Deputat borclu olduğu iş icraçısını ölümlə hədələyir? - ŞOK iddialar
Tarix: 5-10-2016, 09:11 | Çap et
41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilov villasında işlətdiyi ustaların pulunu vermir. Bu azmış kimi ustalara briqadirlik etmiş Laçın rayonundan məcburi köçkün Zülfüqar Əliyevi yox etməklə hədələyir.
Bu barədə oktyabrın 3-də “Yeni Müsavat”ın redaksiyasına gələn Zülfüqar Əliyev məlumat verib. Başına gələnləri əməkdaşımıza danışan və ictimailəşməsini istəyən üç uşaq atası Zülfüqar Əliyev bildirdi ki, 2013-cü ildə Mirzəcan Xəlilovla Novxanıdakı villasının fasadının təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub. Materialların alınması, daşınması xərcləri və işçilərin zəhmət haqqı ümumilikdə 185 min manat dəyərləndirilib. Zülfüqar Əliyev və briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti işə başlayıb. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. 2014-cü ilin may ayından isə Mirzəcan Xəlilovla Zülfüqar Əliyev arasında problemlər meydana gəlib.
Zülfüqar Əliyev münaqişənin yaranmasının səbəblərini belə izah etdi: “Materialların qiymətləri getdikcə bahalaşdığı və ortaya görüləsi əlavə işlər çıxdığından bəlli oldu ki, 185 min manata işi sona çatdırmağa bəs etməyəcək. Hesabladıq ki, 55 min manat da materiallar və işçilərin zəhmət haqqı üçün lazımdır. Villa elə-belə villa deyil, qiyməti bir neçə milyon olan böyük saraydır. Təkcə fasadının daşla üzlənməsinə bu qədər vəsaitin sərf olunduğu villanın necə olduğunu hər halda təsəvvür edirsiniz. Biz hesablayıb artımı Mirzəcan müəllimə deyəndə, çox sərt reaksiya verdi və bildirdi ki, bir manat da verməyəcək. Mirzəcan müəllim əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəmədi. Əvvəldən razılaşdığımız 185 min manatın 25 min manatını vermədi. Biz də məcbur olduq işi dayandırdıq. Həm materialları aldığım adamlara, həm də usta və fəhlələrə borclu qaldım. Məcbur olub cibimdən, ordan-burdan borc alıb ustaların pulunu verməli oldum. İndi özüm qalmışam borclu. Üzlük daş və digər materiallar aldığımız bir neçə sexə də borc hələ qalır. Mirzəcan Xəlilovun villası üçün aldığım materialların pulunu vermir ki, aparıb ödəyim. Onun mənə ümumilikdə 55 min manat borcu var. Hələ də ödəməkdən imtina edir”.
Zülfüqar Əliyevin sözlərinə görə, Mirzəcan Xəlilovdan pulu tələb edəndə onu hədələyib: “Mənə dedi ki, 150 min manat xərc çəkib səni tutduracağam, başına oyun gətirdəcəyəm. Mən bundan sonra onun yanına üç dəfə ağsaqqal göndərdim ki, məsələ dinc yolla həllini tapsın. Ağsaqqal birinci dəfə gedəndə Mirzəcan Xəlilov demişdi ki, üzlük daşları aldıqları sexin pulunu verərəm. İkinci dəfə gedəndə isə bildirmişdi ki, Zülfüqar sexin pulunu cibindən verməyəydi, mən Zülfüqara pul verəsi deyiləm. Üçüncü dəfə isə demişdi ki, bir də qapıma bu məsələ ilə bağlı kim gəlsə, tutduracağam.
Bundan bir sıra yüksək dövlət orqanlarına rəsmi ərizə ilə müraciət etdim. Mirzəcan Xəlilov vəzifəsindən və maddi imkanından istifadə edir, hara ərizə yazıramsa baxılmasına mane olur. Mirzəcan Xəlilov borcunu ödəmək əvəzinə məni həbs etdirmək üçün 5 may 2016-cı ildə məhkəməyə də şikayət edib. Mən prezidentə şikayət ünvanlamışdım. Mirzəcan Xəlilov bundan qəzəblənib, Abşeron Rayon Məhkəməsinə həbs olunmağım tələbi ilə şikayət verib. Guya onun şərəf və ləyaqətini təhqir eləmişəm. Şikayətində məni ondan 35 min manat alıb işi yarımçıq qoyub qaçmaqda şərləyirdi və həbsimi tələb edirdi. Məhkəmə oldu və mən ondan iş üçün 160 min manat aldığımı və son qəpiyinə qədər işə xərcləndiyini sübuta yetirdim. Bildirdim ki, Mirzəcan müəllim mən işi dayandırdıqdan sonra işləyən ustaya 15 min manat veribsə, bu, mənlik deyil. Məhkəmə günahkar olmadığımdan xüsusi ittiham qaydasında şikayət üzrə icraata iyunun 29-da xitam verdi. Bundan sonra Mirzəcan Xəlilov Ağdam Rayon Məhkəməsinə şikayət verib. Bu dəfə də mənə qarşı eyni şərləmələr iddiada əksini tapır və bu dəfə həbsimi yox, 100 min manat təzminat ödəməyim barədə qərar çıxarılmasını istəyir. Hazırda iş Ağdam məhkəməsindədir. Əslində Mirzəcan Xəlilovun məqsədi odur ki, məni qorxutsun və ondan borcunu ödəməsini tələb etməyim.
Mən burdan Azərbaycanın baş prokuroruna, daxili işlər nazirinə müraciət edirəm ki, cibində deputat mandatı daşıyan Mirzəcan Xəlilovun mənə olan borcunu ödəməsi, məni hədələməkdən əl çəkməsi üçün qanun çərçivəsində tədbirlər görülsün. Mirzəcan Xəlilov deputat olduğunu və heç kimdən, heç nədən qorxmadığını deyir, məni yox elətdirməklə hədələyib. Həyatıma təhlükə var. Xahiş edirəm, təhlükəsizliyimi təmin edin". “Yeni Müsavat” Mirzəcan Xəlilovla bağlı kiçik bir araşdırma aparıb. Nəticədə ortaya ilginc faktlar çıxıb.
1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb. YAP-ın namizədlər siyahısına adı daxil edilməyib.
2015-ci il parlament seçkilərində də M.Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. M.Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.
M.Xəlilovun dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməsi isə deputatlıqdan xeyli əvvəllərə gedib çıxır. “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 6 ildə bu ASC milyonlarla manatlıq tenderlərin “qalibi” olub.
İlkin araşdırma nəticəsində o da məlum olub ki, M.Xəlilov təkcə villasının fasadında işləyənlərin deyil, villanın içində işləmiş ustanın da pulunu kəsibmiş. Araşdırmamız zamanı bir il öncə - 2015-ci il oktyabrın 8-də bir neçə internet portalında bu barədə vətəndaş şikayətlərinin yazıldığı ortaya çıxdı. Məsələn, bəlli olub ki, vətəndaş Mikayılov Zaur Əjdər oğlu 2015-ci ilin iyul-avqust aylarında M.Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. Prosesin gedişində işlərin həcmi artıb Z.Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymətin müvafiq olaraq 4900 manata çıxacağını M.Xəlilovun adamlarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. Lakin iş başa çatandan sonra M.Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O, hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.
Zülfüqar Əliyevin dedikləri ilə bağlı Mirzəcan Xəlilovun fikirlərini dərc etməyimiz üçün köməkçisinin bizdə olan telefon nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı. Deputatın mövqeyini dinləməyə hazırıq. \\musavat.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|