MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                     "Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim" .....                     “Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb .....                     2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi .....                     "İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." .....                     “89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” .....                     Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... .....                     ADY beynəlxalq standartlara cavab vermir... .....                     "Tıxac başqa, yolu konkret bağlamaq başqa..." .....                     Azərbaycanlı milyarder Rusiyadan deport edilir .....                     “Azərsun Holdinq”də yeni təyinat .....                     İki milyon mənimsəyən “falçı” yenidən .....                     "Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" .....                     Kolleclərə direktor müavinləri təyin olunub .....                     "Bu kafe haqqında tədbir görülsün" .....                     Rafiq Məmmədov Bakı həbsxanasında .....                     “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi .....                     Azərbaycanda əsgərlik yaşı artırılır? .....                     Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? .....                     Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı .....                     Sədərək gömrüyündə ÖZBAŞINALIQ... .....                     General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı .....                     İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM .....                 

"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm" - Diplomatik cəbhədə “təmizləmə”
Tarix: 23-07-2020, 11:09 | Çap et
"Səfirlərin bundan da artıq cinayətləri barədə eşitmişəm"
Elmar Məmmədyarovun istefaya göndərilməsindən sonra Xarici İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyinin olacağı gözlənilir. Xüsusilə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən bir sıra diplomatların geri çağırılacağı və vəzifəsindən azad ediləcəyinə dair məlumatlar var.

Bu da səfirlik və konsulluq əməkdaşlarının seçilməsində ciddi nöqsanlara yol verilməsi ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev də yeni xarici işlər naziri Ceyhun Bayramovu “online” formatda qəbul edərkən verdiyi mühüm tapşırıqlardan biri bu sahədə kobud səhvləri aradan qaldırmaq olub.

Dövlət başçısı bildirib ki, kadrların seçilməsində və təyinatında dostluq, şəxsi sədaqət prinsipinə yer verilib.

Hətta Prezident İ.Əliyev bəzi diplomatların xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığını və vətənə xəyant etdiyini qeyd edib: “Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir”.

Qeyd edək ki, XİN sistemindəki kadrların yararsızlığı barədə tez-tez mediada və sosial şəbəkələrdə də məlumatlar yer alırdı.

Diplomatik fəaliyyətdən və beynəlxalq siyasətdən demək olar ki, biliyi olmayan şəxslərin rüşvət müqabilində bir çox hallarda səfir, konsul vəzifələrinə təqdim olunması XİN sistemini xeyli zəiflədib. Lakin qanun pozuntuları bununla yekunlaşmayıb. İdmançılar, tamamilə kənar sahələrədə fəaliyyət göstərən adamlar şübhəli səbəblərdən diplomatik korpuslarda vəzifə tutub.

Bundan başqa, səfirlərin xarici ölkələrdə bizneslə məşğul olması barədə kifayət qədər iddialar var. Yəni, biri özünü biznesmen, digəri müğənni kimi aparır. Bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə virmaqla uyanaşı, Ermənistanla diplomatik savaşda mövqeyini zəiflədir.

Dağlıq Qarabağ probleminin həllində üzərinə mühüm məsuliyyət düşən ən vacib qurumlardan biri XİN-dir. Lakin bu sistemdə peşəkar kadrların azlığı, korporativ maraqlardan çıxış etməsi, üstəlik, Azərbaycan Prezidentinin dediyi kimi xəyanəti yalnız düşmənin xeyrinə işləyir.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, səfirliklərin konsulluqların fəaliyyətində kifayət qədər nöqsanlar var. Lakin bunun hamısını açıqlamaq düzgün deyil: “Cənab Prezident bu problemləri ümumi şəkildə açıqladı. Bu sahədə işləyən insan kimi həmin nöqsanlar mənə də məlumdur. Əslində, xarici siyasətin icrası həm Mərkəzi Aparata, həm də xarici nümayəndəliklərə aiddir. Təəssüflər olsun ki, koordinasiya işləri çox aşağı səviyyədədir. Təlimatlar çox nadir hallarda olur. İş demək olar ki, aparılmır. Məqsədli şəkildə dövlətimizin xarici siyasət qurumunu iflas vəziyyətinə gətiriblər. Bu baxımdan problemlər çoxdur. Lakin hesab edirəm ki, incəlikləri demək olmaz. Təbii ki, yeni nazir tapşırıqları alandan sonra məsələni ciddi şəkildə təhlil edəcək və lazımi addımları atacaq. Belə başa düşürəm ki, Cənab Prezidentin bu məsələyə diqqəti olacaq. Çünki onların fəaliyyəti dövlət başçısının həmişə nəzarətində olmalıdır. Konkret hansısa addımları sadalamaq hazırda düzgün olmaz”.

Tofiq Zülfüqarov qeyd etdi ki, bütün dünya ölkələrində olduğu kimi səfirlərin təqdimatı təyin edilmək üçün nazir tərəfindən irəli sürülür.

“Özünə yaxın, peşə baxımından səviyyəsi uyğun olmayan şəxslər də səfir və konsul vəzifələrinə təqdim olunub. Yəqin ki, bundan sonra həmin məsələlər Cənab Prezidentin və yeni nazirin diqqət mərkəzində olacaq. Hesab edirəm ki, nazirliyin fəaliyyəti və səmərəliliyi çox aşağı səviyyədədir. Ona görə də müsbət dəyişikliklər olmalıdır. Mən səfirlərin xaricdə nəinki özünə biznes qurması, bundan da artıq cinayətləri barədə eşitmişəm. Cənab Prezident buna ümumi şəkildə işarə etdi. Biz görürük ki, dövlətə, vətənə sadiqlik məsələsində problemlər var. Bəzilərinin sabiq nazir başda olmaqla ən əsas problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsinmin həllinə olan münasibəti heç də Azərbaycanın xeyrinə olmayıb. Həm nazirin, həm də bəzi səfirlərin fəaliyyəti kənar qüvvələr tərəfindən idarə olunub. Bu barədə mümkün olan qədər deyilib. Amma həmin fakların geniş şəkikldə açıqlanması və ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Həmin şəxslərə qarşı hansısa inzibati tədbirlər görülməlidir. Ancaq o barədə çox açıqlama vermək Azərbaycanın imicinə ziyan gətirə bilər”.

Qeyd edək ki, xarici işlər nazirinin dəyişməsindən sonra Azərbaycanın Ermənistanla danışıqlardakı mövqeyində diplomatik uğurun baş verib-verməyəcəyi müzakirə predmetinə çevrilib. Tofiq Zülfüqarov hesab edir ki, müharibənin yalnız xarici işlər nazirlikləri arasında getdiyini düşünmək düzgün deyil. Müharibə iki dövlət arasında gedir. Bu prosesdə diplomatiya mühüm yer tutur.

“Mən Azərbaycanın qələbə qazanacağına inanıram. Lakin bu qələbəni təmin etmək üçün iştirakçılar yalnız Xarici İşlər Nazirliyi ola bilməz. Hər bir qurumun öz rolu var. Bu iki xalqın iki ölkənin arasında gedən müharibədir”.
Cebhe.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Bu gün, 11:19
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 11:16
"Bu kafe haqqında tədbir görülsün" - ETİRAZ
Bu gün, 11:14
Rafiq Məmmədov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:11
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
Bu gün, 11:07
Azərbaycanda əsgərlik yaşı artırılır? - GƏLİŞMƏ
Bu gün, 10:58
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - POLİS ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 10:53
Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı - Hadisənin detalları
Bu gün, 10:49
Sədərək gömrüyündə ÖZBAŞINALIQ... - Məmura olar, sıravi vətəndaşa yox...
Bu gün, 10:44
General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı - AÇIQLAMA
Bu gün, 10:39
İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM - BU NƏDİ BELƏ?!
Bu gün, 10:36
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı ÜZƏ ÇIXDI - suallardan yayındı...
Bu gün, 10:33
Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır - Novella Cəfəroğlu
Bu gün, 10:31
İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... - GİLEY
Bu gün, 10:29
“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır
Bu gün, 10:22
Ruslar bütün istiqamətlərdə irəliləyir – Müharibə böyük şəhərlərə yaxınlaşır
Bu gün, 10:18
Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK? - AKTUAL
Bu gün, 10:14
Paşinyan ötən il Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - Sensasion iddia
Bu gün, 10:07
Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır - Qənimət Zahid
Bu gün, 10:05
"Sədr demişdi ki, “s” hərfinin tələffüzündə problem var"
Bu gün, 10:03
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Bu gün, 10:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru