620 min manatlıq rüşvət müəmması - İDDİA
Tarix: 15-11-2016, 09:48 | Çap et
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov həmkarları ilə müqayisədə mətbu gündəmi zəbt edənlərdəndir. Rektor vəzifəsinin icrasına başladığı uzun müddət olmasa da (05.03.2014) onun fəaliyyəti haqqında kifayət qədər ziddiyyətli məlumatlar yazılmaqdadır. Bu yazılarda cənab Muradovun formalaşdırmağa cəhd etdiyi yarıtmaz idarəçilikdən, tədris prosesindəki qüsurlardan, rüşvətin tüğyan etməsindən və s. bəhs olunur. Maraqlıdır ki, nə universitet tərəfindən, nə də şəxsən Ədalət müəllim tərəfindən bu kimi faktlara cavab verilmir. Bu faktor isə həm də yazılanların doğruluğunu stimullaşdıran amil sayıla bilər...
Məramı bəlli olmayan xarici turlar
Ötən həftə ABŞ-ın, əsasən, elmi məlumatlar dərc edən «USNews&Worldreport» qəzeti dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqladı. Siyahıda 1000 universitet sırasında qonşu ölkələrin-Türkiyə, Rusiya, İran və hətta Gürcüstanın da bir universitetinin adı var... Azərbaycandan isə heç bir ali təhsil ocağı bu sırada yer almayıb. Nə qədər təəssüfdoğurucu olsa da, təəccüblü deyil.
Bu faktı təsadüfən yada salmadım. ADİU-nin rektoru Ədalət Muradovun fəaliyyətində diqqət çəkən faktlardan biri də onun və universitet rəhbərliyində təmsil olunanların xaricə silsilə səfərləridir. Hörmətli rektorun bu iki ildə Cənubi Koreyadan tutmuş Amerika Birləşmiş Ştatlarına (ABŞ) qədər səfər etmədiyi ölkə demək olar ki, qalmayıb. Komanda üzvləri də eləcə. Ədalət müəllim son iki ildə ABŞ-a iki dəfə səfərdə olub. Şübhəsiz ki, bu səfərlər universitetin büdcəsindən maliyyələşir. Həm də az olmayan məbləğdə. Olsun, belə qəbul edək ki, bu səfərlər universitetin maraqlarına hesablanıb. Amma,.. xeberinfo.com-a bu səfərlərin bəzi gizlinləri haqqında kifayət qədər ciddi sayıla biləcək məlumatlar daxil olub... Bu haqda qarşıdakı günlərdə yazacağıq. Hələlik isə yerində verilən bir-iki sual: qısa müddətdə bunca xarici səfərlərin nəticəsi nə? Hansı uğura imza atılıb? Və s.
Beynəlxalq Tempus layihəsi çərçivəsində ADİU-nun koordinator qismində qalib gəldiyi cavab ola bilər. Olsun, amma unutmayaq ki, bu layihəyə 2013-cü ildən start verilib. Başqa sözlə, bu uğur universitetin indiki deyil, əvvəlki rəhbərliyinin adına yazılmalıdır... 620 min manatlıq rüşvət müəmması Xatırlayırsınızsa, bu ilin iyulunda ADİU-də 620 min manatlıq rüşvətlə bağlı məlumat yayıldı: “universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADİU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.
ADİU - da 620 min manatlıq rüşvət müəmması və məqamı bəlli olmayan xarici turlar
Ədalət Muradovun idarəçilik prinsipi: Reklam, Reklam yenə də Reklam!
İşdən çıxarılanlar arasında Universitetin ümumi işlər üzrə sabiq prorektoru Elçin Əliyev, Tədris-Metodiki Mərkəzinin “Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin indiki prorektoru Şaiq Əsgərovun yaxınları da var. İşdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur. Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir”. Bu hadisədən 4 aya yaxın vaxt keçir. O vaxt deyildiyi kimi, əgər araşdırma aparılıbsa, nəticə nədir və nə üçün mətbuata açıqlanmır? Yox, əgər araşdırma aparılmayıbsa, nə üçün? Niyə hörmətli rektor Azərbaycan oxucusuna verdiyi sözü tutmayıb? Bu haqda da xeberinfo.com-a maraqlı məlumatlar daxil olub. Məlumata görə bu hadisənin Ədalət Muradovun Cənubi Koreyada səfərdə olarkən baş verməsi heç də təsadüf olmayıb(?) Hadisə iştirakçıları sadəcə “mühüm tapşırığ”ı icra ediblər... Prosesin uğursuz nəticələnməsinin səbəbi isə tələbələrdən birinin yüksək rütbəli zabit atasının yuxarı dairələrə şikayəti olub.... və 9 müəllim “qurbanlıq” olub. (Hadisənin detalları ilə bağlı qarşıdakı günlərdə yazacağıq.) Bu olayda adı hallanan Elçin Əliyev o zaman “Mülkü müdafiə” kafedrasına rəhbərlik edirmiş. Özü də rektora yaxınlığı ilə seçilib. Hətta bu gün də onların isti münasibətlərinin olduğu deyilir... Rektorun hər ay Elçin Əliyevə “salamlar” göndərməsi də verilən məlumatlar sırasındadır.
Reklam, Reklam, yenə də Reklam
Ədalət Muradovun fəaliyyəti ilə bağlı xüsusi ilə diqqəti çəkən faktlardan biri də reklam işi ilə bağlıdır. Söhbət ADİU-də tədrisdəki hansısa uğurun yerli və xarici dairələrdə reklamından getmir. Olmayan hansısa əməlin, ən yaxşı halda isə reallaşdırılması nəzərdə tutulan hansısa layihənin gurultulu reklamı Ədalət müəllimin idarəçiliyində əsas meyardır. Həm də elə ustalıqla ki, adam bu dərəcədə peşəkar reklamçılığa qibtə etməli olur. Əsası ümumilli lider tərəfindən qoyulmuş bu təhsil ocağının adının dyişdirilib UNEC adlandırılmasına cəhd etmək, jurnalistlərin iştirakı ilə imtahan keçirmək, “Tək pencərə” təcrübəsi və s. Bütün bunlar reklam işinin kiçik bir qismidir. Təəssüf ki, bəzi tanınmış təhsil ekspertləri, media orqanları da bu reklam işində aparıcı vasitələrə çevriliblər. Hörmətli təhsil ekspertləri bu universitetdə olmayan uğurlardan həvəslə danışırlar. Hətta o dərəcədə ki, ADİU-ni tanımayanlar Azərbaycanda ikinci Harvard Universitetinin varlığını xəyal edərlər. Mənbəmiz bu təhsil ekspertlərinin fəallığının da təsadüf olmadığını bildirir... Hələlik bu qədər. Qarşıdakı günlərdə aşağıdakı suallara aydınlıq gətirməyə çalışacağıq: Professor elmi dərəcə müdafiəsində çıxışı zamanı hansı siyasi səhvi buraxıb? ADİU-də tətbiq olunan differensial əmək haqqı nə dərəcədə qanunauyğundur? Bu əmək haqqı hansı prinsiplərlə və kimlərə tətbiq olunur? Məşhur FETÖ şəbəkəsinə bağlılığda kimlərin adı hallanır? Rektor kadr seçimində hansı prinsiplərə üstünlük verir? ADİU-nin baş kassiri Nəsimi İsmayılova tanınan xüsusi imtiyazın gizlinləri... Və s.
Qarşı tərəfi də dinləməyə hazırıq. Xeberinfo.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|