KÜRDƏMİRLİ DEPUTAT SEÇKİNİ GÖZLƏYİRMİŞ
Tarix: 3-10-2013, 10:16 |
Çap et
RAYONDAKI BAZAR ƏTRAFINDA QALMAQAL YENİDƏN QIZIŞMAQ ÜZƏRƏDİR...
DİA.AZ: - Bu ilin avqust ayında Kürdəmir mərkəzi bazarında bir insident yaşanıldı. Xatırladaq ki, bazarda çalışan 300-dən çox adam icarə haqlarının qaldırılmasına etiraz olaraq aksiya keçirmişdi. Bazarın sahibi olan deputat Fərhad Qəribov işə müdaxilə edəndən sonrab hadisələr səngidi. Amma problem hələ də qalmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir.
Bazarda çalışan bir qrup sahibkar bildirir ki, deputatın adamları onları hədələməklə məşğuldurlar: “Bizi hədələyirlər. Halbuki avqust ayında sahibkarlar icarə haqlarının qaldırılmasına etiraz edirdi və bu məsələdə razılaşma oldu. Bazar Milli Məclisin deputatı Fərhad Qəribovun oğluna məxsusdur, amma atası idarə edir. Və biz də danışıqları onunla aparmışıq”.
Sahibkarlar bildirir ki, indi də Fərhad Qəribovun adından etirazçı sahibkarlar hədələnməkdədir: “Bizə deyirlər ki, seçkiyə qədər vaxtımız var. Ya yeni qiymətlərlə icarə haqqını ödəməliyik, ya da seçkidən sonra dühanları boşaltmalıyıq. Görünür, Fərhad Qəribov seçki ərəfəsi olduğundan geri çəkilmişdi. Amma biz geri çəkilən deyilik”.
Onu da qeyd edək ki, Kürdəmirə yola düşən əməkdaşımız qeyd olunan problemlə bağlı araşdırma aparır və yaxın vaxtlarda geniş bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin...