Havalar soyudu, fırıldağın da sezonu gəldi... - İTTİHAM VAR
Tarix: 25-10-2016, 10:22 | Çap et
Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan az sayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri hamıya gün kimi aydındır. Həmin firmaların sırasında «Femina» xəz-dəri qalereyasının adı öndə çəkilməkdədir. Təbii ki, bu səbəbsiz deyil. Belə ki, buradan xəz-dəri alan müştərilər bir müddət sonra narazılıq etməyə başlayırlar. Çünki firmanın vətəndaşlara təqdim etdiyi malların əksəriyyəti keyfiyyətsizdir. Sözügedən firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər.
Tələbləri də budur ki, dəymiş zərər ödənilsin. “Femina»nın sahibi isə o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış «birka»sı göz çıxarır. Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 5500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 5500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. Maraqlıdır, Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır?
Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır. «Femina» müştərilərinin bir qismini «Sədərək»də aldatsa da, bir qismini də filialı olan «Monika» mağazasında ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, «Monika»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır. Məlumat üçün deyək ki, «Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Deyilənə görə, böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev məcburi köçkün statusundan yararlanaraq müavinət belə alır: «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək orada yaşayır».
Məlumata görə, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır: «Burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. «Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar.
Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır». «Femina»nın sahibi Salman Mirzalıyev istehlakçıların hüquqlarını pozması azmış kimi, dövlət büdcəsinə də ziyan vurur. İddialara görə, iş adamına məxsus qalereyanın vergi hesabatı düzgün aparılmır və gəlir az göstərilməklə dövlətə cüzi miqdarda vergi keçirilir. Başqa sözlə desək, il ərzində külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılır. Fikrimizcə, bu, araşdırılması vacib olan faktdır. Odur ki, Vergilər Nazirliyinin məsul şəxsləri dərhal «Femina»da vergi yoxlamalarına başlamalı və külli miqdarda vəsaiti büdcədən yayındıran Salman Mirzalıyeva qarşı cəza tədbirləri görülməlidir. Araşdırmalarımız isə davam edir. Qarşı tərəfi də dinləyə bilərik.
dia-az.life
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|