Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif Azərbaycan dili dərsliyində də mövcuddur. dia-az.life xəbər verir ki, unikal.org-un araşdırmasına görə, 4-ci sinif Azərbaycan dili dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib. Belə ki, dəsrlikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar. Həmin faktı görüntü ilə sizlərə təqdim edirik. Qeyd edək ki, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.