"Əəə, krediti niyə ödəmirsən..." - "Bank of Baku"nun işçiləri qoçuluq edir
Tarix: 25-03-2017, 09:39 |
Çap et
Azərbaycanda banklardan şikayətlər hər keçən gün daha da artır.
Bu dəfə jurnalist Əziz Əlibəyli şikayətini dilə gətirib.
AZXEBER.COM-un məlumatına görə, o "Bank of Baku"nun əməkdaşının hərəkətindən əsəbiləşib: "BankOfBaku"nun işçisi zəng edib ki, "Əəə, krediti niyə ödəmirsən, gecikib". Bu adama başa sala bilmədim ki, müştəriyəm, "Ə" deyiləm, axırda əsəblərimi cilovlaya bilmədim, dedim ki, o 5 min var idi, e yoxa çıxan, adını demirəm, elə osan ki, osan"
Jurnalist daha sonra qeyd edib ki, bank işçisi onu söhbətə çağırıb: "Sonunda qərara gəldik ki, bankla olan hüquqi münasibətləri küçə tərzi ilə söhbətdə həll edək. Məni davaya çağırır. Bu barədə Bankın qaynar xəttinə də zəng etmişəm, cavab yoxdur"