“Dəmir Bank” ASC-nin filial sədrinin kredit fırıldaqları... - İTTİHAM VAR
Tarix: 11-01-2017, 08:37 | Çap et
Azərbaycan banklarının müştəriləri ilə münasibətlərdə qanuna zidd əməlləri barədə KİV-də kifayət qədər məlumatlar yayılmaqdadır. Ancaq “Dəmir Bank” ASC-nin Nərimanov filialı sədrinin aşağıda bəhs etdiyim “kredit əməliyyatı”nın yəqin ki, analoqu yoxdur.
Beləliklə...Müştəri Vəliyeva Tahirə Calal qızı “Dəmir Bank” ASC-nin Nərimanov filialından bir ildən az bir müddətdə-2014-cü ilin aprel ayından 2015-ci ilin fevral ayının 20-i daxil olmaqla-üç dəfə biznes krediti götürmüşdür: birinci dəfə 2014-cü ilin aprel ayında 5000 AZN, ikinci dəfə 30.10.2014-cü il tarixdə 18 ay müddətinə 9000 ABŞ dolları, üçüncü dəfə-20.02.2015-ci ildə 36 ay müddətinə 19000 ABŞ dolları məbləğində.
Birinci dəfə səlahiyyətli nümayəndəsi olduğum Ş.T.Əliyeva T.C.Vəliyevanın 5000 AZN məbləğində götürdüyü kreditə rəsmi şəkildə zamin durmüşdur. 30.10.2014-cü ildə Tahirə xanım ona telefon açaraq deyib ki, bankın əməkdaşı Orxan adlı şəxsin sözlərinə görə bankda kompaniya var və mənə yaxşı müştəri kimi daha artıq məbləğdə kredit verə bilərlər. Ona görə də banka gəl və yeni müqaviləni imzala. Bu zaman Tahirə xanım hansı məbləğdən söhbət getdiyi haqda ona heç nə deməyib. Ş.T.Əliyeva banka gələndə söhbətin 9000 dollardan getdiyini öyrənib və deyib ki, özü başqa banklardan pul götürüb və buna görə də, zamin durmaqdan imtina edib. Bunu görən Orxan Ş.T.Əliyeva ilə mübahisə edib. Belə olduqda Tahirə xanım deyib ki, narahat olma, mən 9000 dollar alıb indicə, sənin yanında 5000 manatını bankın kassasına ödəyəcəyəm. O vaxtkı məzənnə ilə yerdə qalır iki min manat. Bundan sonra Ş.T.Əliyeva razılaşıb və Tahirə xanımın “Dəmir Bank”ın Nərimanov filialından 290007267 saylı Kredit müqaviləsinə əsasən aldığı 9000 (doqquz min) USD məbləğində kreditə görə, həmin tarixli 290007267/ZM saylı Zaminlik müqaviləsi ilə rəsmi şəkildə zamin durub.
20.02.2015-ci ildə Tahirə xanım Ş.T.Əliyevaya telefon açaraq deyib ki, indi aşkar olunub ki, güya o, 30.10.2014-cü ildə bağlanmış Zaminlik müqaviləsində yaddan çıxıb bir neçə yerdə imza qoymayıb və təcili imzanı qoymaq lazımdır. (Zaminlik müqaviləsinin surəti Ş.T.Əliyevaya verilmədiyindən o, Tahirə xanımının yalanına inananıb). Ş.T.Əliyeva işdə olduğunu bildirib və deyib ki, başqa vaxt icazə alıb gəlib baxaram. Tahirə xanım isə deyib ki, bankın əməkdaşı Orxan adlı şəxs mütləq bu gün imzalamalı olduğunu deyir. Ona görə də, biz taksi ilə gələk və sən tez düşüb imzala. Bir müddət sonra Tahirə xanım Ş.T.Əliyevanın iş yerinin yanında taksidə onu gözlədiklərini deyib. Ş.T.Əliyeva tələsik taksiyə yaxınlaşıb və Tahirə xanıma inanaraq onun, Orxanın və digər zaminin yanında Orxanın ona verdiyi sənədi oxumadan imzalayıb tez işə qayıdıb. Ş.T.Əliyeva, Tahirə xanım və ikinci zamin Qasımov Mehman Salman oğlu Ş.T.Əliyevanın Zaminlik müqaviləsini bankdan kənarda, taksidə imzaladığını müvafiq Bildirişlərdə yazılı şəkildə təsdiq etmişlər. Qeyd edim ki, Zaminlik müqaviləsin surəti yenə də, Ş.T.Əliyevaya verilməyib və bu müqavilədə 19000 dolların yazıldığını bilməyib. Ş.T.Əliyeva bu haqda məlumatı Tahirə xanımın ödəniş etmədiyinə dair bankdan ona edilən zəngdən sonra alıb. Sonradan aydın olub ki, Ş.T.Əliyevanın xəbəri, razılığı və iştirakı olmadan bankın əməkdaşı Orxan Tahirə xanımla əlbir olaraq onun 30.10.2014-cü ildə imzaladığı Zaminlik müqaviləsinin tarixini dəyişərək qəsdən saxtalaşdırmış, güya Vəliyeva Tahirə Calal qızına “Dəmir Bank”ın Nərimanov filialından 20.02.2015-ci ildə, 290009750 saylı müqavilə üzrə verilmiş 19000 (on doqquz min) USD məbləğində kreditə Zamin durduğuna dair qabaqcadan saxta Zaminlik müqaviləsi hazırlamışdır. Bu saxta sənədi Ş.T.Əliyevanın təcili olaraq imzalamalı olduğunu və tələsik taksi ilə gəldiklərinin səbəbi də bu idi ki, o,vaxt darlığından, bu şəxslərə inanaraq müqaviləni oxuya bilməsin, orada hansı məbləğin yazıldığını görməsin və saxta sənədi bankdan kənarda imzalasın. Zaminlik müqaviləsində ünvanın tam göstərilməməsi, qeyd edilən 12-375-12-35 nömrəli əlaqə telefonunun heç vaxt Ş.T.Əliyevaya aid olmaması bir daha göstərir ki, bu müqavilə onun razılığı, xəbəri və iştirakı olmadan hazırlanmışdır və saxtadır. Mən, bu saxta müqavilənin aldadılaraq, təcili olaraq Ş.T.Əliyevaya Azərbaycan manatının 2015-ci il fevral ayının 21-də məruz qaldığı kəskin devalvasiyadan bir gün qabaq (!?) imzalatdırıldığına diqqətinizi çəkmək istəyirəm.
Mən səlahiyyətli nümayəndə kimi qeyd edilən müqavilə üzrə ikinci zamin Qasımov Mehman Salman oğlu ilə görüşdüm və onun hansı şərtlər daxilində Zaminlik müqaviləsini imzaladığını soruşdum. Onun cavabı fantastik nağılları xatırladır! Onun dediyinə gərə Tahirə xanım ona zəng edərək zamin durmasını xahiş edib və təcili olaraq banka gəlməsini istəyib. M.S.Qasımov isə uzaqda olduğundan təcili gələ bilməyəcəyini söyləyib. Belə olduqda Tahirə xanın Zaminlik müqaviləsinin hazırlanması üçün şəxsiyyət vəsiqəsinin surətinin WhatsApp vasitəsilə ona göndərilməsini xahiş edib və M.S.Qasımov onun istəyini yerinə yetirb. M.S.Qasımov banka gələndə Tahirə xanımın yanında tanımadığı bir şəxsin olduğunu görüb. Ona bir sənəd verdiklərini və imzalatdırdıqlarını deyib. Bu zaman ondan işləyib-işləmədiyi haqda heç nə soruşmayıblar, heç bir sənəd istəməyiblər, hətta qaçqın olduğunu belə nəzərə almayıblar! İndiki zamanda bu qədər qanun pozuntusuna dələduzluqdan başqa nə ad vermək olar?
“Dəmir Bank”ın Nərimanov filialının əməkdaşı Orxanın qanun pozuntusuna yol verdiyi yuxarıda qeyd edilənlərlə bitmir. Məsələ ondadır ki, bankın əməkdaşı “Dəmir Bank”ın Nərimanov filialından 30.10.2014-cü il tarixli 290007267 saylı Kredit müqaviləsinə əsasən Tahirə xanıma verilmiş 9000 (doqquz min) USD məbləğində kreditə görə həmin tarixli və nömrəli Girov Müqaviləsi tərtib etmişdir. Bu Girov Müqaviləsində güya girovla təmin edilmiş predmet kimi, Tahirə xanıma məxsus dəyəri 4000 dollar olan TV, soyuducu, kondisioner, meb (?) və 10000 dollar dəyərində olan 0 (sıfr) sayda qadın geyimləri (bu geyimlərin hansı ünvanda olduğu qeyd edilmir!?) göstərilmişdir. Ancaq qanunvericiliyinin ziddinə olaraq əmlakın qiymətləndirmə aktı tərtib edilməmişdir?!
20.02.2015-ci ildə, 290009750 saylı müqavilə üzrə verilmiş 19000 (on doqquz min) USD məbləğində kredit üzrə tərtib edilmiş, həmin tarixli və nömrəli Girov Müqaviləsində, güya girovla təmin edilmiş pretmet kimi, Tahirə xanıma məxsus dəyəri bu dəfə 6000 dollar olan TV, soyuducu, kondisioner, pal(?) və 23000 dollar dəyərində olan 0 (sıfr) sayda biznes əmtəəsi (bu əmtəələrin də hansı ünvanda olduğu qeyd edilmir!?) göstərilmişdir. Ancaq bu müqavilə üzrə də, əmlakın qiymətləndirmə aktı tərtib edilməmişdir?!
Qeyd edilən Girov müqavilələri ilə tanışlıq göstərir ki, onların maddələrinin çoxunun məzmunu Kredit müqavilələrinə, girov predmetlərinə nəzərən düzgün tərtib edilməmişdir, şablon xarakteri daşıyır, bank Kreditor/Girov Saxlayan qismində üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
“Sizin Girov Müqavilələrində göstərilən məbləğdə daşınar pretmetləriniz və biznes əmtəələriniz olubmu, bankın əməkdaşları onlara baxış keçirmi?” sualına Tahirə xanım cavab verib ki, yalnız bir dəfə-5000 AZN məbləğində kredit götürəndə, bankın əməkdaşları icarəyə götürdüyüm dükana gəlib onun ölçüsünü aparıblar. İkinci və üçüncü müqavilələr üzrə Girov Müqaviləsi tərtib edilərkən bank əməkdaşlarından heç kim nə mənim yaşadığım mənzilə, nə də dükanıma gəlməyib! Girov Müqaviləsi hazırlayarkən bankın əməkdaşı Orxanın bu dərəcədə saxtakarlıq etməsi və bankın müdiri Fəxri Əmircanovun buna göz yumması yalnız heyrət doğurur!
Təbiidir ki, bank heç bir girov müqaviləsi tərtib etmədən, zaminlərsiz, öz risqi hesabına müştəriyə istənilən məbləğdə kredir verə bilər, bu onun öz işidir. Ancaq burada söhbət saxta Girov müqaviləsinin tərtib edilməsi, etibardan sui istifadə edərək saxta Zaminlik müqaviləsinin hazırlanması yolu ilə külli miqdarda vəsaitin mənimsənilməsindən gedir.
Kim inana bilər ki, müvafiq girovla qətiyyən təmin edilməyən, zaminlərindən biri qaçqın, o birinin isə digər banklar qarşısında külli miqdarda pul öhdəliyi olan Kredit müqaviləsi üzrə müştəriyə elə-belə 19000 min dollar verilib!? Burada qanunla cəzalandırılacaq hərəkətlərə yol verildiyi aydın görünmürmü? Müştəri Vəliyeva Tahirə Calal qızı da bankdan aldığı hər üç kredit üzrə bankın əmkdaşı Orxana rüşvət verdiyini etiraf edir.
Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Orxan və Tahirə xanım Ş.T.Əliyevanın etibarından sui istifadə edərək onu aldatmışlar. Etibardan sui istifadə edilməsi isə dələduzluqdur və cinayət məsuliyyəti doğurur. Bundan başqa, bankın əməkdaşı Orxan vəzifə səlahiyyətlərini aşmış, vəzifəsindən sui istifadə etmiş və saxta sənədlər tərtib edərək bankdan küllü miqdarda vəsaitin çıxarılmasına şərait yaratmışdır. Bu isə korrupsiya əməlidir. “Dəmir Bank” ASC-nin Nərimanov filialın müdiri Əmircanov Fəxri Əli oğlu isə bu işdə Orxanla əlbir olmuş, kifayət qədər əsaslandırılmamış Kredit müqavilələrini təsdiq edərək işçisinin qanun pozuntusu törətməsinə imkan yaratmışdır. Bank işçilərinin saxta sənədlər əsasında, hansısa maraqları çərçivəsində bankdan külli miqdarda pul çıxarılmasına imkan yaratmaları yəqin ki, müəyyən hüquqi məsuliyyət törədir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, “Dəmir Bank” ASC-nin Nərimanov filialının işçiləri, başda onun sədri Əmircanov Fəxri Əli oğlu olmaqla, müştəri Vəliyeva Tahirə Calal qızına biznes krediti verərkən qanuna zidd əməllər (etibardan sui istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və vəzifəsindən sui istifadə etmə, rüşvət alma) törətmişlər. Mən Ş.T.Əliyevanın səlahiyyətli nümayəndəsi kimi bu əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara, müvafiq qaydada müraciət edəcəyəm.
Teyyub Qənioğlu
Redaksiyanın qeydi: Qarşı tərəfə də cavab haqqı tanıyırıq və fikirlərini olduğu kimi oxuculara təqdim etməyə hazır olduğumuzu bəri başdan bəyan edirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|