İcra başçılarından biri kabinetindəcə həbs oluna bilər - «Yuxarılar» razılıq verərsə…
Tarix: 22-08-2016, 09:48 |
Çap et
DİA.AZ: - «İki rayonun icra başçısının durumu ağırdır. Onlardan birinə qarşı isə artıq cinayət işi açılıb, amma bu barədə məlumatlar ictimailəşdirilmir». Bu şok açıqlamanı DİA.AZ-a verən mənbə iddia edir ki, söhbət paytaxt əyalət rayonlarından gedir.
Mənbənin söylədikləri: «Onlarla bağlı bütün informasiyalar gizlədilir. Amma durumları ağırdır. Çünki faktiki olaraq birinə qarşı cinayət işi var, digər isə qapılarda qalıb. Hətta vəziyyətdən çıxa bilməsi üçün 1 milyon təklif edən icra başçısı zar-zor barəsində cinayət işinin açılmasını əngəlləyib».
Mənbənin dia-az.life-a bildirdiyinə görə icra başçıları konkret olaraq maliyyə maxinasiyalarında ittiham olunurlar: «Bu məsələnin ictimailəşdirilməməsi isə bu barədə «yuxarıların» xeyir-duasının hələ verilməməsidir. Əgər razılıq alınarsa, icra başçılarından biri kabinetindəcə həbs oluna bilər. Eynən 11 il əvvəl Əli İnsanov kabinetində həbs olunduğu kimi»…
Onu da bildirək ki, həmin icra başçılarının kimlikləri ilə bağlı redaksiyamız araşdırma aparır. Məlumata görə onların hər ikisi Qərb rayonlarının rəhbərləridir. Amma paytaxt rayonlarından birinin də rəhbərinin arada olduğu bildirilir.