid olduğunu boynuna aldı. Mən də şikayət ərizəsi yazmışdım. Həsən də barəsində iş qaldırılmasın deyə bizimlə razılığa gəlib dedi ki; bəli mən Sizə sənədləri təqdim edirəm, Siz də şikayət ərizənizi geri götürün. Biz də Qasımzadə Həsənin bu təklifi ilə razılaşdıq. Bu razılaşmamızdan sonra Həsən bizə bir sənəd təqdim etdi, biz də sənədi apardıq BT-yə orada sənədin kökünün olmadığı və həmin sənədin başqa yerin, başqasının olduğu məlum oldu. Biz də Həsən müəllimə dedik ki, bu sənədlər başqasınındır. O bildirdi ki, baş qarışıqlıq olub, nə olub bu cür bəhanələr gətirdi. Bu Qasımzadə Həsən adlı şəxs ikinci dəfə də gətirib bizə başqa bir sənəd verdi, bu sənəddə isə bizə veriləcək olan torpaq sahəsinin cizgisi yox idi, yəni səhv cizgi idi. Qısacası bu torpaq cizgisi də bizim deyildi, başqa torpağın cizgisi idi. Üçüncü dəfə yenə də Həsən Qasımzadə bizə torpaq sahəsi haqqında sənəd verdi, lakin çox əfsuslar olsun ki, bu sənədlərin hər üçü də tam qanunsuz və bərpasız oldu. Bir sözlə yalan da başdan ayağa hər şey yalan. Onu da qeyd edim ki, mən Həsən Qasımzadə ilə ilk dəfə Baş Mütəşəkkil Cinayətkarlıqla Korrupsiya İdarəsində görüşəndə hər kəsin yanında mənə dedi ki, tək qadın niyə Siz əziyyət çəkib bura qədər gəlmisiz?, elə mənim özümə müraciət edərdiz mən Sizin torpağınızı qaytarardım geri. Dedim elə nə fərqi var ki, gəlmişik indi dediyiniz sözə əməl edin. Amma Həsən müəllim (əgər müəllim demək olarsa) verdiyi sözü tutmadı, çünki həmin vaxtdan demək olar ki, 1il keçib, lakin torpağımız özümüzə geri verilməyib. Bu Həsən bu gün sabah, bu gün sabah deyə-deyə 1 ildir bizi aldadır. Gah başqa insanların adına olan, gah da başqa cizgili torpaq sahələrinin sənədlərini bizə verir. Çünki bu insan 3 dəfə bizə ayrı ayrılıqda, yəni ayrı-ayrı sahələrdə saxta tam qanunsuz, bərpasız sənəd təqdim edib. Etdiyi hərəkətlərdən məlumdur ki, bu şəxsin qadına zərrə qədər də olsa hörməti yoxdur, əgər olsaydı tək bir qadını, ən əsası bir ananı haqqı olan torpaq sahələrini geri almaq üçün çöllərə salmazdı. Mən heç kimdən artıq nəsə istəmirəm, sadəcə bizə məxsus, haqqımız olan torpaq sahələrimizin özümüzə geri qaytarılmasını istəyirəm. Mən bir Azərbaycan vətəndaşı, bir xanım, bir ana olaraq bu müraciətimin işıqlandırılmasını və haqq ədalətin öz yerini tapmasını istəyirəm. Bir də bunu da qeyd edim ki, Qasımzadə Həsən hal-hazırda Fövqəladə Hallar Nazirliyində çalışır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|