Əsas Səhifə > Ölkə, Manşet > Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...

Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...


16-02-2021, 10:04
Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...
Son dövrlər ölkənin şəhər və rayonlarında üçrəngli dövlət bayrağımızla rəftarda "Dövlət bayrağı haqqında" Azərbaycan Respublikası qanununun tələblərinin pozulmasına şahidlik edirik. Xoşagəlməz durum əsasən doğma bayrağımızın digər ölkənin bayraqları ilə yanaşı qaldırılması, eləcə də əksər ticarət-iaşə obyektlərində nümayişi zamanı hündürlüyün və yerləşdirmənin düzgün seçilməməsində müşahidə edilir.
Bayrağımızın gah başqasından sağda yer alması, gah da bir neçə əcnəbi bayrağın ortasında boy göstərməsi, maşınlara və mağaza şüşələrinə səliqəsizcə sərilməsi dövlət atributumuz barədə olan qanunun müddəalarından məlumatsız olduğumuzu, təlimatlara diqqət ayırmadığımızı, bu barədə mariflənmə işinin düzgün aparılmadığını çılpaqlığıyla ortaya qoyur.
"Demokratik.Az" saytı xatırladır ki;
"Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur".
Bayraq istənilən millətin qürur və and yeri olmaqla yanaşı, toplumun özünə olan sonsuz sevgisi və rəğbətilə daha da ucalan, dövlətin suverenliyini təmin edən rəmzlərdəndir.
"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" QANUNUN elə ilk müddasında da deyildiyi kimi: "Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar".
Sözügedən qanunun 11-ci bəndi də dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin olduğunu xatırladır.
Təəssüf ki, səhlənkarlıq və bilməzlik qədər inzibati nəzarətsizlik mühiti acı mənzərələr yaradıb.
"Demokratik.Az" cümhuriyyətin ilk paxtaxtı olan Gəncə şəhərindəki bəzi faktları diqqətinizə çatdırır.

Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...

Ölkənin ikinci böyük şəhərində bayrağımıza qarşı bağışlanmaz sayğısızlıq nümunəsi "Bayraq Meydanı"nda bayrağın olmaması ilə bağlıdır.
Dəfələrlə bu problem ictimai narazılıq doğursa və medianın gündəmində saxlansa da yerli icra hakimiyyəti nöqsanı aradan qaldırmağa hansısa müsbət addım atmayıb. Əksinə, hazırki icra başçısı Niyazi Bayramovun gəlişindən bu yana meydandakı bayraq dirəyi tamamilə bayraqsız qalıb. İlin bir neçə günündən başqa, burada bayrağa rast gəldim deyən yoxdur.
Gəncənin əksər yerində bayrağımızın digər ölkənin bayraqlarının sağında və ya ortasında yerləşdirilməsi, bayrağımızın ölçüsünün bəzən digərlərindən kiçik olması isə "Dövlət bayrağı haqqında" qanunun 8-ci maddəsini - Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi tələbini pozur.

Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...

YAP Gəncə şəhər təşkilatının binasında da Azərbaycan bayrağının sağdan asılması düşünməyə əsas verir ki, bu şəhərin deputatları da bayrağımıza və mövcud qanunun tətbiqinə ən azı məmurlar qədər laqeyiddirlər.

Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...

Düz şəhərin mərkəzində də sözügedən nöqsanlara yol verilməsində şəhər İHB məmurlarının da rolunun olduğunu söyləməkdən başqa ağıla bir fikir gəlmir.

Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...

Xatırladaq ki, qanunun "8.1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır!".
Əslində, bəlkə də xırda nöqsan kimi görünən halların aradan qaldırılması təkcə mövcud qanuna həssas yanaşılması kimi deyil, dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin şüurunda atributa sevginin daha sivil şəkildə çatdırılması missiyası kimi də anlaşılsa yaxşı olar. Yerli icra hakimiyyəti orqanının müvafiq şöbəsi bayraqların asılmasına ciddən nəzarət etsə, düzgün təbliğat etsə ədalətli olar.
Əgər bayrağımız haqqında ayrıca qanunumuz mövcuddursa, bayrağımız qədər də elə həmin qanunun tətbiqinə də həssaslıqla davranmağımız sizcə də vacib deyilmi?
YAŞASIN ŞANLI AZƏRBAYCAN BAYRAĞI!
Osman Nərimanoğlu
Demokratik.Az

Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...
Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...
Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...
Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...
Niyazi Bayramov gələndən bu meydan bayraqsız qalıb...


Geri qayıt