Ağdaşın icra başçısı da qara camaata qənim kəsilib... - İTTİHAM
Tarix: 4-01-2020, 12:14 | Çap et
65 yaşlı Mirbala Yolçuyev özü Oğuzun Qarabulaq kəndinin sakini olsa da, Ağdaşın icra başçısından narazıdır. DİA.AZ-ın məlumatına görə, narazı vətəndaş bildirir ki, Tofiq İbrahimov ona bir parça çörək qazanıb, ailəsini dolandırmağa imkan vermir.
Mirbala Yolçuyev 16 yaşından heyvandarlıqla məşğuldur, uzun illərdir Ağdaş ərazisindəki qış otlaq sahəsində sürü ilə xırdabuynuzlu heyvan saxlayır: “1971-ci ildən heyvandarlıqla dolanırıq. Bu illər ərzində qazancım yaratdığım təsərrüfat, bir də halal çörəyimdi. Buna da imkan versələr...”
Kənd sakini deyir ki, hazırda heyvan saxladığı örüş sahəsi kollektiv təsərrüfat dövründən qalıb. Kolxoz ləğv olunandan sonra 1996-cı ildə qardaşlarıyla birlikdə fermer təsərrüfatı yaradıb: “Püşkatma oldu, mənim püşkümə düşən ərazidə heyvandarlıqla məşğul olurduq. 2001-ci ildə Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamı ilə həmin ərazidən 200 hektar torpağı 15 illik icarəyə götürdüm. Bu müddətdə yenə işlədim, təsərrüfatımı böyütdüm. 2006-cı ildə Nazirlər Kabinetinin qərarıyla həmin torpağın sərəncamı Ağdaş Rayon İcra Hakimiyyətinə verildi”.
Fermerin sözlərinə görə, 2016-cı ildə icarə müddəti başa çatanda yeni müqavilə üçün Ağdaş Rayon İcra Hakimiyyətinə üz tutub. Etiraz etməyiblər, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktub göndərilib ki, həmin ərazini yenidən bu vətəndaşa vermək olarmı? Komitə əvvəlki sənədləri də araşdırıb, müsbət rəy verib: “2017-ci ildə sənədi alanda gördüm ki, uzun illərdir istifadə etdiyim yerlə indi mənə ayrılmış yer bir-birinə uyğun gəlmir. Mənim hərəkətlərimi məhdudlaşdırıblar. Qapının ağzından sərhəd qoyublar ki, burdan aşağı sənin ərazin deyil. Guya həmin ərazi qonşu Şəkili kəndinin bələdiyyəsinə aiddir. Mən təəccübləndim ki, bu necə ola bilər? Dərhal komitə ilə əlaqə saxladım, çağırdılar. Kadastr Mərkəzində Ramiz müəllimlə görüşdüm, mütəxəssisləri çağırdı, araşdırdı, gördü ki, məndə olan sənədlər başqadı, yeni sənədlə ayrılan ərazi başqa. Yəni yeni sənəd onların verdiyi rəyə uyğun işlənməyib. Qərar çıxarıldı ki, bu sənəd ləğv olunsun. Komitənin sədri Kərəm Həsənovun da qəbulunda olmuşdum. Göstəriş verdi, dedi ki, əməkdaşlar əraziyə ezam olunsun, yeni sənəd hazırlayıb gətirsinlər”.
M.Yolçuyev deyir ki, xeyli gözləyib, amma məsələ həllini tapmayıb. Bir neçə dəfə Ağdaşın icra başçısı Tofiq İbrahimovun qəbulunda olub. Onun sözlərinə görə, icra hakimiyyətində təklif ediblər ki, istifadəsində olan ərazinin bir hissəsini başqalarına versin. O da razılaşıb: “Axırda gəlib dirəşdilər ki, qapımın ağzından sərhəd qoysunlar. Deyirəm, ay kişi, mənim heyvanlarım gündə azı bir dəfə də olsa, suya getməlidir”.
Fermer problemin həlli üçün məhkəməyə üz tutub, icra başçısına qarşı iddia qaldırıb. İlyarımdır ki, bu iş Şəki İnzibati-İqtisadi Məhkəməsindədir, hələ yekun qərar çıxarılmayıb. Məhkəmə prosesi müvəqqəti dayandırılıb. Çünki 15 gün öncə hakim qərar çıxarıb ki, ekspertiza keçirilsin, mübahisəli ərazinin sxemi hazırlansın.
İcra başçısı 2018-ci ilin noyabrında və 2019-cu ilin noyabrında məhkəməyə məktublar göndərib. Bu məktubların hər ikisində eyni məsələdən söhbət getsə də, icra başçısı fərqli fikirlər yazıb. Məhkəmənin ekspertiza qərarında qoyulan suallardan biri də budur ki, icra başçısının hər iki məktubu və onlara əlavə olunan sxemlərin bir-birindən fərqi nədədir?
M.Yolçuyev bildirir ki, məhkəmənin nəticəsini gözləməyə icra başçısının səbri çatmır, qonşu kəndin sakinlərini ona qarşı qaldırır. Nəticədə əhali arasında gərginlik yaranır: “10-15 gün olar ki, mənim ərazimlə həmsərhəd olan qonşu kəndi mənə qarşı ayağa qaldırıblar. Deyirlər, sən oğuzlusan, Ağdaşa aid torpaq səndə olmalı deyil. Bu, nə deməkdir?! Dörd dəfə qarşıdurma baş verib. Gəlib heyvanlarımı aparırlar, oğlumu, yeznəmi döyüblər. Bütün bunlar da polislərin gözü qarşısında baş verir, heç bir tədbir görmürlər. Çünki hamısı quraşdırılmış oyundur. Dörd halın hamısında Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng eləmişəm. Əlim hər yerdən üzüldü, dekabrın 27-də təcili Bakıya gəldim ki, mərkəzi icra orqanlarına rayondakı biabırçılığı çatdırım. Deyim ki, icra başçısı insanların problemini həll eləməkdən əhali arasında gərginlik yaradır. İqtisadiyyat Nazirliyinə getdim, Prezident Administrasiyasında oldum. Elə mən Bakıya gedəndə yolda xəbər verdilər ki, yenə bir qrup adam gəlib oğlumu döyüb, yaralayıb. Mən Bakıda şikayət edəndən sonra icra hakimiyyəti ilə əlaqə saxladılar. Bundan sonra nisbətən sakitlik yarandı”.
Fermer bütün bu baş verənlərə görə şəxsən icra başçısını ittiham edir. Deyir ki, əgər bu cür insidentlərin ağır nəticəsi olsa, buna görə məsuliyyət T.İbrahimovun üzərindədir. Ona görə də bəri başdan prezidentə üz tutub deyir: “Cənab prezident, sizdən xahiş edirəm, sadə kənd adamlarına kömək edin. Məmurlara başa salın, imkan versinlər, ailəmizi dolandıraq. Vəzifəli şəxslərin borcu odur ki, əhali arasında gərginlik yaratmasınlar. Amma özləri gərginlik yaradırlar. Mən qanunların tərəfindəyəm. Qan tökülsə, məsuliyyəti icra başçısı daşıyacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|