Eldar Mahmudovla bankir qudası Beynəlxalq Bankın milyonlarını ofşorda saxlayır
Tarix: 26-05-2017, 09:35 | Çap et
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovla onun qudası, hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin fəaliyyəti ümumilikdə ölkənin bank sektorunun çöküş durumuna gətirib. ABB 3.3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə mayın 11-də Nyu-York məhkəməsinə müraciət edib. Azərbaycandakı kapitalın 1/3-nə nəzarət edən ABB iflas etməyəcək qədər böyüyüb və elə 2015-ci ildə hökumətin banka nəzarəti ələ alması da bu faktı sərgiləmiş oldu.
Hazırda hökumət bankın 80%-nə nəzarət edir. ABB-nin 908 milyon dollarlıq ödənməmiş borcu var və Dublində yerləşən “Rubrika Finance Company Ltd.”yə 100 milyon dollarlıq borcun ödənişi gecikir. APA xəbər verir ki, Nyu-York məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı» ASC-nin (ABB) müraciəti əsasında onun aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib. Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərara əsasən, xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar onların aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.
ABB borc bataqlığında çabaladığı bir vaxtda, ölkənin ən böyük bankını bu həddə gətirən qudaların ofşorlarda milyardlarla pulu “yatmaqda”dır. ABB-də baş verənlərlə bağlı mətbuata açıqlamalarından birində deputat Zahid Oruc konkret rəqəm də söyləmişdi.
Deputatın açıqlamasından sitat: “Beynəlxalq Bank və Milli Təhlükəsizlik Nazirliyi xətti ilə ən azı 10 milyard manatdan artıq pul kütləsinin dövriyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. Əksər hissəsinin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı 2 hakimiyyət qurumunun dövlətə neçə böyük zərbə vura biləcəyini təsdiq edir”.
Deputatın açıqlamasından da aydın olur ki, ölkədən milyardlarla pul çıxarılıb və ofşorlarda gizlədilib.
C.Hacıyev həbs ediləndən sonra belə məlumatlar vardı ki, qudası E.Mahmudovun ölkədən çıxışına qoyulan qadağa götürülüb. Hüquq-mühafizə orqanlarının E.Mahmudova münasibətdə bu addımı atmasının kökündə onun xaricə gedərək ofşorlarda gizlədilən pulların geriyə - ölkəyə qaytaracağının dayandığı bildirilirdi. Ötən müddət isə göstərdi ki, E.Mahmudovun, onun qudasının büdcəyə pul qaytarmaq fikirləri yoxdur. Bu C.Hacıyevin həbsdən vəkili vasitəsi ilə ictimailəşdirdiyi çıxışlarından da açıq-aydın sezilir.
Hazırda ABB-nin çöküşü təkcə Azərbaycanda deyil, dünyanın ən müxtəlif maliyyə mərkəzlərində, Londonda da aktiv şəkildə müzakirə edilməkdədir. Beynəlxalq investorlar böyük həyəcanla bankın və onunla bərabər investisiyalarının da batmasını izləməkdədirlər. Onlarla bərabər Londonda prosesləri izləyən, ABB-yə həyat yoldaşı vasitəsilə birbaşa aidiyyəti olan Zamirə Hacıyeva da var. Ötən ilin bu günlərində məlum olmuşdu ki, Zamirə Hacıyevanın barəsində məhkəmə həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verib. Lakin Z.Hacıyeva qərardan əvvəl ölkədən gedə bilmişdi. Məhkəmə qərarından isə məlum olurdu ki, Z.Hacıyeva ABB-yə ərinin portmanatı kimi baxırmış və istədiyi vaxt istədiyi məbləğdə pulu bankdan çıxarıb xərcləyə bilirmiş.
Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham bu gün qüvvəsindədir. Qərardan belə anlaşılır ki, Z.Hacıyeva əri Cahangir Hacıyevin ABB-ni talamasında iştirak edib. Məhkəmə qərarına əsasən, Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa qədər bankdan 10 ədəd plastik kart vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında heç bir zəruri sənəd və girov təqdim etmədən çıxarıblar. C.Hacıyevin həyat yoldaşı göstərilən müddət ərzində həmin plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan cəmi 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb. Bu pullar C.Hacıyevin yoldaşı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib. Bu faktlar bir daha göstərir ki, Cahangi Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi pul kassaları kimi baxıb. Bu, uzun illər davam edib və nəzarətsizlik son nəticədə öz sözünü deyib. ABB batır, C.Hacıyev həbsdə yatır. Ölkə isə böyük bir maliyyə krizinin astanasındadır. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|