Xızıda yerli fermerlərə məxsus torpaqlar qanunsuz zəbt edilir - İTTİHAM VAR
Tarix: 21-06-2016, 09:36 | Çap et
Xızıda rayon icra aparatının başçısı Xəzər Aslanovun zülmü ərşə dirənib. İcra başçısı ətrafındakı "podelnikləri" Azər Əlizadə və Arzu Əzizovla birlikdə rayonun torpaqlarını qanunsuz ələ keçirməklə məşğuldur. Bu mənhuz üçlük öz məqsədlərini həyata keçirmək üçün hətta ilkin olaraq torpaq islahatlarının aparıldığı xəritəni də məcburi şəkildə dəyişdirməkdən belə çəkinməyib. Gundelik-baku.com-a verilən məlumata görə, başçıya sərf edən sürüşdürmələr nəticəsində artıq rayonun Giləzi qəsəbəsi ərazisindəki dənizkənarı torpaqlar qanunsuz olaraq ələ keçirilib. Rayonun Baxşılı kəndindəki ərazilərin də qanunsuz şəkildə əsl sahiblərindən alınması üçün müxtəlif üsullara əl atılır. Məsələ ondadır ki, kənddəki torpaqlar vaxtilə bələdiyyə tərəfindən sənədləşdirilib. Lakin rayonun, eynən də Baxşılı kəndinin xəritəsi dəyişdirildikdən sonra həmin torpaqlar öz sahiblərindən alınmağa başlayıb. Baxşılıda seyid kimi tanınan Böyükağa adlı fermerin də torpaqlarına Azər Əlizadə bu yolla sahib çıxa bilib. Ümumiyyətlə, Azər Əlizadə kəndlərdə vaxtilə istifadəyə verilmiş su hövzələrinin də özününküləşdirilməsi prosesinə start verib. İcra aparatının funksioneri Namiq Quliyevlə birlikdə vaxtilə Almaniya Əməkdaşlıq Təşkilatı tərəfindən yerli əhalinin su ehtiyaclarının təminatı məqsədilə tikilmiş su hövzəsini də ələ keçirərək. ərazisini öz qohumlarına satıb. Bu özbaşınalıqların qarşısında öz qanuni hüquqlarını ortaya qoya bilməyən kənd camaatı isə təhdid olunur. Baxşılı kəndindəki stadionun ərazisi də belə qanunsuz metodlarla özəlləşdirilib. Rayon icra aparatının rəhbərliyi qanunsuz əməllərini həyata keçirmək üçün hətta yerli bələdiyyələrin də fəaliyyətinə qanunsuz müdaxilələr edir. Rayon icra aparatı başçısının birbaşa göpstərişi ilə Baxşılı bələdiyyəsinin tərkibində aparılan qanunsuz dəyişikliklər buna sübutdur. Belə ki, kəndin ərazisində aparılan qanunsuz özəlləşdirmələrə etiraz etmiş bələdiyyə sədrləri vəzifədən kənarlaşdırılıb. Başçının göstərişi ilə Baxşılı kəndinə artıq üçüncü bələdiyyə sədri təyin edilib. Xəzər Aslanov əslində özündən əvvəlki icra başçısı Vaqif Abdullayevin əsasını qoyduğu qanunsuz zəbtetmələri davam etdirir. Rayonun Tıxlı kəndi ərazisində yerli sakinlərə məxsus Həsən bulağı 2012-ci ilədək olan dövrdə rayona rəhbərlik edən Vaqif Abdullayev tərəfindən qanunsuz olaraq özəlləşdrilib. Hazırda Beyləqanda icra aparatının rəhbəri vəzifəsində çalışan Vaqif Abdullayev bulağı özününküləşdirərək "Bulaq" kafesinə çevirib. Məlumata görə, Vaqif Abdullayevin vaxtında bulağa görə cibinə nəşə atılıb tutulanlar da olub. var. Belə ki, bulağın yerləşdiyi əraidəki bağların əsl sahiblərindən iki nəfəri etrazlara görə həbsə atıldı.Deyilənə görə bu qannusuzluqlara dözməyən yerli yaşıllaşdırma müəssisəsinin rəhbəri Elbrus Əliyev o azamankı başçı Vaqif Abdullayev tərəfinən döyülərək təhqir edilmişdi. Qeyd edək ki, həmin bulaq təkcə Tıxlı kəndinin deyil, ümumilikdə Xızı şəhərinin su ehtiyaclarının ödənilməsində müstəsna əhəmiyyətə malikdir. Halbuki, rayonun kanalizasiya və su problemlərinin həlli üçün ayrılmış milyonlarla manat büdcə vəsaiti Xəzər Aslanovun komandası tərəfindən pay-püş edilib. Nəticədə bu gün Xızının mərkəzi hissəsi tamamilə sudan korluq çəkir. "Hanı bə bu məqsədlərə sərf edlən milyonlar?" sualını isə Xəzər Aslanova verən tapılmır. Bəlkə Prezident Adminstrasiyasında bu məsələdən bixəbərdirlər? Onu da qeyd edək ki, kanalizasiya xəttinin Tıxlı kəndindəki qədim bulağın üzərindən keçirilməsinə etiraz səsləri qaldırılıb. Bu yaxınlarda Tıxlı kəndinin ərazsindəki bağların sahbləri ilə "Azərsu"nun layihəni gerçəkləşdirən işçiləri arasında hətta insident olub.Yerli sakinlər bu biabırçılığqla bağlı ölkə rəhbərliyinə müraciət edəcəklərini bildiriblər.Məlum olub ki, kanalizasiya xətti məqsədli şəkildə həmin ərazidən keçirilib. Belə ki, məqsəd kanalizasiya xəttini Arzu Əlizadənin zəbt etdiyi və vaxtilə rayonun peşə məktəbinin təlim mərkəzinə ayrılmış 100 hektar torpaq sahəsindən keçirməklə əlavə maliyyə dvidendləri qazanmaqdır. Bax beləcə, icra hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərlik etdiyi "troyka" Xızıda öz qanunsuz əməllərini davam etdirməkdədir. Rayon əhalisi qəti əmindir ki, yerli əhalini hakimiyyətdən narazı salmağa çalışan Xəzər Aslanovun rəhbərlik etdiyi "üçlük" ölkə rəhbərliyi tərəfindən nəhayət, ifşa olunacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|