«BAZAR STORE»DA MÜŞTƏRİLƏRİ NECƏ TALAN EDİRLƏR
Tarix: 23-09-2013, 09:13 | Çap et
UCUZLUQ ADI ALTINDA HƏTTA KÖŞKLƏRDƏN DƏ BAHA QİYMƏTƏ SATIŞ VAR
DİA.AZ: - Biz keçən dəfələrdə də «Azərsun» Holdinqə aid «Bazar Store» mağazalar şəbəkəsinin fəaliyyətindəki biabırçılıqlardan yazmışdıq. Amma nədənsə bizim bu haqlı tənqidimiz bəzi çevrələr tərəfindən fərqli qarşılandı. Yəni yazdıqlarımız, qaldırdığımız problemlərə çarə qılınmaqdansa, bizə qarşı başqa mətbu orqanlarda cavab verməyə, bizi şərləməyə çalışdılar. Biz isə «olsun» deyib, üstündən keçdik.
Amma bu məsələnin üstündən keçməməli olan qurumlar var idi. Ki, onların da başında İqtisadi İnkişaf Nazirliyi və onun istehlakçıların hüquqlarının müdafiəsinə cavabdeh olan departamentləri gəlirdi. Onlar isə susdular. Buna da öyrəşmişik.
Çünki bu gün iqtisadi inkişaf nazirliyinin antiinhisar xidmətini bizlər inhisarçıların, oliqarxların bizneslərinin müdafiəçsisi kimi görməkdəyik. Məsələn, bazarda əgər xırda limonad sexləri hədəfə alınırsa, deməli, möhtərəm nazirlik hansısa oliqarxın şirələrinin bazardakı maraqlarını müdafiə etməkdədir. İndi də eyni üsulla davrandılar. Oliqarx marağı millətin marağının üstündədir… Onlar üçün…
Biz yazmışdıq ki, «Bazar Store» macazalarında saxta reklamlar, saxta ucuzluq təbliğatı və saxta endirim elanları var. Amma bu yazdıqlarımıza İİN-in müvafiq strukturları diqqət ayırmadılar. Çünki onlar da yaxşı bilirlər ki, başında Abdolbari Goozalın dayandığı «Azərsun»un heç bir qolunu təftiş edəcək həddə deyillər.
Elə buna görə də «Bazar Store» ənənəvi qaydada fəaliyyətini davam etdirməkdədir. Biz də DİA.AZ olaraq oxucularımıza söz verdiyimiz kimi, araşdırmalarımızı davam etdirmək qərarına gəldik.
Bildirək ki, bu gün «Bazar Store»un dükanlarında şirkətin 17 sentyabr-9 oktyabr tarixləri üçün buraxdığı xüsusi «Bazar Store» şəbəkə kataloqunda təklif olunan qiymətlər qüvvədədir. Məktəb dövrünü nəzərə alaraq biz də «Bazar Store» da təklif olunan məktəblilər üçün mallara diqqət ayırdıq. Elə gözümüzə ilk sataşanı bu mağazalarda satışa çıxarılan və körpələrin sevə-sevə yedikləri «kinder» süd dilimlərinin qiyməti oldu.
Bildirək ki, normal məhəllə marketlərində, hətta xırda köşklərdə belə bu dilimlərin qiyməti 45 qəpik olduğu halda, özünü «ucuzluğun ünvanı kimi təqdim edən «Bazar Store» da 50 qəpik idi. Hər halda, bu 5 qəpiklərin biznesdə nə qədər önəmli olduğunu təxmin etmək çətin deyil. Xüsusən o halda ki, bu dükanlar şəbəkəsi özünü «ucuzluğun ünvanı» kimi təqdim edir.
Şirkətin « Bunları Məktəbdə Yeyirəm» başlığı ilə təqdim etdiyi ərzağın çeşidinə baxdıqda isə düşünmək olar ki, «Bazar Store» sahibləri bizim körpə balalarımızın qəsdinə durublar. Çünki onlarn təklif etdiklərini məktəblilər məktəbdə yemiş olsalar, onların mədələrində qastriti qısa müddətə, digər ağır xəstəlikləri isə müəyyən müddətə «qazanmaq» çox asan olar. Bu məqamda şükür edirik ki, əksəriyyət «Bazar Store»un məlum reklamından xəbərsizdir.
Məktəblilər üçün nəzərdə tutulan dərs ləvazimatının qiyməti də ucuzluqdan yox, bu şəbəkə rəhbərlərinin ələ düşən dərs sezonu fürsətindən ustalıqla yararlanma cəhdindən xəbər verməkdə idi. Elə təqdmi edəcəyimiz primitiv məhsulların qiymətindəki müqayisələr də «Bazar Store»dakı durumdan tam olaraq xəbər verməkdədir.
Məsələn, hər yerdə qiyməti 15 qəpiyə olan xüsusi dəftər üzü «Bazar Store»da 25 qəpiyə, 25 qəpiyə olan kitab üzü isə 39 qəpiyə satılır. Yəqin ki, bu faktlarımız İqtisadi İnkişaf Nazirliyinin möhtərəm başbilənlərinin diqqətini cəlb etməmiş deyil. Ən azından onlardan hansısa biri çox güman bu dükanlardan birinə baş çəkib və dediklərimizi təsdiqləyə bilər. Necə ki, biz onların bu şəbəkə qarşısında aciz olduqlarını təsdiqləyirik…
Yox, sizdən incimirik. Çünki sizi hələ «Azərsun» Holdinqin Masazırda «Azərduz» adlı zavodunun açılışı ərəfəsində görmüşük. Həmin ərəfədə onlarla sahibkarı boğaraq, Abdolbari Goozalın daha çox pul qazanması üçün əlinizdən gələni etdiniz. Yəni sizi hər zaman yetim-eysirin, haqqı tapdanın yox, əzənin yanında olduğunuzu gördüyümüzdən bir növ sizə qarşı «immunitetimiz də formalaşıb». Odur ki, incimirik… Sadəcə olaraq, gətirdiyimiz faktları nə zamansa nəzərə alacağına hələ də ümidli olduğumuzu diqqətinizə çatdırırıq…
Maraqlıdır ki, «Bazar Store» mağazalarında bunca bahalığa rəğmən şirkət rəhbərliyi hətta reklam etdikləri qiymətlər müddətində də dəyişikliyin ola biləcəyi ehtimalından danışırlar. Yəni bu gün qüvvədə olan və kampaniya kimi təqdim olunan qiymətlərin stabil olmadığını bildirirlər və bu barədə dərc etdikləri qiymət dərgisinin arxasında elan da veriblər: «Kampaniya müddətində göstərilən rəf qiymətləri bazarın tələbinə görə dəyişdirilə bilər».
Bəli, deyirlər ki, yəni hətta onların elan etdikləri kampaniyanın da həqiqiliyinə inanmalı deyilik. Çünki onlara etibar etməli deyilik əslində… Halbuki digər bu kimi fəaliyyətdə olan market-şəbəkələr tamam fərqli siyasət yyürüdlər. Məsələn, «Nil» dükanları da bu cür qiymət kataloqları dərc edir. Və oenların kataloqlarında qiymətlərin dəyişə bilməsi yox, sadəcə olaraq mətbəə səhvlərinin ola biləcəyilə bağlı xəbərdarlıq edilir. Yəni buradan da aydın olur ki, guya müştərinin marağını güddüyünü elan edən «Bazar Store» rəhbərliyi» üçün əslində 20 günlük hövsələ müddəti də mövcud deyil. Yəni onlar 20 gün səbr edib, təqdim etdikləri qiymətin arxasında dayana bilmirlər.
Budurmu sizin müştərilərə olan sayğınız?
Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Bu gün, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
|