"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                     Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır .....                     AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır .....                     Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb .....                     Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir .....                     Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər .....                     182 nömrəli məktəbdə nə baş verib? .....                     Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb .....                     Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib .....                     "Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" .....                 

Penitensiar Xidmətdəki son kadr islahatları narazılıq yaradıb - Məhbus yaxınları etiraz edir
Tarix: 16-09-2016, 09:55 | Çap et
Penitensiar Xidmətdəki son kadr islahatları narazılıq yaradıb
Qobustan həbsxanasının rəisi Fikrət Qafarov haqq;nda qəzetimizin ötən saylarında çoxsaylı şikayətlər dərc etmişik. Qeyd olunub ki, Fikrət Qafarov həbsxanada bir çox ömürlük məhkumlara işgəncə verib. Elə məhkum yaxınları onu “işgəncə kralı” kimi təqdim edirmişlər. Bu günlərdə Pentensiar Xidmətin rəisi Ceyhun Həsənovun imzaladığı əmrə görə, Fikrət Qafarov 2 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. Buda ömürlük məhkumların yaxınlarının etirazına səbəb olub. Onlar Fikrət Qafarovun vəzifəsinin dəyişdirilməsini yox, cəzalandırılmasını istəyirlər. Ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin sədri, ömürlük məhkum Şakir Rzaxanovun anası Müslümat Rzaxanova bildirib ki, Fikrət Qafarov Qobustan həbsxanasında məhbuslara qarşı tətbiq etdiyi cinayət xarakterli hərəkətlərinə görə məsuliyyətə cəlb edilmək əvəzinə, qayda yaratmaq üçün 2 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub: “Artıq biz buna öyrəşmişik. Cinayətkar, qatil hərəkətlərinə yol verən həbsxana rəisləri də eyni ilə ya başqa müəssisəyə göndərilir, ya da təqaüdlə cəzalandırılır. Bütün bu hallar məhbus və məhbus yaxınlarının həbsxanada baş verən problemlər barədə şikayət və müraciətlər araşdırılıb, ərizəçiyə cavab vermək üçün məhz ondan şikayət olunan həbsxana rəisinə göndərilir. Rəis də ondan asılı, onun tabeliyində olan, rəisi görəndə 2-3 qat əyilərək ehtiyatla salam verən işçilərinin vasitəsi ilə şikayət edən məhbus barəsində saxta ittihamlar tərtib edib, qapalı həbsxanada cəza çəkən məhbusun törədə bilməyəcəyi absurd hərəkətləri barədə saxta qanun pozuntuları tərtib edilir. Çox təəssüflər olsun ki, məhbus və yaxınlarının Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti İdarəsinə, Ombudsmana, hətta Dövlət Başçısına, əlaqədar dövlət strukturlarına müraciət və şikayətləri də eyni ilə araşdırılması üçün həmin cinayətkar həbsxana rəisinə göndərir. Rəis də artıq hazır saxladığı şablon, saxta ittihamlarla işgəncələrə məruz qoyduğu məhbusun şikayətinə cavab verir. Belə olan halda düşünürəm ki, əgər həbsxana rəisinin kobud qanun pozuntuları və digər cinayət tərkibli hərəkətlərini məhz həmin rəisi araşdıracaqsa, istər Ədliyyə Nazirliyində, istərsə də Pentensiar Xidmətdə, ən ağrılısı isə Ombudsmanın yüzlərlə yüksək maaşla vəzifəyə təyin olunan təhqiqtçıları, müstəntiqləri və digər hüquq-mühafizə orqanlarının işçiləri nəyə görə dövlətdən ən yüksək maaş alaraq, vəzifə sahibi olurlar”.

“Bu işgəncələrə son qoyulmasını istəyirik”

Müslümat Rzaxanova daha sonra qeyd edib ki, Pentensiar Xidmətə yeni rəis təyin olunsa da, Qobustan Həbsxanasında özbaşınalıq davam etməkdədir: “Ceyhun Həsənov pentensiar xidmətə rəis vəzifəsinə gətiriləndə ömürlük məhkumların yaxınlarında bir ümid yarandı. Azadlıq işığından məhrum olunaraq ağır şəraitdə cəza çəkən məhkumlara Fkrət Qafarovun işgəncələrinə son qoyulacaq. Lakin bu işgəncə mütəxxəsinin rəisliyi davam etdirilirsə, son qoyulmayacağına artıq əminik. Belə ki, Qobustan həbsxanasını qaydaya salmaq üçün rəis təyin olunan Fikrət Qafarov, rəis qanun çərçivəsində vəzifə səlahiyyətlərinin icrasına yox, məhz xüsusi göstərişlə məhbusları qəddar işgəncələrlə özünəqəsd vəziyyətinə təhrik etməyə, saxlanma şəraitindən şikayət edən məhbuslara qarşı amansız olmaq tapşırığını icra etmək üçün təyin olunduğunun şahidi olduq. Tabeliyində olan həbsxana personalından istifadə edərək, məhbuslar barəsində, utanıb-çəkinmədən saxta ittihamlar tərtib etmək peşəsinin sahibi, çoxsaylı məhbus və məhbus yaxınlarının Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə faktlarla edilən müraciətlərə bu günə kimi Penitensiar Xidmətindən tamamilə həqiqətə uyqun olmayan saxta cavablar almışıq. Fikrət Qafarov qanuna müvafiq qaydada məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə, 2 saylı cəzaçəkmə müəssisəsini qaydaya salmaq üçün rəis göndərilməsi biz məhbus yaxınlarını dəhşətə gətirdi. Bir daha təsdiq olundu ki, Fikrət Qafarovun xüsusi işgəncə metodları artıq 2 saylı cəzaçəkmə müəssisəsində daha səmərəli istifadə olunaraq, çox məhbuslara qənim kəsiləcək. Qobustan həbsxanasında ağır şəraitdə saxlanılan imkansız məhbusların şəraitini daha dözümsüz edən həbsxana rəisi Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə bütün müraciətlər nəticəsiz qalaraq, ona gözün üstə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb edilməsi əvəzinə, ona səlahiyyətindən sui-istifadə edərək, məhbuslara qarşı qəddarlıqlarını davam etdirməyə şərait yaradılıb. Bu səbəbdən məhbus yaxınları olaraq Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirik. Müraciətimizdə həbsxana rəisi Fikrət Qafarovun barəsində heç olmasa bir dəfə də olsun qanun çərçivəsində tədbir görməlməməsi, məhbuslara qarşı qeyri-insani qəddarlıqların davam etdirilməsinin qarşısının almaq üçün tədbir görülməsinə kömək etməsini xahiş edirik”.

“Fikrət Qafarov son dəfə qəddarlıq nümayiş etdirib”

Komitə sədrinin sözlərinə görə, həbsxanadan digər müəssisəyə keçirilən Fikrət Qafarov onun “qara siyahısına” salınan imkansız məhbuslara son dəfə qaddarlığını nümayiş etdirib: “Qapalı həbsxanada ağır şəraitdə çəza çəkən məhbuslara heç bir səbəb olmadan saxta ittihamlar tərtib edərək əl qandalı tətbiq etməklə yanaşı, sağlam məhbusun yanına zorakılıqla ağır keçici xəstəliyi olan məhbusu köçürmüşdür. Belə ki, həbsxanaya rəis təyin olunanda Şakir Rzaxanova qarşı “yuxarıdan göstərişlə xüsusi rejim” tətbiq etmək tapşırığını icra edən Qafarov gedərkən Şakirin kamerasına zorakılıqla ağır xəstə Rəşad Cəfərovu köçürüb. Ömürlük məhbus Vüqar Əliyevin həyatına təhlükə yaradaraq, belə dözülmək çətin isti havada istintaq təcridxanasına aparan maşının havasız kamerasına saldıraraq, Vüqarı özünəqəsd vəziyyətinə çatdırması və son hədd olaraq Vüqar damarlarını kəsərək bədən xəsarətləri almasına təhrik etməsi heç bir insanlığa sığmır. Qəribədir ki, məhbuslara qarşı bu dərəcədə qəddar rəftarı barədə az qala dünyaya səs salan Fikrət Qafarov 2 saylı cəzaçəknə müəssisəsində hansı qaydaları yaradacaq görəsən? İnanırıq ki, Penitensiar Xidməti İdarəsinə yeni təyin edilmiş general, cənab Ceyhun Həsənov müraciətlərimizə münasibət bildirib və Qafarov kimi “işgəncə mexanizminin” qəddarlıqlarına son qoyaraq, onu cəzaçəkmə yerlərindən uzaqlaşdıracaq. Onun Qobustan həbsxanasında məhbuslara qarşı cinayət xarakterli hərəkətlərinə qanun çərçivəsində cavab verilməsini təmin edəcək. Həbsxanaya yeni təyin olunmuş, həbsxanada rəis müavini vəzifəsində işləmiş, təcrübəli, ədliyyə polkovniki Aftandil Əliyevlə dəfələrlə görüşərək rəsmi nümayəndəsi olduğum məhbusların yaranmış bəzi problemlərilə əlaqədar söhbət edib, problemin aradan qaldıırılmasına nail olduğuma görə, onun obyektiv və anlayışlı insanpərvər, humanist, ali qanunlarımıza hörmətlə yanaşan bir şəxs kimi təəsürat yaranmışdır. Ümid edirəm ki, məhbuslara qarşı obyektiv, anlayışlı münasibət yaranacaq, Fikrət Qafarovun həbsxanada yaradaraq qoyub getdiyi problemlər aradan qaldırılaraq, nəhayət məhbuslar dinc şəraitdə öz cəzaçəkmə müddətini davam edəcək”.

“Həbsxana rəisinin xəbəri olmadan heç bir hərəkət edə bilməzlər”

Müslümat Rzaxanova qeyd edib ki, ömürlük məhkum Rafik Bayramov da ona müraciət edib: “Həmin ömürlük məhbus deyib ki, həbsxanada telefonla tutularaq istintaq təcridxanasına gətirilib. Bildirib ki, uzun illərdir həbsxanada rəisin sağ əli olan, nəinki telefon satan, eyni zamanda məhbusun şəxsi vəsaiti hesabına təmir edib, nisbətən şərait yaratdığı və saxlandığı kameranı işgəncə və zorakılıqla çıxarılıraq, imkanlı məhbuslara satmaqla məşğul olan, kamera, elektrik məişət avadanlıqları alverçisi Adil Şirməmmədovdan həmin telefonu 500 manata almışdım. Adil 2008-ci ildən həbsxanada işləyib) Elə o zamandan məhbuslara telefon sataraq, bir müddətişlədir. Həmin vaxtdan da telefonu özü satdığına baxmayaraq, bir müddətdən sonra kamerada axtarış təşkil edir və “təsadüfən” telefon aşkar olunaraq, ondan telefon alan məhbus cəzalandırılır, həmin telefon təkrar digər məhbusa satılırdı. Şirməmmədovun “biznesindən” həbsxana rəisinin xəbəri olmadığı isə cəfəng oladı. Çünki həbsxanada Fikrət Qafarovun xəbəri olmadan hətta milçək uça bilməz! Fikrət Qafarov Adil Şirməmmədovun işdən qovulmasının səbəbini oğlum Şakirdə gördüyünü və buna görə oğlumu əbəs yerə hədələməmişdi. Kameraya gələrək “təsadüfən” həmin telefonu özü aşkar edir, məhbus ağır işgəncələrlə döyülərək cəzalandırılır. Bir müddətdən sonra isə həmin telefon başqa məhbusa satılırdı. Bu illərdir davam edir. Sözsüz ki bütün bu halları həbsxana rəislərinin məlumatı olmadan mümkün deyil. Adil Şirməmmədov ona görə rəislərin ən etibarlı “sağ əli” sayılırdı. İndi həmin telefona görə ancaq Rafik Bayramov məhkəməyə cavabdeh qismində gətirilib. Bir neçə ay bundan əvvəl Adil Şirməmmədov cinayət hərəkətlərinə görə “təqaüdə” göndərilib. Adil Şirməmmədov da məhkəmədə cavabdeh qismində məsuliyyət daşımalıdır. Adil və yaxud digərləri həbsxana rəisinin xəbəri olmadan heç bir hərəkət edə bilməzlər. Rafik Bayramov deyir ki, 3/4 məhkəmədən cinayətkar Adil Şirməmmədovun məsuliyyətə cəlb edilməsini tələb edəcək. Onun barəsində kifayət qədər faktlar mövcuddur”.

“20 ildir bunun şahidiyik”

Komitə sədri bildirir ki, Fikrət Qafarov həbsxanaya yeni təyin edildiyi günlərdə 20-yə yaxın telefon aşkarlandığı və həmin telefonlar televiziyada da nümayiş etdirilib: “Mən tam məsuliyyətlə deyə bilərəm ki, telefonların heç biri giriş qapısından həbsxanaya keçməyib, çünki bu mümkün ola bilməzdi. Telefonların ölçülərinə fikir verəndə aydın görünür ki, o ölçüdə telefonu nə bədəndə, nə ərzaqların içimdə buraxılışdan keçirilə bilməzdi. Çünki bütün görüşə gələnlər həm az qala lüt soyundurularaq, həm də xüsusi cihazla hərtərəfli yoxlamadan keçir. 20 ildir bunun şahidiyik”. Müslümat Rzaxanova bildirib ki, həbsxanada məhbuslara qarşı həbsxana rəisi tərəfindən qəddarlıqları, həbsxananı şəxsi mülkiyyətə çevirməsi, şikayət edən məhbuslar barəsində saxta ittihamlar tərtib edilərək əlaqədar rəhbərliklərə saxta, yalan, tamamilə həqiqətə uyğun olmayan sənədlərə imza atan həbsxana rəisi Fikrət Qafarov barəsində ətraflı ,faktlara istinad edərək, Pentensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət etmişdik.Cənab Ceyhun Həsənovdan xahiş etmişdik imkan daxilində bir neçə məhbus valideyinini qəbul etsin. Gözləyəcəyik, inanırıq ki, bütün bu qəddarlıqlara ədliyyə nazirinin müavini, penitensiar xidməti idarəsinin rəisi Ceyhun Həsənov münasibətini bildirəcək. Həm məhbusların, həm onların yaxınlarının yaşadıqları faciəli həyatını dərk edərək lazım bildiyi tədbiri görəcəyinə əminik”.

“Oğlumu huşunu itirənədək döyüblər”

Ömürlük məhbus Vüqar Əliyevin anası Məlahət Əliyeva bildirib ki, həbsxana rəisi Fikrət Qafarovun məhbuslara qarşı qəddarlıqları son həddə çatıb: “Rəis mənim oğlumu işgəncələrlə öldürmək istəyir. Belə ki, həbsxananın Nizami adlı məsul işçisi ömürlük cəza çəkən oğlum Vüqar Əliyevə 700 manata satdığı telefon bir müddət işlədildikdən sonra “təsadüfən” aşkar edilir. Vüqar telefonu kimdən aldığını dedikdə isə əvvəl huşunu itirənədək döyüldükdən sonra karsa aparıb, qolları arxadan çarpayıya qandallanaraq, belə ağrılı iztirablarla huşunu itirənədək karsda qalır, ona hətta su da vermirlər. Vəziyyəti daha ağırlaşandan sonra şəhərdən həkim çağırılır, təcili müalıcə müəssisəsinə aparılır. həbsxana rəisi “telefon məsələsini” ört-basdır etmək üçün bizdən min manat istədi. Həmin məbləği ala bilmədiyi üçün telefon alveri ilə məşğul olan həbsxana işçisi Nizamiyə yox, məhz Vüqara cinayət işi açılır. Biz bu barədə baş prokurora, bütün əlaqədar rəhbərliklərə, hətta Prezidentə şikayət etdiyimiz üçün Vüqar həbsxana rəisi Fikrət Qafarov tərəfindən daha ağır təzyiqlərə məruz qalıb. Hər cür bəhanələrlə, saxta ittihamlarla ardıcıl olaraq karsla cəzalandırılır.

“Oğlum hər hansı bir cinayət aləmi ilə əlaqə saxlamayıb”

Belə ki, bir neçə gün əvvəl həbsxana rəisinin göstərişi ilə istintaq təcridxanasına aparılan Vüqar bu isti günlərdə təcridxanaya aparılarkən, həmin maşında olan çox ağır, havasız təkadamlıq kameraya salınaraq, qapısını bağlayıblar, tam havasız şərait yaradılıb. Ürək çatışmamazlıqdan əziyyət çəkən Vüqar təcridxanaya çatana qədər son həddə çatdırılaraq, damarlarını doğrayıb, özünə bədən xasarəti yetirməyə məcbur olub. Vüqar ona satılmış telefonla ancaq mənimlə, atası ilə əlaqə saxlayıb, məhkəmə işi ilə maraqlanıb, vəkillə əlaqə saxlamaq istəsə də, mümkün olmayıb. Mənim oğlum telefonla hər hansı cinayət aləmi ilə və yaxud digərləri ilə əlaqə saxlamayıb, qəbuledilməz hərəkətlərə yol verməyib. Bunu telefonu araşdıranlar da təsdiq edib. Oğlum saxlandığı tam blokada şəraitində kim olursa olsun, eyni ilə telefon satandan telefon alıb, həyatına yaradılan hər hansı təhlükənin qarşısını almaq istəyərdi. Belə olan halda niyə qapalı həbsxanada telefon alverçiləri məsuliyyətə cəlb olunmur ? Niyə mənim oğlumla telefon alverçisi məhkəmədə eyni ilə cavabdeh qismində iştirak etmir?”. Qeyd edək ki, Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətilində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Vüqar Əliyevlə birlikdə cinayətdə iştirak edən Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə həbsxanadaykən Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay da artırılıb. Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib. 2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 2015-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Bu gün, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Bu gün, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Bu gün, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Bu gün, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Bu gün, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Bu gün, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Bu gün, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Bu gün, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Bu gün, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Bu gün, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Bu gün, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Bu gün, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Bu gün, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Bu gün, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Bu gün, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Bu gün, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Bu gün, 17:11
Bakı həbsxanasında ÖLÜM
Bu gün, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Bu gün, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Bu gün, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Bu gün, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Bu gün, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Bu gün, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Bu gün, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Bu gün, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Bu gün, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Bu gün, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Bu gün, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Bu gün, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Bu gün, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Bu gün, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Bu gün, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Bu gün, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Bu gün, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Bu gün, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Bu gün, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Bu gün, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Bu gün, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru