Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb... - Gəncədə daha bir PROBLEM
Tarix: 16-02-2021, 10:04 | Çap et
Son dövrlər ölkənin şəhər və rayonlarında üçrəngli dövlət bayrağımızla rəftarda "Dövlət bayrağı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulmasına şahidlik edirik. Xoşagəlməz durum əsasən doğma bayrağımızın digər ölkənin bayraqları ilə yanaşı qaldırılması, eləcə də əksər ticarət-iaşə obyektlərində nümayişi zamanı hündürlüyün və yerləşdirmənin düzgün seçilməməsində müşahidə edilir. Bayrağımızın gah başqasından sağda yer alması, gah da bir neçə əcnəbi bayrağın ortasında boy göstərməsi, maşınlara və mağaza şüşələrinə səliqəsizcə sərilməsi dövlət atributumuz barədə olan qanunun müddəalarından məlumatsız olduğumuzu, təlimatlara diqqət ayırmadığımızı, bu barədə mariflənmə işinin düzgün aparılmadığını çılpaqlığıyla ortaya qoyur. "Demokratik.Az" saytı xatırladır ki; "Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur". Bayraq istənilən millətin qürur və and yeri olmaqla yanaşı, toplumun özünə olan sonsuz sevgisi və rəğbətilə daha da ucalan, dövlətin suverenliyini təmin edən rəmzlərdəndir. "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" QANUNUN elə ilk müddasında da deyildiyi kimi: "Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar". Sözügedən qanunun 11-ci bəndi də dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin olduğunu xatırladır. Təəssüf ki, səhlənkarlıq və bilməzlik qədər inzibati nəzarətsizlik mühiti acı mənzərələr yaradıb. "Demokratik.Az" cümhuriyyətin ilk paxtaxtı olan Gəncə şəhərindəki bəzi faktları diqqətinizə çatdırır.
Ölkənin ikinci böyük şəhərində bayrağımıza qarşı bağışlanmaz sayğısızlıq nümunəsi "Bayraq Meydanı"nda bayrağın olmaması ilə bağlıdır. Dəfələrlə bu problem ictimai narazılıq doğursa və medianın gündəmində saxlansa da yerli icra hakimiyyəti nöqsanı aradan qaldırmağa hansısa müsbət addım atmayıb. Əksinə, hazırki icra başçısı Niyazi Bayramovun gəlişindən bu yana meydandakı bayraq dirəyi tamamilə bayraqsız qalıb. İlin bir neçə günündən başqa, burada bayrağa rast gəldim deyən yoxdur. Gəncənin əksər yerində bayrağımızın digər ölkənin bayraqlarının sağında və ya ortasında yerləşdirilməsi, bayrağımızın ölçüsünün bəzən digərlərindən kiçik olması isə "Dövlət bayrağı haqqında" qanunun 8-ci maddəsini - Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi tələbini pozur.
YAP Gəncə şəhər təşkilatının binasında da Azərbaycan bayrağının sağdan asılması düşünməyə əsas verir ki, bu şəhərin deputatları da bayrağımıza və mövcud qanunun tətbiqinə ən azı məmurlar qədər laqeyiddirlər.
Düz şəhərin mərkəzində də sözügedən nöqsanlara yol verilməsində şəhər İHB məmurlarının da rolunun olduğunu söyləməkdən başqa ağıla bir fikir gəlmir.
Xatırladaq ki, qanunun "8.1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz. 8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır!". Əslində, bəlkə də xırda nöqsan kimi görünən halların aradan qaldırılması təkcə mövcud qanuna həssas yanaşılması kimi deyil, dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin şüurunda atributa sevginin daha sivil şəkildə çatdırılması missiyası kimi də anlaşılsa yaxşı olar. Yerli icra hakimiyyəti orqanının müvafiq şöbəsi bayraqların asılmasına ciddən nəzarət etsə, düzgün təbliğat etsə ədalətli olar. Əgər bayrağımız haqqında ayrıca qanunumuz mövcuddursa, bayrağımız qədər də elə həmin qanunun tətbiqinə də həssaslıqla davranmağımız sizcə də vacib deyilmi? YAŞASIN ŞANLI AZƏRBAYCAN BAYRAĞI! Osman Nərimanoğlu Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|