Qohumu həbsdə olan icra başçısı o qədərmi kasıb düşüb ki..? - İşçinin haqqını yeyir
Tarix: 18-08-2016, 09:55 | Çap et
Artıq uzun müddətdir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun fəaliyyətindən doğan narazılıqlar ölkə mətbuatında dərc olunan materiallarda öz əksini tapmaqdadır. İlk növbədə yerli sakinlər tərəfindən mətbuata verilən açıqlamalarda, hətta Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığa dəstək verilməsilə bağlı verdiyi göstəriş və sərəncamlardan sonra belə, Kürdəmirdə məmur özbaşınalıqlarına hələ də son qoyulmadığı vurğulanır. Bu xüsusda hələ bir müddət bundan əvvəl aldığımız açıqlamalardan birində deyilirdi: “Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Başçı ilk gündən bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemilə ilə rayonu idarə etməyə üstünlük verir...” Bu səpgidə məlumatlara münasibət bildirərək, biz artıq ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etmişik ki, son vaxtlar bəzi rayon və bölgələrdə yerli sakinlər, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksəkçinli məmurları tərəfindən nəzarətə götürülür. İstər istehsal sahəsinə aid olsun, istər ticarət, istərsə də xidmət sahəsinə - fərq etməz, əgər rayonda iş qurmaq istəyirsənsə, o zaman mütləq bu məmurlardan birinin “himayəsini” qəbul etməlisən. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov da öz vəzifə səlahiyyətlərindən daha çox şəxsi mənafeyi üçün yararlanmağa üstünlük verir. Daha sonra aldığımız açıqlamada deyilir: “Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan Ceyhun Cəfərovun göstərişi ilə rayon bazarı da tam nəzarətə götürülüb. İndi bütün rayon başçının tam nəzarətinə keçib. Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşiblər. Sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Bu proseslərə qatılmayanlara isə, işləmək imkanı verilməyəcək...”
Lakin redaksiyamıza bu günlərdə daxil olmuş növbəti şikayət ərizəsindən belə qənaətə gəlmək olur ki, Ceyhun Cəfərovun təkcə vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi qanun pozuntuları deyil, eləcə də şəxsi həyatında törətdiyi özbaşınalıqlar vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur. Diqqət etmisinizsə, son vaxtlar ölkə mətbuatında yüksək vəzifəli məmurlar və ya onların yaxınları tərəfindən müxtəlif təmir-tikinti işlərinə cəlb olunmuş usta və fəhlələrin zəhmət haqqlarının kəsilməsi mövzusunda yazılara tez-tez rast olunur. Özlərinə dəbdəbəli malikanələr, villalar inşa etdirən bəzi zənginlər kasıb-kusubun pulunu verməyə gələndə min-bir “oyundan” çıxaraq, bu pulu kəsməyə çalışırlar. Aydındır ki, əgər söhbət hansısa qiyməti yüz minlərlə, bəzən hətta milyonlarla ölçülən mülkün sahibindən gedirsə, bu zaman onun “maddi sıxıntılarından” danışmağa dəyməz. Hər dəfə də bu zənginlərin qənaət etmək fikrinə düşdükləri məsrəflər məhz usta və fəhlələrin zəhmət haqqlarına gəlib çıxır. Bu dəfəki şikayət ərizəsində də məhz Ceyhun Cəfərovun belə bir “qənaət sxemi” cızdığı bildirilir. Belə ki, redaksiyamıza müraciət etmiş vətəndaş Amil Nəsirov özünün və daha bir neçə nəfər briqada üzvlərinin artıq bir ildən artıqdır ki, Ceyhun Cəfərovdan öz halal zəhmət haqqlarını ala bilmədiklərini iddia edir. Şikayətçi bildirir ki, bu borc onların Bakının Mərdəkan qəsəbəsində yerləşən və Ceyhun Cəfərova məxsus olan bağ evində işləmələri nəticəsində yaranıb. Ərizədə bu barədə deyilir: “Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda
yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik...” Amma məsələnin ən maraqlı məqamı, icra başçısının işlədib pullarını vermədiyi fəhlələrə dedikləri ilə bağlıdır: “Ceyhun Cəfərovdan pulumuzu tələb etdik. Çünki biz aylarla əzab-əziyyət çəkmişik ki, o, dəbdəbəli, saray kimi evdə yaşasın. Bir icra başçısının bu qədər cılız hərəkət edə biləcəyi heç birimizin ağlına gəlməzdi. İndi bizə deyir ki, gedin, pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayona görəsən necə başçılıq edir? Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik...”
Bu arada qeyd etmək yerinə düşər ki, ölkə mətbuatında yayımlanan məlumatlara əsaslanaraq, Ceyhun Cəfərovun ümumiyyətlə fəhlənin pulunu kəsməkdə böyük təcrübəsi olduğunu söyləmək olar. Belə məlumatlardan birində deyilir: “İcra başçısı Ceyhun Cəfərov yolların, küçələrin təmizlənməsi üçün təhkim edilmiş işçilərin maaşlarını kəsir. Bu səbəbdən fəhlələrin əksəriyyəti işləməkdən imtina edir. Başçı isə, rayonda və kəndlərdə dövlət idarələrində işləyən xadimələrə zorla rayonun küçələrini süpürtdürür. Onları öz işlərindən ayırıb, gətirirlər və bütün günü yolları təmizlədirlər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. İnsanlar cüzi əmək haqqına öhdələrinə düşməyən işləri də görməyə məcbur edilirlər...”
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materillara da biz qeyd etmişdik ki, bu gün dövlətimiz tərəfindən büdcə vəsaitləri hesabına həyata keçrilən yenidənqurma və abadlıq işlərinə mənfəət verməli olan biznes kimi münasibət bəsləyən, hər yeni layihədən mütləq gəlir əldə etməyi bir vəzifə imtiyazı kimi qəbul edən məmurlara hələ də bir çox rayonlarda rast gəlmək olur. Bu baxımdan, Kürdəmirdə cərəyan edən hadisələr də, rayonun icra başçısı Ceyhun Cəfərovun, rəhbərlik etdiyi orqanın fəaliyyətini məhz bu istiqamətə yönəltməsinin nəticəsidir.
Öz bağında işlətdiyi fəhlələrin əmək haqqlarını kəsməyinə gəlincə isə, əminliklə demək olar ki, bu haqsızlıq Ceyhun Cəfərovun “çoxşaxəli” fəaliyyətində olduqca kiçik epizodlardan biridir...
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Dünən, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Dünən, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Dünən, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Dünən, 14:50 |
|
|
|
|