Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                 

Dilimizi bilmirlər, bilmirlər... Bəs bu vaxta qədər niyə öyrənmirdilər?! - REAKSİYALAR
Tarix: 2-07-2020, 11:20 | Çap et
Dilimizi bilmirlər, bilmirlər... Bəs bu vaxta qədər niyə öyrənmirdilər?!
Son zamanlar müzakirə mövzularından biri də bəzi məmurlarımızın, o cümlədən orduya rəhbərlik edən bir sıra şəxslərin Azərbaycan dilində səlis danışa bilməməsidir. Burada xüsusilə xarici işlər naziri Elmar Məmmədyarov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun adı çəkilir.

Bir müddət öncə Milli Məclisin iclasında millət vəkili Vahid Əhmədov ordu rəhbərliyindəki şəxsləri dillə bağlı tənqid etmişdi. Müzakirələr səngisə də, N.Sadıkovun hərbi hissələrdən birində Ali Baş Komandana verdiyi raport bu mövzunu yenidən aktuallaşdırdı və əsasən də sosial mediada tənqidlər baş alıb getdi. Eyni zamanda xarici işlər nazirinin də ana dilində normal danışa bilməməsi vaxtaşırı müzakirə predmeti olur. Təəssüf ki, Azərbaycanın xarici siyasət idarəsinə rəhbərlik edən, peşəkar diplomatımız, o cümlədən birinci Qarabağ savaşının iştirakçısı, peşəkar zabit olan Baş Qərargah rəisi vaxtaşırı Azərbaycan dilində normal danışa bilmədiklərinə görə ictimai qınağa tuş gəlirlər. Ona görə də bu mövzuda obyektiv araşdırma aparmaq istədik ki, Qarabağ məsələsində nazir Elmar Məmmədyarovun, həmçinin Nəcməddin Sadıkovun ictimai rəydə əsas günahkar, baiskar kimi göstərilməsi nə qədər doğru və peşəkar yanaşmadır?

“Bu kimi məsələlərdə peşəkarlıq və ya başqa ölkənin maraqlarına xidmət etmə baxımından ittihamların əsaslı və ya əsassız olması üzərində dayanmadan bir amilə diqqət çəkmək istəyirəm ki, bütövlükdə hansısa prosesin uğurlu olmasında və ya uğursuzluğunda bütün cəmiyyət məsuliyyət daşıyır”.

Deputat Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Millət vəkili qeyd etdi ki, yetkin cəmiyyətlərdə təsadüfi şəxslər liderə, yaxud da qəhrəmana çevrilə bilmirlər: “Bizim kimi cəmiyyətlərdə emosional dəyərləndirmə daha çox önə çıxdığından tarixin hər bir dövründə faydalı olan deyil, könülə yatan, duyğuları təmin edənlər söz sahibi ola bilirlər. İndinin özündə də bu belədir. Bir təmkinli alim ictimai rəyi yönləndirə bilmir, bir avarası iki gün kütlənin xoşladığı sözü təkrarlasa, onun qəhrəmanına çevrilə bilir”.

F.Mustafanın fikrincə, Qarabağ savaşında məğlubiyyətə cəmiyyətin xarakteri baxımından diqqət yetirilməlidir: “Biz öz xarakterimizi dəyişmədikcə, ayrı-ayrı vəzifəli şəxslərin üzərinə günahı yükləməklə yenə də doğru nəticə əldə edə bilməyəcəyik. Konkret iki şəxslə bağlı mülahizələrdə isə həqiqətəuyğun məqamlar mövcuddur”.

Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev qeyd etdi ki, Qarabağ məsələsi dövlətimizin təhlükəsizliyi və varolma məsələsi olduğu üçün həlli yolları da buna görə tapılmalıdır: “Demokratik islahatlardan tutmuş, insan haqlarına münasibətə qədər, ordu idarəetməsindən xarici siyasətə qədər, ictimai münasibətlərdən seçkilərə qədər və bu kimi taleyüklü həllini gözləyən məsələlər Qarabağ probleminin həllində özünəməxsus rol oynayır”.

F.Hacıyev hesab edir ki, bu faktların meydana gəlməsində vəzifəli şəxslərin rolu böyükdür: “Xarici işlər naziri Elmar Məmmədyarov və yaxud Baş Qərargah rəisi Nəcməddin Sadıkov da bu cür kadrlardandır. Azərbaycan dilini bilməyən, xalqın mədəniyyətindən xəbərsiz olan şəxslərin vəzifələrə təyin olunması yolverilməzdir. Qonşu Gürcüstana diqqət edin, gürcü dilini bilməyən adam kiçik məmur olmaq üçün müsabiqəyə buraxılmır. Gürcü dilini bilməyən adam heç bir vəzifə tuta bilməz, parlamentə seçilə bilməz və sair. Bizim parlamentdə Azərbaycan dilini bilməyən deputatlar var. Xalq olaraq bunlara qəti etiraz etməli, aradan qaldırılmasına nail olmalıyıq. Bir sözlə, dövlətimizin milli maraqlarımıza uyğun idarə olunmasına nail olmalıyıq. Millətləşmə, dövlətləşmə, bütünləşməyə doğru addım-addım durmadan getməliyik!”

Qarabağ qazisi Rey Kərimoğlu isə “Yeni Müsavat”a dedi ki, E. Məmmədyarov uğursuz bir kadrdır: “Qətiyyətsiz adamdır. Ona görə də xalq arasında nüfuzu, hörməti yoxdur. Ana dilində danışa bilməməsi isə onu bəzən gülüş obyektinə də çevirir. Dövlətin baş diplomatı üçün heç yaraşan hal deyil. Əslində kənardan baxanda onun işini prezident İlham Əliyevin apardığını sezməmək mümkün deyil. Yəni Prezident ardıcıl, sistemli və cəsarətli movqe sərgiləyər. Məmmədyarov Prezidentin apardığı siyasətə də adekvat deyil”.

R.Kərimoğlu əlavə etdi ki, N.Sadıkovun Qarabağ döyüşlərinin birinci mərhələsində müəyyən xidmətləri olub: “Hazırda adı ordudakı neqativlərin başında duran şəxs kimi hallanır. Dilimizi bilməməsi, biabırçı şəkildə danışması onu da gülüş hədəfinə çevirib”.

Qarabağ qazisinin sözlərinə görə, ordu ilə bağlı bir ümidverci hal var, o da general Məhərrəm Əliyevin Prezidentin hərbi məsələlər üzrə köməkçisi olmasıdır: “İndi orduda hamı gözünü Məhərrəm Əliyevə dikib. Hamı onun ordudakı nöqsanları aradan qaldıra biləcəyinə ümid edir”.

YAP-çı deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirdi ki, bu istiqamətdə gedən müzakirələrdən xəbərdardır: “Vaxtaşırı həm mətbuatda, həm sosial şəbəkədə hökumətin ayrı-ayrı üzvləri, konkret olaraq bu iki şəxs barədə rəyləri oxuyuram. Bunlar bir qədər həssas məsələlərdir. Birincisi, nəzərə almaq lazımdır ki, onların fəaliyyətinə qiymət vermək üçün həmin sahənin heç olmasa azacıq da olsa, mütəxəssisi olmaq lazımdır. Nəcməddin Sadıkov peşəkar hərbçidir, Qarabağ müharibəsində iştirak edib, ordu quruculuğunda iştirakı var. Bu müddət ərzində artıq ikinci Prezidentin dövrüdür ki, fəaliyyət göstərir. Elmar Məmmədyarov da peşəkar diplomatdır. O, nazir olana qədər XİN sistemində uzun müddət işləyib, bir neçə səfirlikdə fəaliyyət göstərib. Nazir olanadək Azərbaycanı İtaliyada təmsil edib”.

A.Mirzəzadə hesab edir ki, məsələyə bir qədər sakit və təmkinlə yanaşmaq lazımdır: “Əlbəttə, Azərbaycan vətəndaşı, bir azərbaycanlı kimi, mən çox istərdim ki, bütün məmurlarımız təmiz azərbaycanca danışaydılar və həm mətbuat, həm ictimaiyyət qarşısında çıxışlarını çox dolğun və məzmunlu Azərbaycan dili ilə ifadə edəydilər. Amma nəzərə alaq ki, Azərbaycan uzun müddət SSRİ-nin tərkibində olub və orada aparıcı dil rus dili olub. Mütəxəssislərimizin bir qismi bu və ya digər orta, həm ali məktəbi rus dilində bitiriblər. Onlar üçün çox yaxın olan bir dildən digər dilə keçmələri həddən artıq çətindir. Arzulanandır ki, məmurlarımızın hamısı Azərbaycan dilində çox təmiz, hamımızı qane edən səviyyədə danışsın. Yeni nəsil artıq buna doğru gedir. Təyin edilən nazirlərimizin, ayrı-ayrı məmurlarımızın Azərbaycan dilində təmiz danışığı bizə çox xoş gəlir. Amma bu gün ayrı-ayrı sahələrə hələ də sovet dövründə formalaşmış kadrlarımız rəhbərlik edir, Nəcməddin Sadıkovla Elmar Məmmədyarov da onlardandır”.

Deputat bir daha qeyd etdi ki, N.Sadıkovun Azərbaycan Ordusunun formalaşmasında xidmətləri var: “Bu qiyməti ona ulu öndərimiz Heydər Əliyev və indiki prezidentimiz cənab İlham Əliyev verib. Azərbaycan Ordusunda ən yüksək rütbələrdən biri general-polkovnik rütbəsinə yiyələnib. Onun fəaliyyətinə də ən düzgün qiyməti Ali Baş Komandan, ölkə Prezidenti verir. Bu gün o, Baş Qərargahın rəisidirsə, deməli, Ali Baş Komandan onun məhz o vəzifədə olmasını düzgün sayır. Azərbaycan Ordusunun zabitlərinin səyi nəticəsində bu gün dünyanın 50 ən güclü ordusu sırasında Azərbaycan Ordusu var. Məhz bu ordu Azərbaycan zabitlərinin Ali Baş Komandanın tapşırığını yerinə yetirməsi nəticəsində 2016-cı ilin möhtəşəm aprel qələbəsinə, sonradan Naxçıvanda Günnüt kəndinin azad edilməsinə nail oldu. İndinin özündə də cəbhə xəttində qətiyyəti, eyni zamanda Azərbaycan silahının qüdrətini məhz ordumuz göstərir. Yəni burada biz Azərbaycanın bütün zabitlərinin qiymətini verməliyik”.

Xarici siyasətimizə gəldikdə isə A.Mirzəzadənin fikrincə, bəziləri elə hesab edir ki, XİN rəhbəri təmiz azərbaycanca danışsa, Dağlıq Qarabağ problemi həll olunacaqdı, Azərbaycanın beynəlxalq səviyyədə heç bir problemi olmayacaqdı, eyni zamanda Azərbaycan bu gün istənilən məsələni ancaq Azərbaycan dilini təmiz bilən istənilən xarici işlər nazirinin vasitəsilə həll edəcəkdi: “XİN başçısının ilk növbədə Azərbaycanın milli maraqlarını, Azərbaycanın bu və ya digər məsələdə mövqeyini beynəlxalq birlikdə qoruması vacibdir. Biz XİN başçısından ilk növbədə bunu istəyirik. Əgər bu gün Azərbaycan Ermənistanla danışıqlarda qətiyyət göstərirsə, əgər Azərbaycan bu gün 2020-ci il üçün iki beynəlxalq təşkilatın - Türk Əməkdaşlıq Şurasının və Qoşulmayanlar Hərəkatının sədridirsə, əgər Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisinin xüsusi iclası çağırılırsa, deməli, XİN Prezidentimizin tapşırıqlarını yerinə yetirir. Burada xarici işlər nazirimizin də müəyyən qədər rolu var. Amma bununla belə, mən arzu edərdim ki, məmurlarımızın hamısı Azərbaycanca yaxşı danışsınlar, milli maraqlarımızı fəaliyyətlərində əsas götürsünlər və cəmiyyət onların fəaliyyətindən həmişə razı qalsın”.

Səslənən qınaq və ittihamlarla bağlı həm N.Sadıkovun, həm də E.Məmmədyarovun şəxsi fikirlərini almaq istərdik. Təəssüf ki, onlara əlimiz çatmır. XİN-in mətbuat xidmətinə bununla bağlı sual ünvanladıq və cavabını gözləməkdəyik.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Bu gün, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru